Qoroskop
Astroloji proqnoz - 2 noyabr
Qoç - Çətinliklər çox olacaq, amma neqativ
tendensiyaların təsiri uzun sürməyəcək. Problemlərin məngənəsində
qalanlar isə özləri bunu seçmiş olacaqlar. Əsas odur ki,
başqalarının işlərinə qarışmayasınız. Əlbəttə, hamıya kömək etmək
istəyi təqdirəlayiqdir. Ancaq bəzən insanlara sərbəst fəaliyyət
göstərməyə imkan yaratmaq lazımdır. Üstəlik, heç sizin də bu işlər
xoşunuza gəlmir.
Qeybət və şayiələrdən uzaq olun. Sizin onları eşitməyinizin, yaxud
da yaymağınızın heç bir fərqi yoxdur, qayda qaydadır: yoxlanmamış
məlumat həmişə problem yaradır. Sevgililər, ər-arvad arasında
mübahisələr mümkündür. Səbəb isə insanların bir-birlərinə
güvənməmələridir.
Buğa - Günün birinci yarısında diqqətsizlik,
yüngülxasiyyətlik və öz gücünü düzgün hesablamama səbəbindən
çətinliklər yarana bilər.
Bu dövrdə nahaq xərclər və maliyyə itkiləri gözlənilir. Kənar
fikirləri başdan ataraq işə köklənmək də çətindir. Bir çoxları
təklikdə, yaxud ünsiyyətlərin sayını azaldaraq məhsuldar işləyə
biləcəklər.
Günün ikinci yarısında müsbət tendensiyaların təsiri artacaq. Bu
zaman sürprizlər, xoş təsadüflər, maraqlı görüşlər mümkündür.
Çoxdankı bir münaqişəni də həll etmək şansı var.
Əkizlər - qonaq qəbulu, eyni zamanda xeyli
uzaqdan gələn müsafirləri qarşılamaq üçün əla gündür. Həm özünüzü
əla ev sahibi kimi göstərə, həm də xoş söhbətlə gözəl vaxt
keçirərək faydalı əlaqələri möhkəmlədə biləcəksiniz. Maraqlı
təkliflər alırsınız. Bunlardan biri həyatınızı kökündən dəyişə
bilər.
Bu gün yaranan problemlərin əksəriyyəti tələsik qərarlar verməyiniz
səbəbindən ortaya çıxır. Bir qədər təmkin həm özünüzü, həm ailə
üzvlərinizi çətinlikdən qurtarmaqda sizə kömək edər. Günün ikinci
yarısı yaşlı qohumlarınızla ciddi fikir ayrılığı mümkündür.
Xərçəng - sizin öhdəsindən gələ bilməyəcəyiniz
problem yoxdur. Başqalarını kor dalana salan hadisələr sizi ciddi
məşğul etmir. Üstəlik, siz çox gözəl tərəfdaşlar tapırsınız. Onlar
sizin yolunuzda canlarından keçməyə də hazırdırlar, özü də
əvəzsiz.
Böyük qələbələrlə yanaşı, xırda sevinclər də az deyil. Yaxınlarınız
xoş sürprizləri əsirgəməyəcək, dostlarınız xoş xəbərləri sizinlə
bölüşməyə tələsəcəklər. Bu gün romantik görüşlər təyin edə
bilərsiniz. Onlar sizin istədiyiniz kimi keçəcək.
Şir - bu gün işləriniz ona görə alınır ki,
ətrafdakıların gözlədikləri kimi hərəkət etmirsiniz. Özlərini
itirmiş bədxahlarınız, paxıllarınız şokdadırlar və sizə mane olmağa
gücləri yoxdur. Günün ilk yarısı xeyli məzəli hadisə olacaq. Bunlar
çətinliklər yaratsa da, əhvalınızı qaldıracaq.
Günün ikinci yarısı sakitlik vəd edir. Romantik görüşlər, sevgi
etirafları üçün əla vaxtdır. Yaxınlarınız üçün xırda hədiyyələr,
suvenirlər ala bilərsiniz.
Qız - ehtiyatlı olun: mənfi tendensiyaların
gücü bu gün xüsusilə artır. İşdə problemlər ola bilər. Bəzi
səhvləriniz maliyyə itkilərinə səbəb olacaq. Uğursuz şərait və ya
rəhbərliyin qəfil tapşırığı ucbatından planları dəyişməli
olacaqsınız. İş görüşləri baş tutmur, əvvəllər əldə etdiyiniz
razılaşmalara isə yenidən baxmaq tələb olunur.
İntellektual potensialınız yüksəkdir və bu, əsas silahınızdır. Məhz
ağlınız, düzgün mühakimələriniz sayəsində maneələri aşa, çətin
problemləri həll edə, günü əla başa vura biləcəksiniz.
Tərəzi - Hər kəs əsəbidir. Çox az adam qıcıqlanmadan kimisə dinləyir. Bəziləri özünənəzarəti gücləndirməyə çalışsalar da, mənfi emosiyalar lazım olmayan anda püskürür. Odur ki, münaqişəli situasiyaların çoxluğu qaçılmazdır. Günün yaxşı tərəfləri də var. Məsələn, bir çoxları bu gün kəşflər etməyə meyllidirlər. Bunlarsız problemlərin öhdəsindən gəlmək mümkün deyil axı! Çoxları şəxsi həyatlarında nəyisə dəyişmək istəyir və xoş təsadüfdən bunun üçün yaxşı imkanlar yaranır.
Əqrəb - bu gün daha məsuliyyətlisiniz. Ciddi
yanaşma bir çox problemlərinizin həllinə kömək edir. Bunların
sırasında əvvəllər heç cür öhdəsindən gələ bilmədikləriniz də var.
Çoxdan darıxdığınız insanlar peyda olacaqlar. Planlaşdırılmamış
görüşlər və bayramların təşkili ehtimalı var. Əgər qadınların
dəstəyindən istifadə etsəniz, xırda maneələri asanlıqla aşa
bilərsiniz.
Yeni tanışlıqlara can atmanız, əhatə dairənizi genişləndirmək
istəyiniz ünsiyyətlərinizi kor-koranə edir. Bu, təhlükəli ola
bilər, xüsusilə də xanımlar üçün. Axşam təklikdə gəzintiyə çıxa
bilərsiniz.
Oxatan - dünəndən bəri, sanki, elə bir hadisə,
dəyişiklik baş verməyib, amma gün daha xoş və şən görünür. Hirs və
qıcıqlarınızın öhdəsindən gələrək bütün günahkarları bağışlayacaq,
küskünlükləri bir kənara ataraq həyatın dadını çıxarmağa
çalışacaqsınız. Gün şəxsi məsələlərin həlli üçün çox münasibdir.
Çoxdankı bir arzunuz həyata keçə bilər.
Yaradıcılıq, təhsil, tədqiqat işləri ilə məşğul ola bilərsiniz.
Uğurlu alış-veriş mümkündür. Səfərlər, dostlarla görüş, aktiv
istirahət əhvalınızı yüksəldəcək.
Oğlaq - istənilən söhbət, ünsiyyət üçün gözəl
gündür. Çətinlik çəkmədən diqqət mərkəzinə düşür, insanların
rəğbətini qazanır, yeni tərəfdaşlar tapırsınız. Ziyafətə gedə,
yaxud onu özünüz təşkil edə, qonaq qəbul edə bilərsiniz.
Əyləncəylə, asudə vaxtla bağlı ideyalırınız möhtəşəmdir.
Mənfi tendensiyalar da yaranacaq. Bu gün baş verənləri ürəyinizə
salır, təsadüfi tanışlıqları ilk baxışdan məhəbbət kimi
dəyərləndirir, yersiz bir zarafatı isə təhqir kimi qəbul
edirsiniz.
Dolça - ünsiyyətə açıqsınız. İnsanlara
gülümsəyirsiniz və müvafiq cavab özünü gözlətmir. Yeni işə başlamaq
üçün əla gündür. Siz, şübhəsiz, lider olacaqsınız. Köməkçiləriniz
nə qədər çox olsa, bir o qədər yaxşıdır. Dostlarınızla birlikdə
yaxşı əylənə bilərsiniz. Bəzi Dolçaların yeni pərəstişkarları
olacaq.
Maliyyə vəziyyətini pis adlandırmaq olar. Özlərinə lazım olmayan
əşyaları satan insanlar bu gün sizi tapırlar. Onlardan yaxa
qurtarmaq isə elə də asan deyil.
Balıqlar - bu gün xeyli plan qura bilərsiniz,
amma onları həyata keçirmək mümkün olmayacaq. Ya öz gücünüzü düzgün
hesablamırsınız, ya da tərəfdaş seçiminiz yanlış olur, işlər isə
tökülüb qalır. Ən yaxşısı, mürəkkəb bir məsələni bir kənara qoyub,
daha asanını və daha maraqlısını yerinə yetirməyə çalışın.
Günün ikinci yarısı isə öz problemlərinizi başqalarının hesabına
həll etməyə çalışacaqsınız. Sizi tezliklə ifşa edəcəklər və bu, heç
də xoşunuza gəlməyəcək. Tərəfdaşlarınızla, sizi, həqiqətən, sevən
insanlarla münaqişə gözlənilir.
milli.az
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular