Qoroskop
Astroloji proqnoz - 23 noyabr
Qoç - Ünsiyyətdə aktivlik artır, yeni tanışlıqlar mümkündür. Dost və qohumluq əlaqələri daha da möhkəmlənir. Günün ikinci yarısı münasibətlərdəki ahəngdarlıq pozulacaq, fikir ayrılıqları üçün xeyli səbəb yaranacaq. Maliyyə məsələləri, məişət problemləri ciddi narazılıq yarada bilər. Sükan arxasında uzaq səfərlərə çıxmaq məsləhət deyil.
Buğa - Bu mürəkkəb gün hətta ən enerjili
Buğaları da yoracaq. Nəinki öz problemlərinizi həll etməli, üstəlik
qohumlarınızın arasında yaranan fikir ayrılıqlarını da aradan
qaldırmalı olursunuz - bu isə həddən artıq bezdirici işdir. Sizin
üçün xoş olmayan etiraflar mümkündür. Elə bir məlumat alacaqsınız
ki, onunla nə etməyi bilməyəcəksiniz.
Əvvəlcədən qurduğunuz planları reallaşdırmaq imkanı yaranmır və siz
pərt olursunuz. Münasibətlərdə ehtiyatlı olun, başqasının təsiri
altına düşə bilərsiniz.
Əkizlər - Gün gözlənilməzliklər gətirir -
hərdən xoş, hərdən də dərdə salan. Bilirsiniz ki, baş verənləri
götür-qoy etmək lazımdır, ancaq heç cür sakitləşə bilmirsiniz.
Üstəlik, heç düşünməyə vaxtınız da yoxdur. Yaxşı olar ki, kənardan
verilən məsləhətlərə deyil, intuisiyanın səsinə qulaq asasınız.
Evdə özünüzü daha rahat hiss edirsiniz. Uzaq səfərlərə getmək,
ekzotik əyləncə mərkəzlərində yeni təəssüratlar axtarmaq məsləhət
deyil. İnsanların çox olduğu yerlərə getməyin, kütlə qarşısında
çıxışlardan çəkinin.
Xərçəng - Günün əvvəlində sizə elə gələcək ki,
uğur üzünüzə gülür və tezliklə nailiyyət qazanacaqsınız. Ancaq bir
müddət sonra aydın olacaq ki, işlər, düşünüldüyü qədər də yaxşı
deyil. Sizə birbaşa aid olmayan xeyli problemi həll etməli
olacaqsınız. İrimiqyaslı layihələr üzərində işə başlamaq əvəzinə,
cari işlərlə məşğul olun.
Günün ikinci yarısında kefiniz pozulacaq: yaxınlarınızın halına
acımaq gərək. Sizin mənfi emosiyalarınızın qurbanları ən çox
sevdiyiniz insanlardır. Düşünmədən dediyiniz sözlərə görə üzr
istəməli olacaqsınız.
Şir - Kütlə qarşısında çıxış məsləhət görülmür.
Sövdələşmələr bağlamağa tələsməyin.
Peşəkar və şəxsi məsələləri bir-birindən fərqləndirmək lazımdır.
Şəxsi simpatiya və antipatiyanın iş yerində, iş yerinin
problemlərinin isə evdə bir işi yoxdur. Sonradan böyük bir problemə
çevrilə biləcək xırda xoşagəlməzliyi görmək həmişə mümkün
olmur.
Qız - Çətin, amma məhsuldar gündür. Bəzən mənfi
tendensiyaların təsiri özünü göstərir, amma siz onlarla mübarizə
üçün qüvvənizi əsirgəmir və pis vəziyyətdən çıxış yolunu tez
tapırsınız. İşdə uğurlar, karyera pillələri ilə qalxmağınız
mümkündür. Bunun üçün təkcə müvəffəqiyyətlərinizi deyil, həmçinin
cazibənizi də nümayiş etdirməli olacaqsınız.
Çətinliklər məhz sizin onları heç gözləmədiyiniz yerdə yaranır.
Məsələn, dəstəyinə və anlayışına güvəndiyiniz adam özünü tamamilə
başqa cür apararaq sizi incidə bilər.
Tərəzi - Mürəkkəb məsələlərə diqqət yetirin -
onlar üzərində iş sizə maraqlı və faydalı olacaq. Yeni təcrübə
qazanmaq, peşə təcrübənizi artırmaq imkanı yaranıb.
Ətrafınızdakıların sizin barənizdə nə fikirləşdikləri, rəhbərliyin
müvəffəqiyyətlərinizin fövqündə olub-olmadığı barədə yox,
gördüyünüz işlərin xoş sonluğu barədə düşünün. Əməkdaşlıqdansa,
müstəqil işləməyə üstünlük verin.
Şəxsi xarakterli istənilən məsələnin həlli zamanı bütün maraqlı
tərəflərin rəyini nəzərə alın. Sizdən müəyyən qurbanlar tələb
olunur, ancaq bunlar sizi təşvişə salacaq dərəcədə qorxulu və
dəhşətli deyil.
Əqrəb - Danışıqlar pis keçmir, ancaq nəzərə
almaq lazımdır ki, əldə edilən razılaşmanı tam hesab etmək olmaz.
Yeni iş ortağınız və ya rəhbərlik barədə isə dolğun və düzgün
qənaətə gəlmək olar.
Şəxsi həyatda güclü dəyişikliklər gözlənilmir. Burada daha çox
sabitləşməyə, mövcud əlaqələrin möhkəmləndirilməsinə meyl var. Yeni
tanışlıqlar xoşdur, amma çətin ki, ciddi davamı olsun.
Oxatan - Maliyyə məsələlərinin həlli və
kommersiya fəaliyyəti uğurlu olacaq. Oxatanlar çətin situasiyalarda
düzgün qərarlar qəbul edir, rəqiblərinə (hətta onlar hiyləgər
metodlardan istifadə etsələr belə) üstün gəlirlər.
Şəxsi həyatınızda da müsbət tendensiyaların təsiri güclüdür:
yaxşılığa doğru dəyişiklik mümkündür. Təşəbbüs göstərə,
hisslərinizi etiraf edə, nəyi istəyirsinizsə, məhz onu edə
bilərsiniz. Dəyərli hədiyyələr, yaxınlarınızdan xoş sürprizlər ala
bilərsiniz.
Oğlaq - İşdə problemlər sizin öz günahınız
ucbatından yaranır, çünki işdən başqa hər şey barədə
fikirləşirsiniz. Hesablarda səhv etməniz mümkündür, danışıqlarda
pərtlik yarana bilər, həmçinin yerinə yetirə bilməyəcəyiniz vədlər
verə bilərsiniz. Kütlə qarşısında çıxışlardan çəkinin.
Gün sizi əsl mənəvi bağların birləşdirdiyi insanlarla ünsiyyət üçün
daha münasibdir. Səmimi etiraflar edə, sizi çoxdan narahat edən
problemlərdən danışa bilərsiniz. Alış-verişə çıxmaq məsləhət deyil,
pul sizə hələ lazım olacaq.
Dolça - İntellektual potensialınız çox yüksəkdir. Bu da o deməkdir ki, öhdəsindən gələ bilməyəcəyiniz problem yoxdur. Eksperimentlərə hazırsınız və onlar dedikcə əla nəticələr verir. Maraqlı tanışlıqlar mümkündür. Ola bilsin ki, dostlarınızdan biri sizi doğrudan da gözəl bir insanla tanış etsin.
Təhsil və dünyagörüşünün artırılmasına xidmət edən
məşğuliyyətlərə üstünlük verin. Ən adi vərdişlərdə özünüz üçün
yenilik tapa bilərsiniz. Uzaqdan vacib xəbərlər ala bilərsiniz.
Balıqlar - Mənfi tendensiyaların güclü təsirinə
baxmayaraq, səhər çağı müəyyən nailiyyətlər əldə edə bilərsiniz.
Enerjiniz və sağlam düşüncəniz bütün işlərdə köməkçinizdir.
Bunların sayəsində çətinlikləri aşa, səhvlərdən qurtula bilərsiniz.
Ən çətin anlarınızda dostlarınız köməyinizə gələcəklər.
Axşam isə bir qədər gərgin keçəcək. Mənəvi tarazlığınızı itirir,
mənfi emosiyalarınızın təsiri altına düşürsünüz. Üstəlik, bu dövrdə
sizi idarə etmək asanlaşır və çox güman ki, düşmənləriniz bundan
istifadə etməyə çalışacaqlar.
milli.az
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək
-
İdman11:03
"Neftçi"də nə baş verir? - Qruplaşmalar, daxili çəkişmələr...
-
Sosial10:31
Hətta xasiyyəti belə dəyişən ay - Daim içki içən şəxs Ramazanda oruc tutarsa...
-
Ekologiya09:57
Rayonlara qar yağdı, şaxta düşdü - FAKTİKİ HAVA
-
Region09:24
Almanlar Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədində görün nə edirlər - FOTO
-
Nida Xəbər 09:03
Mehriban Əliyevadan İlaxır çərşənbə ilə bağlı paylaşım - FOTO