Qoroskop
Astroloji proqnoz - 1 dekabr
Qoç - Vacib görüşləri və danışıqları, yaxşı olar ki, səhər çağına planlaşdırasınız - məhz bu dövr diqqətəlayiq məsələlərin müzakirəsi üçün daha uğurludur. Eyni zamanda, maliyyə və əmlak məsələlərini həll edə, büdcəni planlaşdıra, lazım gələrsə, kredit götürə bilərsiniz. Günün ortası isə müstəqil intellektual fəaliyyət üçün münasibdir. Cari işləri və uzun-uzadı layihələri bir kənara qoyub, doğrudan da, vacib olan problemləri həll etməyə çalışın.
Axşam isə gözlənildiyindən daha çətindir. Emosional fon sabit deyil, adətən, sakit və təmkinli olan insanlar bu gün hisslərini gizlədə bilmirlər. Kaprizlərə, ötəri həvəslərə isə çox əhəmiyyət verilir.
Buğa - Qeyri-formal ünsiyyət üçün münasib
gündür. Bütün vacib məsələlərə insanların özlərini rahat hiss
elədikləri yerlərdə - gəzinti zamanı, kafedə, hətta evdə, televizor
seyr edərkən - aydınlıq gətirilir. Sizin maraqlarınızı bölüşən
insanları, həmkarlarınızı evinizə dəvət edə bilərsiniz.
Havadan-sudan bəhs edən mövzularla başlanan söhbət tədricən
müştərək layihələrin qızğın müzakirəsinə çevrilə bilər.
Hüquqi məsələlər bu gün daha ləng həll olunur. Sənədləşdirmədə,
lazımi imzaların alınmasına çətinliklər yarana bilər. Sevgililər bu
gün xoş anlar yaşayacaqlar, ailəlilər isə fikir ayrılıqlarını
yenib, mübahisələrə son qoya biləcəklər.
Əkizlər - bu gün baş verən hadisələr özlüyündə
xırda və əhəmiyyətsiz olsa da, nədənsə onları ürəyinizə salırsınız.
Bu səbəbdən həyəcanlarınız və narahatlığınız get-gedə artacaq.
Mənəvi tarazlığı alkoqollu içki sayəsində düzəltməyə cəhd
göstərməyin, bu, vəziyyəti düzəltməyəcək.
Sizin dərmanınız, bilirsiniz, nədir? - Ünsiyyət! Dostlarınıza zəng
çatmır? Sadəcə, ağıllı və maraqlı hesab etdiyiniz birinə ürəyinizi
boşaldın. Günün ikinci yarısı çox qiymətli məlumat alacaq və onu öz
mənafeyiniz üçün istifadə edəcəksiniz.
Xərçəng - bu gün sizin üzüyolalığınız və
güzəştə getməyiniz hamını dəfələrlə təəccübləndirəcək. Bu
xüsusiyyətlər sizə uğur qazanmaqda kömək edəcək. Nüfuzlu şəxslərin
rəğbətini qazana, rəhbərliyin sizə dəstək olacağına zəmanət ala
bilərsiniz. Biznesmen Xərçənglər bu gün sərfəli sövdələşmələr
edəcəklər. Uzun müddət düşmənçilik etdiyiniz şəxslərlə barışa
bilərsiniz. Hətta ən qatı bədxahınız belə bu gün sizinlə mehriban
davranacaq.
Faydasız danışıqlar zəhlənizi tökəcək. Ən pisi isə
ətrafınızdakıların belə söhbətlərin sadəcə vaxt itkisi ollmasını
anlamamaq istəyidir. Bu səbəbdən münaqişqələr yarana bilər.
Şir - günün başlanğıcı o qədər də xoş
olmayacaq. Çətinliklər və münaqişələr gözlənilir. Qarmaqarışıqlıq
səbəbindən şərait barədə dolğun təsəvvür əldə etmək, düzgün
qərarlar vermək çətindir. Gün ərzində, çalışın, sənədlərlə iş
aparmayasınız, hesabat hazırlamaq və sənədlərə imza atmaqdan da
çəkinin. Zərgər dəqiqliyi tələb edən işlərə də toxunmayın.
Maliyyə problemləri gözlənilir. Pulları düşünmədən xərcləməyiniz
gələcəkdə problem yarada bilər. Əyləncələrdən və şübhəli işlərdən
imtina edin. Sevgidə isə bəxtiniz gətirəcək. Xoş məqamdan istifadə
edərək şəxsi həyatınıza düzən verməyə çalışın.
Qız - Birmənalı gün deyil, özünüzü ora-bura
vurursunuz. İşdə münaqişələr gözlənilir. Ağlınıza nə gəlir,
ağına-bozuna baxmadan deyirsiniz. Nə nüfuzlu insanlardan çəkinir,
nə də nəticələr barədə düşünürsünüz. Onlar isə özlərini çox
gözlətməyəcək.
Nəinki ətrafdakılarla, heç özünüzlə də yola gedə bilmirsiniz. Bir
qədər zəhmət çəkib öz fikirlərinizi, arzu və istəklərinizi,
məqsədlərinizi qaydaya salın. Sevgilinizlə açıq söhbət bir çox
qaranlıq məqamlara aydınlıq gətirəcək.
Tərəzi - necə davranmağınızdan bu gün çox şey
asılıdır. Şöhrətpərəst və qürurlu olsanız, munaqişədən qaça
bilməyəcəksiniz, vaxtında kölgəyə çəkilsəniz, güzəştə getsəniz, öz
mövqeyinizi qoruyaraq rəqiblərinizi ötə bilərsiniz. Rəhbər
Tərəzilər gənc işçilərə qarşı bir qədər yumşaq davransalar, yaxşı
olar. Sıravi işçilərə isə təşəbbüs göstərərkən kimisə incitməmək
tövsiyə olunur.
Evdə qarışıqlıqdır, yaxınlarınızla ünsiyyətiniz istədiyiniz kimi
alınmır. Ekstravaqant hərəkətlərdən qaçın, onlar uğursuz olacaq.
Ola bilər ki, boşuna pul xərcləyəsiniz.
- enerjinizin azlığından şikayət etməyəcəksiniz. Bircə dərdiniz
var: bu enerjiniz dağıdıcı xarakterlidir və onu dinc məqsədlərə
yönəltmək elə də asan deyil. Çox inad edir, lazım gəlməyən yerdə
müqavimət göstərir, güzəştə getmir, həmkarlarınız və rəhbərliklə
münasibətləri korlayırsınız.
Günün ikinci yarısı çoxdan gözlədiyiniz bir xəbəri alacaqsınız. Çox
güman ki, o, pullarla bağlı olacaq. Axşamı sakit söhbətlərə, fikir
mübadiləsinə, vacib məsələlərin müzakirəsinə həsr edin. Qonşularla,
ümumiyyətlə, o qədər də uzaq olmayan insanlarla münasibətləriniz
yaxşılaşacaq.
Oxatan - səhəriniz heç də pis açılmır.
Əvvəlcədən qurduğunuz plana riayət edərək məqsədinizə doğru gedə
bilirsiniz. Bədxahlarınız sizə mane olmağa çalışacaqlar, amma heç
nəyə nail ola bilməyəcəklər: sizi saxlamaq çox müşküldür.
İmicinizdə dəyişiklik edə, saç düzümünüzü, makiyaj stilinizi, yaxud
qarderobunuzu dəyişə bilərsiniz.
Axşama doğru çətinliklərlə üzləşə bilərsiniz. Çətin şəraitdən çıxış
yolu var və siz onu görürsünüz, amma vəziyyəti düzəltmək üçün həmin
şansdan istifadə etmək istəmirsiniz. Alternativ axtarmaqla isə vaxt
itirirsiniz.
Oğlaq - Ünsiyyətlə dolu gündür, amma kimsə bu
ünsiyyətin daim xoş keçəcəyinə zəmanət verə bilməz. Qadınlar
kişilərin onlara qarşı diqqətinin artması səbəbindən özlərini
narahat hiss edə bilərlər. Kişilər isə öz maraqlarının nümayişi
üçün heç də həmişə uyğun üsullar tapa bilmirlər. Kütləvi
tədbirlərdə və ziyafətlərdə çox aktiv iştirakın nəticələri də xoş
olmaya bilər.
Xoş tendensiyaların təsiri isə insanları daha inadcıl, qərarlı və
məqsədyönlü edir, çətinliklərə müqavimət göstərməyə imkan yaradır.
Günün ikinci yarısı maraqları və dünyaya baxışları ortaq olan
insanlar arasında qarşılıqlı anlaşma əldə etmək elə də çətin
olmayacaq.
Dolça - neytral gündür. Onu, əsasən, xırda
məsələlərin yoluna qoyulmasına sərf edəcəksiniz. Cari işlər sizin
daha vacib və mürəkkəb problemlərin həllinə diqqət ayırmanıza mane
olur. Ancaq dərd eləməyin - onsuz da, onların həll olunması üçün
yaxşı məqam hələ gəlib çatmayıb. Tərəfdaşlarınıza etibar edə
bilərsiniz, onlar sizi heç bir halda yarı yolda qoymayacaqlar.
Şəxsi həyatınızda bəzi çətinliklər yarana bilər. Səmimi deyilsiniz,
öz hisslərinizi çox dərində gizlədirsiniz. Sevdiyiniz insanlarla
səmimi olun, məhz bu cür münasibətlərdə ahəngdarlığa nail ola
bilərsiniz.
Balıqlar - inadcıllığınız və dözümlülüyünüz
işinizə yarayır. Başqalarının çaşqınlıqla geri çəkildikləri
məqamlarda siz irəliyə addımlamaqda davam edir, daha nə qədər güc
və vaxt sərf edəcəyiniz barədə fikirləşmirsiniz. Sizin öz gücünüzə
inamınız "yoluxucu"dur: tezliklə anlayacaqsınız ki, sizi uğura
inanan insanlar əhatə edirlər.
Günün ikinci yarısı həm işgüzar, həm şəxsi münasibətlərdə təşəbbüs
göstərmək lazımdır. Öz ideyalarınızla bölüşün, təkliflərinizi
verin, tərəddüd etməyin, sizi dəstəkləyəcəklər.
milli.az
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO