Səbuhi Rəhimlidən martın 29-na olan astroloji proqnoz
Bizi izləyin

Qoroskop

Səbuhi Rəhimlidən martın 29-na olan astroloji proqnoz

QOÇ – May ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. Ədalətə söykənən bütün məramlarınız reallığa yaxınlaşacaq. Təbii olmayan davranışlar nümayiş etdirməyin, xüsusilə rəhbərliyə qarşı.

QOÇ – May ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. Ədalətə söykənən bütün məramlarınız reallığa yaxınlaşacaq. Təbii olmayan davranışlar nümayiş etdirməyin, xüsusilə rəhbərliyə qarşı.

BUĞA – Bütün gücünüzü pulla bağlı problemlərin həllinə yönəldin. Bu istiqamətdə nə qədər gücünüz varsa, səfərbər edin. Saat 13-15 radələrində yersiz risklərdən uzaq olun ki, başınız ağrımasın.

ƏKİZLƏR – Sağlıq durumunuzda xırda çətinlikləriniz olsa da, bu, qarşıya qoyduğunuz planların icrasına ciddi təsir göstərməyəcək. Hətta aktivliyinizi artırdığınız təqdirdə qazanc da mümkündür.

XƏRÇƏNG – Planetlərin bürcünüzdəki neqativ düzülüşü həm fəaliyyət, həm də qarşılıqlı münasibətlər müstəvisində bir qədər gərginlik yarada bilər. Odur ki, bütün gücünüzlə təmkinli olmağa çalışın.

ŞİR – Bu ərəfədə yaşadığınız tale sükunəti xatırladır. Oxşar həyat tərzindən usandığınız üçün mütləq dəyişmək, təzadlar qoynuna atılmaq lazımdır. Qısamüddətli səfərlər sizə rahatlıq gətirə bilər.

QIZ – Pula böyük ehtiyac duyduğunuzu görən Göy qübbəsi qarşınıza bununla bağlı bir neçə şans çıxaracaq. Çalışın ki, bu şanslardan yararlanasınız. Axşama doğru aldığınız hər bir yeni təkliflə razılaşın.

TƏRƏZİ – Sağlıq durumunuzu diqqətdə saxlasanız, gün ərzində digər problemləriniz olmayacaq. Əgər uzaq yola çıxmaq və ya qonaq getmək istəyirsinizsə, qarşınızda heç bir məhdudiyyət olmayacaq.

ƏQRƏB – İtirdiklərinizi qaytarmaq istəyirsinizsə, ilk növbədə çılğınlıqdan uzaq durun, daha sonra buraxdığınız səhvlərdən nəticə çıxarın. İnsanların etibarını qazanmaq çətin olsa da, sizdə problem deyil.

OXATAN – Ulduzlar bu təqvimi müəyyən qədər gərgin şəkildə başa vuracağınızı bəyan edir. Ələlxüsus da fəaliyyət yönümündə qarışıqlıq mümkündür. Odur ki, hər bir addımda diqqətli olun.

OĞLAQ – Ziddiyyətli bir təqvimlə üz-üzəsiniz. Proseslərin gedişatı gah müsbət, gah da mənfi istiqamətə yönələ bilər. Bacardığınız qədər obyektiv olun ki, uduzmayasınız. Məsləhət almaq da olar.

SUTÖKƏN – Ulduzlar bu gün işlərinizin çox olacağından xəbər verir. Amma maddi baxımdan irəliləyişləriniz də gözlənilir. Yaxşı olar ki, bu gün hər hansı mənəvi problemin həllinə vaxt itirməyəsiniz.

BALIQLAR – Artıq daxili sabitliyiniz bərpa olunmaqdadır. Müsbət enerji ilə yüklənməyiniz ətrafdakılar tərəfindən başa düşülməyinizə və ümumi işlərinizdə müsbət dönüşə səbəb olacaq. Ürəyinizi sevgisiz qoymayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm