Qoroskop
Astroloji proqnoz - 22 oktyabr
Qoç -yeni biliklər və məlumatlar əldə etmək
üçün münasib zamandır. Nikbin olun. Təcrübənizi artırın. Maliyyə
məsələlərinin çözülməsində ehtiyatlı olun. Gərəkli informasiyanın
olmaması itkilər və ya zərərə səbəb ola bilər.
Avantüralara qatılmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə maraqlarınızı nəyin
bahasına olursa-olsun, təmin etməyə çalışmayın. Axşam saatlarını
istirahətə, sevdiyiniz insanla ünsiyyətə həsr edin. Rasionunuza
fikir verin.
Buğa - günün ilk yarısında müsbət təmayüllərin
təsiri güclü olacaq. Vaxt pis keçmir. Bir sıra məsələlərin həllinin
öhdəsindən asanlıqla gələcəksiniz. Ən çətin problemlərin çözülməsi
zamanı standart düşünməyin. Yaxın ətrafınızdakı insanları yeni
ideyalar və dəqiq müşahidələrlə təəccübləndirə bilərsiniz. Maraqlı
işgüzar təklif alacaqsınız. Həmin təklifi qəbul etsəniz,
gəlirləriniz əhəmiyyətli dərəcədə artacaq.
Günün ikinci yarısında görüləsi işlər çox olsa da, dəyər verdiyiniz
insanlarla ünsiyyət üçün vaxt tapın. Emosiyalarınıza hakim
olun.
Əkizlər -məqsədlərin seçimi və planların
hazırlanmasına diqqətlə yanaşsanız, gün uğurlu olacaq. Ciddi
çalışın. Xırdalıqlara və detallara başdansovdu yanaşmayın. Gərəkli
nəticənin əldə olunması üçün çox işləməli olacaqsınız. Rəğbət
bəsləmədiyiniz insana yardım üçün müraciət etmək məcburiyyətində
qalacaqsınız. Bir zamanlar sizə yardım etmiş insanlar günün ikinci
yarısında əməlini xatırladacaqlar.
Axşam saatlarına yaxın səhhətinizdə kiçik problemlər yarana bilər.
Zökəm və soyuqdəymə riski var.
Xərçəng - hadisələrin axarı sakitlik və təmkin
tələb edir. Yeni məlumatlar əldə edin, maraqlandığınız predmetlə
bağlı informasiya toplayın. Dedi-qodu etməyin, qeybətə varmayın.
Başqasını müzakirə edəndə sərt danışmayın.
Günün ikinci yarısı səyahət və ya uzaq səfərlər üçün deyil. Yolda
xoşagəlməz hadisə baş verə bilər. Anlaşılmazlığın münaqişəyə
çevrilməsinə imkan verməyin. Axşam saatlarını dostlarla keçirin.
Uzun münasibətlər qura biləcəyiniz insanla qarşılaşa
bilərsiniz.
Şir - qarşınızda böyük perspektivlər var.
Başqalarının görə bilmədikləri və imtina etdikləri işi yerinə
yetirərək başa vura bilərsiniz. Yeni layihəni, alınan sifarişi və
ya tapşırığı təhlil edin. Gərəkli avadanlığı alın, ya da
hazırlayın.
Ehtiyac yaranarsa, məsləhət üçün təcrübəli insanlara müraciət
edin.
Günün ikinci yarısında alış-verişdə dürüst seçim edin, qənaətli
davranın.
Axşam saatlarında gəzintidə xeyir var. Yaxşı istirahət edin.
Qız - yaxşı ideyalarınız pis deyil. Məqsədə
çatmaq üçün başqalarının təcrübəsindən yararlana bilərsiniz.
Uğurlar gözləntilərinizdən də artıq olacaq. Qəfil təkliflər və
dəvətlər istisna deyil.
İndiyədək sizdən uzaq durmağa çalışan, görüş və söhbətlərdən
yayınan insanlar günün ikinci yarısında əlaqə yaratmağa
çalışacaqlar.
Şəxsi münasibətlər üçün əlverişli zamandır. Sevdiyiniz insan
müttəfiqiniz olacaq. Axşam saatlarında yeni tanışlıqlar istisna
deyil. Təmaslar çox dinamik inkişaf edəcək.
Tərəzi - adi günlərdən fərqli olaraq fikir
ayrılıqları və mübahisələr çoxdur. Situasiya günün ilk yarısında
bəzi aktual məsələlərin həllində çətinliklər yaradacaq. Ev işləri
və ailə qayğıları diqqəti cəmləməyə mane olacaq. Peşəkar fəaliyyət
müstəvisindəki maneələri aradan qaldırın.
Günün ikinci yarısında işdə rəhbərliyin kəskin narazılığına səbəb
olmayın.
İşlərinizə qarışan və belə müdaxilələri normal sayan adamın cavabı
sərt olmalıdır.
Mühüm məsələləri həll etmək üçün yaxşı zaman deyil. Dil tapmaq asan
deyil. Münaqişə riski artır. Emosiyaların təsiri altında
düşünülməmiş addımlar atmayın. Belədə dəyər verdiyiniz nəsnə puç
ola bilər.
Əqrəb - çoxdankı plan və ya məqsədlərdən
birinin reallaşdırılması üçün əlverişli zamandır. Peşəkar fəaliyyət
müstəvisindəki maneələri dəf edin. Şəxsi münasibətlərdəki
çətinliklərin aradan qaldırılması üçün səy göstərin.
İşdə mübahisə edən həmkarlarınızı barışdırın. Sülhməramlı
missiyanın öhdəsindən gələ bilərsiniz.
Günün ikinci yarısında çətin vəziyyətə düşmüş insana yardım edin.
Soyuqqanlı və təmkinli davranın.
Alacağınız məbləğin "gəlişi" ləngiyir. Narahat olmayın, ağır
maliyyə böhranı olmayacaq. Sadəcə, xərcləri bir qədər azaldın.
Bəzi alışları təxirə salın.
Oxatan - çox xoş gündür. Başladığınız işləri
uğurla başa vuracaqsınız. Xoş sürprizlər, gözlənilməz gəlir,
sürpriz ola bilər. Son vaxtlar sizi narahat edən problemləri
tezliklə həll edə bilərsiniz. İşgüzar baxımdan o qədər də əlverişli
gün deyil, amma uzunmüddətli planlar qurmaq olar.
Ev işləri, yaşam arealının qaydaya salınması, şəraitə hansısa
dəyişikliklər edilməsi məsləhətdir. Dəvət aldığınız yerə qatılmağı
unutmayın. Diqqət mərkəzində olacaqsınız.
Oğlaq - günün ilk yarısında emosiyalarınıza
nəzarət edin. Yaxın ətrafınızdakı insanları təxribata çəkməyin,
qıcıqlandırmayın. Təmkinli davranın. Soyuqqanlı və məntiqli
olsanız, yaranan problemləri həll edə bilərsiniz.
Günün ikinci yarısında situasiyada nizam artacaq. Fiziki və
emosional baxımdan özünüzü daha yaxşı hiss edəcəksiniz.
Çoxdan başa vurmaq istədiyiniz işə qayıtmaq olar.
Yaxınlarınızın yardımlarından imtina etməyin. Onlar qayğınıza və
səmimi hisslərinizə bel bağlayırlar.
Axşam saatlarını sevdiyiniz insanlarla keçirin.
Dolça - əlverişli zamandır. Qarşınıza
qoyduğunuz məqsədə çatmaq üçün müsbət təmayüllərin təsirindən
effektiv istifadə edin. Yaxınlarınız sizə yardım edəcəklər. Dəstək
gözləmədiyiniz insanlar bu gün yanınızda olacaqlar. Səfər və ya
səyahətlərlə bağlı istənilən məsələlərin həlli üçün əlverişli
zamandır.
Günün ikinci yarısında nəzərdə tutulan işlərin bəziləri alınmaya
bilər. Mənfi təmayüllərin təsiri əhəmiyyətli şəkildə hiss olunacaq.
Narahat olmayın, ağır situasiya çox çəkməyəcək.
Məşəqqətli dövr bitəcək, sonra işlər düzələcək.
Balıqlar - ziddiyyətli gündür. Mənfi
təmayüllərin təsiri əfsuslar olsun ki, güclüdür. Genişmiqyaslı
planlarınız vardısa, onları unudun. Mühüm işlər görmək fikriniz
varsa, ertələyin. Görüşlər ümidləri doğrultmayacaq. Köhnə dost və
ya sevdiyiniz insanla danışıq zamanı diqqətli olun, ürək
qırmayın.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yeni,
maraqlı ideyalar formalaşacaq. Onlar situasiyada pozitiv
dəyişikliklərin təməlini qoyacaq. Köç, yaşam arealını qaydaya
salmaq, daşınmaz əmlakın alınması ilə bağlı hüquqi məsələləri
nizamlamaq üçün yaxşı zamandır.
milli.az
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək