Qoroskop
Astroloji proqnoz - 23 avqust
Qoç - təhlükəsizliyinizə və işinizin səlis
yerinə yetirilməsinə fikir verin. Hadisələrin bir qismini nəzarətdə
saxlayın. Məntiqli olun, soyuqqanlı və təmkinli davranın.
Emosiyalara uymayın, avantür təkliflərə aldanmayın. Problemlərə
reaksiyanı qeyri-emosional səviyyəyə salın. İşin məhsuldarlığı
yüksək olacaq. Lakin ifrat dərəcədə çalışmayın.
Səhhətinizlə bağlı problem riski var.
Yardım və ya qayğı təklif olunursa, inadkarlıq etməyin. İşin "zəif
həlqə"sini nəzarətdə saxlayın.
Yeni maraqlar üçün yaşam arealında gərəkli məkan yaradın.
Buğa - günün ilk yarısından etibarən bir çox
işlərin öhdəsindən gələ bilərsiniz. Tələskənliyə yol verməyin,
vurnuxmaların fiqurantına çevrilməyin. İşgüzar əlaqələri
intensivləşdirin.
Günün ikinci yarısında işdə rəhbərlik təmaslarda səbrli olun,
təmkinli davranın. Dostlarla, dəyərli insanlarla ümumi işləri
müzakirə etmək olar.
Mübahisəli məsələləri gündəmə gətirsəniz, qarşı tərəfin mövqelərini
də nəzərə alın.
Axşam saatlarında alış-verişə yollanmaq olar.
Əkizlər - məntiqlə davranın, radikal qərarlar
qəbul etməyin. Həddən ağır iş görərək özünüzü yormayın. İfrat
yorğunluq bir çox xəstəliklərin mənbəyidir.
Rasionunuza fikir verin. İşlə bağlı məsələlərin həllində aktiv
olun.
Günün ikinci yarısında rutin işlər təcili çözümünü tələb edir.
Sevdiyiniz insanla ciddi söhbəti təxirə salın. Bu gün münasibətləri
ayırd etmək üçün əlverişli zaman deyil.
Anlaşılmazlıq və mübahisə riski az deyil.
Xərçəng - yaxın ətrafınıza, yaşam arealınıza
diqqət yetirin. Ağıllı və fəndgir davranın, ehtiyatı əldən
verməyin.
Qüvvələrinizi bərpa etməyə çalışın. Bunun üçün təmrinləri və ya
prosedurları müəyyənləşdirin.
Yeni informasiya alına bilər. Bu xəbər işlərin gedişatında, işgüzar
tərəfdaşlarla münasibətlərdə dəyişikliklər yarada bilər.
Başlanmış prosesi dayandırmağa can atmayın, çünki niyyətiniz
reallaşmayacaq.
İşdə kiçik, amma önəmli detalı aşkarlayın. O detal və ya ünsür işi
tamamlamağa, onu mənalandırmağa imkan verir.
Şir - hisslərinizə uyaraq düşünülməmiş addımlar
atmayın. Günün emosional fonu sizdən rasional və praqmat davranış
tələb edir. Həddən artıq aktiv olmayın. Zərurət varsa, tempi bir
qədər aşağı salın.
Günün ikinci yarısında şəriklər və ya tərəfdaşlarınızdan biri sizə
sürpriz edə bilər. Gözlənilməz hadisələrə hazır olun. Situasiyanın
ani dəyişkliklərindən faydalanın.
Axşam saatlarında gəzintiyə çıxın.
Qız - ünsiyyətdə qarşılıqlı maraqları ön plana
çəkməyin. Kompromisslərə meylli olun. Əhvalınız və səhhətiniz imkan
verirsə, daha çətin işlərə başlamaq olar. Fəaliyyətinizdə ciddi,
əhəmiyyətli dəyişikliklər olmayacaq. Rutin işləri ənənəvi qaydada
yerinə yetirin.
Günün ikinci yarısında ailə üzvlərindən birinin təcili yardıma,
dəstəyə ehtiyacı yaranacaq. Ona kömək edin, laqeyd davranmayın.
Sizə dəyər verən insanlarla münasibətləri korlamayın.
Axşam saatlarında internetdə çox vaxt keçirməyin.
Tərəzi - mənəvi və fiziki sağlamlığın vəhdətinə
nail olun. Çalışdığınız şəraitin rahat, yeni planların
reallaşdırılması üçün əlverişli olmasına can atın. Var qüvvənizlə
işləyirsinizsə, nəticənin də məntiqi olmasına can atın.
Günün ikinci yarısında işdə rəhbərliklə danışıqlarınızın
təfərrüatlarını həmkarlarınıza danışmayın. Şəxsi məsələlərdə
tərəfdaşın qayğılarını və fikirlərini nəzərə alın.
Laqeyd, soyuqqanlı, eqoist olmayın.
Əqrəb - istənilən, hətta ən kiçik işlərdə fayda
və mənfəət arayın. Hadisələri tələsdirməyin. Etdiyiniz seçimi
dərhal açıqlamayın. Ev işləri və ailə tədbirləri üçün əlverişli
zamandır.
Yeni işə və ya fəaliyyət sahəsinə maraq yarana bilər.
Günün ikinci yarısında yeni ideya və fikirlərinizi yaxın
ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.
Axşam saatlarında aktiv istirahəti seçin.
Oxatan - günün ilk yarısından səs-küydən,
qarmaqarışıqlıqdan uzaq olun. Əhvalınızı poza biləcək insanlardan
uzaq durun. Dəyər verdiyiniz insanlarla birgə fəaliyyətə üstünlük
verin.
Günün ikinci yarısında xidməti səlahiyyətlərinizi yerinə yetirərkən
yaxın perspektivi düşünün.
Axşam saatlarını sevdiyiniz insanla keçirin. Münasibətlərdə
harmoniya yaradın.
Oğlaq - günün ilk yarısından etibarən aqressiv
olmayın. Dəyər verdiyiniz insanlarla normal davranın. Kollektiv
fəaliyyətdə fayda var. Çətin durumlarda təmkinli davranın,
emosiyalara qapılmayın.
Günün ikinci yarısında qəliz vəziyyətlərin həlli çox asandır.
Küsülülərin barışma şansı var. Köhnə problemləri asanlıqla həll edə
bilərsiniz.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.
Dolça - gərgin, ağır və mürəkkəb intellektual
fəaliyyət üçün yararlı zamandır. Önəmli qərarlar qəbul edəndə
tələskənliyə yol verməyin. Yeni layihəyə başlamaq üçün münasib
zaman olsa da, situasiyanı tam dəqiqliklə qiymətləndirin.
Təşvişə düşməyin. Vurnuxmalara aldanmayın.
Günün ikinci yarısında xüsusi diqqət və ehtiyatlı davranış tələb
edən məsələlərdə yüz ölçüb, bir biçin. Axşam saatlarında
yaxınlarınızla ünsiyyətdə anlaşılmazlıqlar yarana bilər. Ailə
üzvlərinə yetərincə vaxt ayırın.
Stressdən mütləq şəkildə qurtulun.
Balıqlar - günün ilk yarısından etibarən yaxın
ətrafınızdakı insanlarla və qohumlarınızla münasibətlərdə gərginlik
yarana bilər. Yaşlı qohumların, ailə üzvlərinin dediklərini
dinləyin. Məsləhətləri qulaqardına vurmayın.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.
Tapşırıq və sifarişləri vaxtında, keyfiyyətlə yerinə yetirin. Cari
öhdəlikləri unutmayın.
Axşam saatlarını dostlarınızla keçirin. Səs-küylü məclis əhvalınıza
mənfi təsir edəcək.
Milli.Az
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama