Qoroskop
Astroloji proqnoz - 20 noyabr
Qoç - əqli əmək, maraqlı fəlsəfi mövzularda
düşüncələr üçün əlverişli gündür. Təhsildə və elmi tədqiqatlarda
uğur ehtimalı yüksəkdir. Ciddi ədəbiyyatın mütaliəsi, eləcə də,
dünyagörüşünün artırılmasına yardım edən digər məşğuliyyətlər
tövsiyə olunur. Yeni tanışlıqlar qurmaq olar. Amma istisnasız
olaraq ağıllı, erudit, yaxşı təhsilli adamlarla.
Vacib xəbərlərin alınması mümkündür. Kübar və ictimai tədbirlərdə
iştirak mümkündür. Siz insanlarla asanlıqla dil tapacaq,
ətrafdakıların rəğbətini qazanacaqsınız.
Buğa - əlverişsiz gündür. Taledən hədiyyə,
ətrafdakılardan xoş sürprizlər gözləməyin. Nail olmadığınız hər
şeyi yalnız öz gücünüzlə əldə edə bilərsiniz. Təbii ki, bu
yorucudur. Hansısa yeni layihə üzərində işə başlanması mümkündür.
İlk addımlar çətin olacaq.
Yaxınlarınızla münasibətlərdə ciddi problemlər yarana bilər. Sizin
davranışınızdakı olduqca kəskin dəyişiklik ətrafdakıları çıxılmaz
vəziyyətə salacaq. Davranışlarınızın nədən yarandığını izah etməyə
çalışın.
Əkizlər - bu gün işgüzar məsələlərin həlli üçün
yaxşı gündür. Həyat potensialı, enerjiniz və mənəvi gücünüz
yüksəkdir. Bu, uğur əldə etmək üçün lazım olacaq. Yeni çətin işlər
meydana çıxacaq. Amma onların öhdəsindən əla gələcəksiniz. Siz
hədəfə doğru qətiyyətlə irəliləyirsiniz, heç nə və heç kim sizi bu
yoldan döndərə bilməyəcək. Başqa yerə köçmək, təmirə başlamaq
olar.
Siz cəmiyyət üçün faydalı nəsə etmək imkanını əldən buraxmayacaq və
öz işinizin nəticəsindən razı qalacaqsınız. Yeni tanışlıqlar
mümkündür.
Xərçəng - Dostlarla görüşlər, yaxınlarla ünsiyyət sevinc bəxş edəcək. Qonaq qəbul etmək üçün münasib gündür. Vacib məsələləri evdə müzakirə etmək tövsiyə olunur. Uğurlu bazarlıqlar mümkündür. Bu gün həm gündəlik istifadə üçün adi şeylər, həm də qeyri-adi, ekstravaqant nəsə almaq olar.
Şir - bütün qarşıdurma və münaqişələr kəskinləşəcək, ailə münasibətləri korlanacaq. Maliyyə mənzərəsi əlverişsizdir. Bu gün sövdələşmələrə getmək, iri bazarlıqlar etmək tövsiyə olunmur. Bundan başqa, təmirə başlamaq, başqa yerə köçmək və daşınmaz əmlakla bağlı sənədləri imzalamaq olmaz.
Qız - bu gün daha çox romantik görüşlər üçün
münasibdir. Ulduzlar tənha Qızlara sevgi macəraları vəd edirlər.
Artıq sevənlər isə münasibətlərə yeni və hər iki tərəf üçün xoş
nəsə əlavə edə bilərlər. Həyat potensialı yüksəkdir. Gün nə qədər
zəngin olsa da, axşam yorğunluq hiss etməyəcəksiniz.
Bununla belə, bu gün faydalı işlərlə məşğul olmaq alınmayacaq.
Bekarçılığa meyllilik çox güclü olacaq. Şirlər pulla asanlıqla
vidalaşırlar. Odur ki, əbəs xərclər ehtimalı yüksəkdir.
Tərəzi -asanından tutmuş çətininə qədər
müxtəlif məsələlərin həlli üçün əlverişli gündür. Bütün
çətinliklərin öhdəsində gələ biləcəksiniz. Üstəlik, seçdiyiniz
üsullar səy tələb etməyəcək. Həmkarlarınız və partnyorlarınızla
fikir ayrılıqları mümkündür. Lakin hamı sizin nöqteyi-nəzərinizin
düzgün olduğunu qəbul edəcək. Sadəcə olaraq, bunun geci-tezi
var.
Həyat potensialı yüksəkdir. Siz enerji ilə dolusunuz və özünüzü
yaxşı hiss edirsiniz. Fiziki işlə məşğul olmaq, idman yarışlarında
iştirak etmək olar.
Əqrəb - işlərdə problemlər mümkündür. Fikri
diqqət tələb edən məsələlərə yönəltmək çətin olacaq. Üstəlik,
ətrafdakılar sizin işlərinizə yersiz müdaxilələr edəcəklər. "Ayı
xidməti" göstərən bədxahlardan qorunmaq lazım gələcək. Daşınmaz
əmlak almaq, təmirə başlamaq, biznesə pul qoymaq tövsiyə
olunmur.
Çoxdan gözlədiyiniz xəbəri ala bilərsiniz. Darıxdığınız adamın
özünü xatırlatması da istisna deyil. Ümumi planların, birgə
fəaliyyətin müxtəlif aspektlərinin müzakirəsi üçün yaxşı
gündür.
Oxatan - sizinlə manipulyasiya etmək çox
asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki,
bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə
ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım
bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox
böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur.
Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz
ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə
kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər
problemlərdən yayınmaqda yardım edəcək.
Oğlaq - gün uğurlu başlayacaq. Siz gümrahlıq və
yaşam gücünüzün artdığını hiss edəcəksiniz. Səhər saatları
qadınlarla ünsiyyət üçün münasibdir. Axşama doğru isə güclü cinsin
nümayəndələri ilə dil tapmaq daha asan olacaq.
Bu gün diqqət mərkəzində ola bilərsiniz. Yeni tanışlıqlar asan
qurulacaq, baş gicəlləndirən romanlar başlayacaq. Çətin
vəziyyətlərdə diplomatiklik və nəzakət köməyinizə çatacaq: hətta ən
küsəyən adamlar da sizdən narazı qalmayacaqlar.
Dolça - o qədər də əlverişli gün deyil.
Ümidlərinizin qismətində doğrulmaq yoxdur. Amma siz bununla o
dəqiqə barışmaq istəməyəcəksiniz. Bu gün üçün qurduğunuz planlar,
çətin ki, həyata keçsin.
Dolçalar bu gün çox qısqancdırlar (bu, bürcün adətən qısqanclıqdan
uzaq nümayəndələrinə də aiddir) və bu səbəbdən sevdikləri adamla
münasibətlərdə çətinliyi özləri yaradacaqlar. Tənha Dolçalara isə
sakitliyi qorumaq çətin olacaq, onlar boş şeylərə görə
əsəbləşəcəklər. Xüsusi ehtiyatlılıq tələb olunur. Çünki zədələr
baxımından təhlükəli gündür.
Balıqlar - bu gün çox maraqlı olacağını vəd edir.
Siz kənar təsirlərə çox həssassınız, istənilən şəraitə uyğun
əhval-ruhiyyəyə ildırım sürətilə düşürsünüz. Bir çox Balıqlar
özlərində gözlənilməz istedad və qabiliyyətlər aşkarlayacaqlar.
Lakin yaxınlarla münasibətlər baxımından o qədər də asan gün deyil.
Sizin başa düşməyəcək, tənqid edəcək, xətrinizə dəyəcəklər. Siz isə
bunun cavabında nəinki müdafiə olunacaq, əks-hücuma keçəcəksiniz.
Vaxtında dayanmağa çalışın. Yoxsa, özünüzü çıxılmaz vəziyyətə sala
bilərsiniz.
milli.az
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək
-
İdman11:03
"Neftçi"də nə baş verir? - Qruplaşmalar, daxili çəkişmələr...