Qoroskop
Astroloji proqnoz - 10 oktyabr
Qoç - Aktual məsələlərin həlli, peşəkar
fəaliyyət və maliyyə sahəsində yaranmış problemlərin aradan
qaldırılması üçün günün ilk yarısı ən optimal zamandır. Çoxdan
başladığınız işi tələsmədən, amma məntiqli şəkildə başa vursanız,
yaxşı nəticələr əldə edəcəksiniz.
Günün ikinci yarısında çətinliklərin çözülməsinə yaradıcı yanaşma
sizdə daxili harmoniya hissi, razılıq duyğuları yaradacaq.
Axşam saatlarınızı yaxınlarınızla birlikdə, mənalı istirahətə
üstünlük verərək keçirin.
Buğa - Sağlam həyat tərzini seçin. Xarici
görkəminizdə və ümumiyyətlə, yaşamınızda nəyi dəyişəcəyinizə qərar
verin. Aktiv olun, intensiv fəaliyyət göstərin. Ötənlərdə özünü
dəfələrlə doğrultmuş metodları seçin.
Günün ikinci yarısında yazışmalarda və hesabatlarda sərvaxt olun.
Məsləhətlərə qulaq asın. Təcrübə mübadiləsində xeyir var.
Yaxınlarınızdan biri yardım gözləyir. Planlarınızı pozmamaq şərtilə
həmin adama kömək edin. Az sonra başlanacaq hadisələrin heç
olmazsa, bəzilərini təxminləməyə can atın.
Əkizlər - İşgüzar təmaslarda diqqətli olun.
Başqalarının məsləhətləri ilə davranaraq maraqlarınızı qurban
verməyin. Ən müxtəlif yaşda və sosial durumda olan insanlarla dil
tapmağa çalışın.
Günün ikinci yarısı intensiv ünsiyyət zamanıdır. Mobillik,
çeviklik, psixoloji mütəhərriklik xüsusi əhəmiyyət kəsb edəcək.
Çalışdığınız kollektivdə müəyyən gərgin anlar yaşana bilər.
İndiyədək çözə bilmədiyiniz mübahisəni axşam saatlarında asanlıqla
həll edə bilərsiniz.
Xərçəng - Səhər saatlarında vurnuxma, işlərin
sürətli artımı istisna deyil. Anlaşılmazlıqlar və mübahisələrdə
haqsızlığa rəvac verməyin. Ədalətli olun. Emosional durumlarda
soyuqqanlı davranın.
Günün ikinci yarısında yeni işə başlayanda təcrübə və ya məlumat
çatışmazlığı ilə qarşılaşa bilərsiniz. Harasa təcili yollanmaq
zərurəti yaranacaq. Dəyər verdiyiniz insanlarla münasibətlərdə hər
şey normal deyil. Bununla belə, situasiyanı həddən artıq
dramatikləşdirməyin.
Şir - Təşəbbüskar olun. Bədxahları pərişan
etməyin ən rahat yolu onların dedi-qodularına, şayiələrinə fikir
verməməkdir. Özünüzü, maraqlarınızı düşünün. Yoxsul yox, varlı
olmağa can atın. İnadkar və zəhmətkeş fəaliyyət uğur vəd edir.
Günün ikinci yarısında böyük fiziki qüvvə və vaxt tələb edən iş
olacaq. Tələsməyin, bədbinliyə qapılmayın. Gərəkli nəticəni ən son
anda əldə edəcəksiniz. Yaxınlarınızla təmaslarda onlara psixoloji
təzyiq göstərməyin.
Axşam saatlarında normal istirahət edin.
Qız - Ətrafınızdakı situasiyanı tam anlamasanız
da, tələsik qərarlar verməyə tələsməyin. Situasiyadan asılı
davranmayın. Hərəkətləriniz xaotik, qarışıq, ziddiyyətli olmasın.
Optimal strategiyanı düşünün, işlək taktika seçin.
Günün ikinci yarısında soyuqqanlı olun. Kiçik problemlərə və
maneələrə fikir verməyin. Səbrli olun, irəliləyişə can atın.
Yaxınlarınızdan birinin sözləri və əməlləri sizi narahat edə bilər.
Yalan eşidəcəksiniz. Hər sözə aldanmayın.
Tərəzi - Hiperaktivlik etməyin, məzmununa bələd
olmadığınız işlə bağlı təşəbbüsə qapılmayın. Məlumatlar toplayın,
müşahidə edin, deyilənlərə qulaq asın. Müzakirələr və toplantılar
üçün yaxşı zamandır.
Hansısa insana qəfil marağınız yarana bilər. Yeni layihə seçin.
Günün ikinci yarısında həmfikir olduğunuz insanla təmasları
gücləndirin.
Əqrəb - Yaşananların məzmununu anlamağa
çalışın. Onsuz da gərgin olan əlaqələri ağırlaşdırmayın. Yeni
ideyaları reallaşdırmağa tələsməyin. Olaylarda yeni mərhələ, dönüş
anı yaxınlaşır. Malik olduqlarınızı araşdırın, təhlil edin.
Günün ikinci yarısında mövqeləriniz əvvəlki günlərlə müqayisədə
səbatlı deyil. Sınaqlardan keçməlisiniz. İmtinalar eşidəcəksiniz.
Baş verməsi çətin, müşkül saydığınız hadisə yaşanacaq.
Karyeranızda irəliləməyə çalışın, çünki belə davranış şəxsi
münasibətlərinizə də təsir edəcək.
Axşam saatlarını yaxınlarınızla keçirin.
Oxatan - Günün ilk yarısında cəhdləriniz ən
yaxşı effekti verəcək. Bu və ya digər məsələnin çözüm sürəti
zəhmətkeşliyinizdən, inadınızdan asılıdır. Sizdən asılı olmayan
amillərlə təmayülləri də unutmayın.
Günün ikinci yarısında dürüst taktikanın seçilməsi xüsusi əhəmiyyət
kəsb edəcək. Əhvalınız işgüzar prosesə xüsusi təsir edəcək. Kiçik
səhvləri gələcək fəaliyyətiniz üçün faydalı təcrübə sayın.
Yaxınlarınız və qohumlarınızla təmaslarda səbrli, təmkinli olun.
Münaqişə situasiyası yaratmayın.
Oğlaq - Günün ilk yarısından etibarən aktiv
çalışın. Rəqiblərdən geri qalmayın. Qarşınıza qoyduğunuz məqsədə
doğru qətiyyətlə irəliləyin. Tamamilə yeni sahədə tapşırıqlar və
sifarişlər ala bilərsiniz.
Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə problemlər
yaranacaq. Anlaşılmazlıqları ağır müşküllərə çevirməyin.
Karyeranıza birbaşa təsir edə biləcək söhbət, müzakirə olacaq.
Şəxsi həyatınızda önəmli qərarları hələlik təxirə salın.
Axşam saatlarını evdən kənarda keçirin.
Dolça - Maddi məsələlərlə bağlı müəyyən
problemlər yarana bilər. Çevik və sayıq davranın. Maddi sahədə
yeniliklər istisna deyil. Şübhəli davranmayın. Yanlışlıqlar sizə
ağrılı problemlər vəd etmir.
Günün ikinci yarısında işlərinizin səhmanda olmasına xüsusi fikir
verin. İşdə rəhbərlik dediklərinizi dinləyəcək. Həmkarlarla
münasibətlərin normal olmasına çalışın.
Axşam saatlarına yaxın yorğunluq hiss edə bilərsiniz. Enerji
səviyyəniz aşağı düşəcək. Sakitlikdə istirahət edin.
Balıqlar - Maraqlandığınız işlərlə səhər
saatlarından məşğul ola bilərsiniz. Diqqətli və sayıq olun. Karyera
müstəvisində uğurlar istisna deyil. Yaradıcılıqla bağlı
planlarınıza dəyişikliklər də mümkündür.
Günün ikinci yarısında bütün işləri müstəqil görməyə çalışın.
Kənardan yardım gözləməyin. Kollektiv fəaliyyətdə qıcıq, diskomfort
istisna deyil.
Axşam saatlarında şəxsi münasibətlərdə köhnə problemlər aktivləşə
bilər. Sevdiyiniz insanla mühüm söhbətdən yayınmayın.
milli.az
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO