Qoroskop
Astroloji proqnoz - 20 avqust
Qoç - cari problemləri tərəfdaşlarla müzakirə
edərək işin ağırlığını onlarla bölüşə bilərsiniz. İndiyədək gündəmə
gətirilməyən və söylənməyən suallar səslənəcək.
Maddi və fiziki resurslarınızı tükətməyin.
Asan olmayan qərar qəbul edərək əsas məsələni seçərək ikinci
dərəcəli məqamları təxirə salın. Məntiqli, soyuqqanlı davranışla
böyük uğurlara nail ola bilərsiniz.
Məhsuldarlıq aktivliyiniz və əzminizdən asılıdır.
Gərəkli nəsnələrin hamısı əl altında olmalıdır. Yaxın ətrafdakı
insanlarla yalnız zərurət yarandığı təqdirdə ünsiyyətdə olun.
Buğa - günün ilk yarısı fəaliyyət sahəsini
seçməyə imkan verir. İşgüzar prosesə kənardan müdaxilələrə imkan
verməyin. İşlərinizə qarışmaq istəyən insan sizə ziyan vuracaq.
Fəaliyyət prosesində kiçik problemlərin yarada biləcəyi ləngimələri
əvvəlcədən proqnozlaşdıra bilsəniz, sürətlə irəliləyəcəksiniz.
Günün ikinci yarısında diqqətli olun. Mühüm işin həllində yardım
təkliflərini adekvat dəyərləndirin. Gərəkli informasiyanı ən qısa
zamanda əldə etmək üçün bütün zəruri vasitələrdən yararlanın.
Çətinliklərin sayı artarsa, ruhdan düşməyin. Maneələri qət etməyin
yollarını arayın.
Əkizlər - günün ilk yarısında həyatınızda köklü
dəyişikliklər olmayacaq. Situasiyanın inkişaf perspektivlərini
dəqiqləşdirin və yalnız bundan sonra qərar qəbul edin. Diqqətli
olun, kobud səhvlərə yol verməyin. Sərt çərçivələrdən bir qədər
kənara çıxmaq olar.
Günün ikinci yarısında önəmli maliyyə məsələlərindən birini çözmək
olar. Xırda məsələlərə görə yaxınlarınızla mübahisə etməyin.
Əhvalınızın pis olduğu durumda nəyinsə müzakirələrinə başlamayın.
Gərəksiz sözlər deməyinizin riski artıb.
Axşam saatlarında səhhətinizin qeydinə qalın.
Xərçəng - uğurlu zamandır. Azad fəaliyyət
qrafikini seçibsinizsə, məqsədə doğru inamla irəliləyin. Hədəfləri
dəyərləndirin və təhlil edin. Tənbəllik etməyin, süstlüyə
qapılmayın. Əsas işi qulaqardına vuraraq ikinci dərəcəli
məsələlərin həlli ilə məşğul olmayın.
Günün ikinci yarısında tələskənliyə yol verməyin. Gördüyünüz işdən
həzz almağı bacarın. Kənar təsirləri zərərsizləşdirmək üçün
planlarınızı sürətlə reallaşdırın. Sirlərinizi yaxşı tanımadığınız
insanlarla bölüşməyin.
Fiziki təmrinlərdə xeyir var.
Axşam saatlarını yarımçıq işlərin başa çatdırılmasına həsr
edin.
Şir - daxili gərginlik sizi bir işi yarımçıq
qoyaraq başqa işə başlamağa vadar edəcək. Qayda yaratmağa başlamaq
istəyirsinizsə, başlanan işi mütləq başa çatdırın.
Bütün diqqəti aktual mövzuya yönəldin. Amma situasiyaların heç bir
səbəb və motivasiya olmadan dəyişməsinə hazır olun.
İşdə rəhbərlik və həmkarlarla mübahisə etməyin, amma çətin
situasiyalarda həll axtarışlarından da yayınmayın. Mövcud şəraitdə
yeganə doğru çözüm variantı tapıla bilər.
Axşam saatlarında açıq havada gəzintinin xeyri var.
Səhhətinizə diqqət verin.
Ənənəvi, faydalı vərdişlərinizi unutmayın.
Qız - ənənəvi fəaliyyət müstəvisindən bir qədər
kənara çıxmaq, yeni təəssüratlar əldə etmək olar. Mürəkkəb prosesdə
çaşqın qalmayın. İradəli, qətiyyətli olun. Uğurun sirri təmkinlə
yanaşı, zəhmətkeş olmaqdadır. Sizi son vaxtlarda narahat edən
problemlərin həlli çətin deyil.
Günün ikinci yarısında imkanlarınızı yenidən qiymətləndirin. Təftiş
zəruridir. Ağır fiziki işlə məşğul olmayın. İntellektual yükü
azaltmaq olar. Bunun yolları da bəllidir.
Səhhətiniz əhvalınıza, əhvalınız da sağlıq durumunuza təsir
edəcək.
Axşam saatlarını açıq havada keçirin.
Tərəzi - ünsiyyətdə aktiv olun. Təkliyə can
atmayın, tənhalığa qapılmayın. Sakit və aramla çalışmaq hamıdan
kənar qalmaq deyil. Səs-küylü ortamda başınız ağrıyacaq.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün zəruri saydığınız bütün
vasitələrdən istifadə edin. Maksimum dərəcədə sürətlə çalışın.
Səhhətinizin qeydinə qalın. Rəqibləri üstələmək üçün yeni yollar
arayın. Həyat məğlubları sevmir.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Əqrəb - maraqlı işlər zamanıdır. Qarşınıza
çıxan müşküllərin çözülməsində qeyri-ordinar vasitələr və ya
metodlardan yararlana bilərsiniz. İntuisiyanız güclü, hissləriniz
kəskin olmalıdır. Hadisələrin yaxın perspektivdəki inkişaf
istiqamətini müəyyənləşdirmək üçün aldığınız informasiyalardan
istifadə edin.
Günün ikinci yarısında maraq dairəsində dəyişikliklər istisna
deyil. Tərəfdaşlardan birinin iddiasını dinləyin. Nəticələr
çıxarmağa tələsməyin. Avantüralara həvəs, risk istəyi sizi fəsadlı
addımlara sövq etməməlidir.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oxatan - tələsik qərarlar verməyin, ilkin
təəssüratlara aldanmayın. Maliyyə və əmlak məsələlərində diqqətli
davranın. Mühüm saydığınız məsələnin həllinə başlamazdan əvvəl
bütün detallardan hali olun. Taktikanızın praqmatik olmasına can
atın.
Günün ikinci yarısında potensial tərəfdaşların sayını artıra
bilərsiniz. Qıcıqlı, aqressiv olmayın. Sərtliyi çıxış yolu
seçməyin. Həmkarlarınız və rəhbərliklə təmaslarda "qızıl orta"nı
gözləyin. Neqativ hissləriniz önəmli işlərin gedişatına mənfi təsir
edə bilər.
Oğlaq - günün ilk yarısı önəmli hadisələr vəd
etmir. İşgüzar fəaliyyətinizdə yön dəyişdirməyə çalışmayın. Şəxsi
həyatınızda bəzi hadisələr sizi təbdən çıxarmasın. Bəzi dolaşıq
məişət və ya maliyyə məsələlərini həll etmək şansları yaranıb.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri ilə
münasibətlərdə sərinləşmə yarana bilər. Qısamüddətli müzakirələr,
intensiv məsləhətləşmələr faydalıdır. Cari problemləri
tərəfdaşlarla nəzərdən keçirin. Həmkarlarınızın rəylərini nəzərə
alın.
Dolça - ənənəvi işlərlə məşğul olanda diqqətli
və ehtiyatlı davranın. Məişət işlərini qulaqardına vurmayın.
Texnika ilə işləyəndə bəzi nüansları mütləq nəzərə almalısınız.
Səliqəli olun, təfərrüatları görməməzliyə vurmayın.
Günün ikinci yarısında hansısa asılılığın əsirinə çevrilməyin.
Zərərli vərdişlərdən qurtulmağa çalışın. Problemlərin həllində
qeyri-standart yolları seçin. Səhhətinizə fikir verin. Əhvalınızı
pisləşdirə biləcək nüanslardan və insanlardan uzaq durun. Axşam
saatlarını şən keçirin.
Balıqlar - günün ilk yarısından etibarən cari
işlərin yerinə yetirilməsi ilə məşğul olun. Verdiyiniz vədləri
yerinə yetirin. Mühüm danışıqlar, müzakirələr, görüşlərdə məntiqi
davranın. Qarşı tərəfi anlamaq üçün müəyyən səylərin göstərilməsinə
zərurət duyulur.
Günün ikinci yarısında diplomat olun. Görüşə gecikməyin. Tərəfdaş
və ya şəriklərlə birgə öhdəliklərinizi yerinə yetirəndə astagəllik
etməyin. Sevdiyiniz insanla münasibətləri gərginləşdirməyin. Yanlış
qərar və ya səhvlərinizə reaksiya adekvatdır. Kimsədən
inciməyin.
Milli.Az
-
Qoroskop08:34
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
-
Nəqliyyat08:22
Bakının bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:08
Səhər oyanan kimi 5 ədəd qoz yesəniz, görün nələr olacaq...
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO