Qoroskop
Astroloji proqnoz - 5 noyabr
Qoç - başlanmış işləri yekunlaşdırmaq üçün daha çox münasib olan neytral gündür. Bu gün hətta ən enerjili və yorulmaz adamlar da hərəkətdən daha çox düşünməyə meyllidirlər. Odur ki, bu gün möhtəşəm qələbələr gözləməyə dəyməz.
Buğa - sabit emosional fon komfortlu ünsiyyəti təmin edir. Qarşılıqlı anlaşma olmasa da, münaqişələr də olmaycaq. Romantik görüşlərə böyük ümidlər bəsləməyə dəyməz. Lakin müxtəlif dostluq tədbirləri (birlikdə teatra getməkdən tutmuş təbiət qoynuna atılmaq və aktiv istirahətə qədər) çox yaxşı keçəcək.
Əkizlər - həddindən artıq ziddiyyətli gündür. Gücünüzü düzgün hesablamaq çətin olacaq. Gözlənilməz təsadüf, hadisələrin ağlasığmaz şəkildə inkişafı planlarda köklü dəyişikliklərə vadar edəcək. Yersiz inadkarlıq göstərməyin, güzəştə getməyə hazır olun.
Xərçəng - sizin üçün uğursuz və çətin gündür.
Qurduğunuz planlar həyata keçməyəcək, çətin və birmənalı olmayan
vəziyyətə uyğunlaşmalı, ətrafdakıların dolaşıq qarşılıqlı
münasibətlərindən baş çıxarmalı olacaqsınız.
Bu gün işiniz çox olacaq. Özü də onların hamısı çətin işlərdir və
günün yorucu olacağı təəccüblü deyil. Dincəlməyə vaxt tapın.
Gücünüzü bərpa etmək üçün işlərdən ayrılmalısınız.
Şir - ünsiyyət üçün əlverişli gün deyil. Hətta köhnə müttəfiqlər, bir-birlərinə yaxın insanlar arasında da münaqişələr yarana bilər. Maliyyə və mülk məsələlərini həll etmək məsləhət deyil. Belə danışıqların ciddi mübahisələrə, davamlı münaqişələrə səbəb olması ehtimalı var.
Qız - gününüz maraqlı keçəcək. Yaradıcılıq
potensialınız yüksək olduğundan nə özünüz bekar oturacaq, nə də
başqalarına vaxtlarını boş keçirməsinə imkan verəcəksiniz. Yeni
tanışlıqlar, xoş görüşlər mümkündür. Gün kübar məclisləri ziyarət
etmək üçün əlverişlidir.
Mağazaları gəzmək olar. Amma yalnız özünüzə nəsə almalısınız. Çünki
hədiyyə seçmək üçün münasib gün deyil. Bundan başqa, imicinizlə
bağlı eksperimentlər, çətin kosmetik prosedurlar məsləhət
deyil.
Tərəzi - uğurlar və qələbələr vəd edən gözəl
gündür. Yaradıcılıq potensialınız çox yüksəkdir. Ona görə də
bədxahlarınız və rəqibləriniz maneəçilik törətməyə çalışsalar belə,
istənilən məqsədinizə çata biləcəksiniz. Maraqlı görüşlər,
məhsuldar iş danışıqları mümkündür.
İstənilən romantik münasibətə başlamaq üçün münasib gündür. Onların
hansı istiqamətdə inkişaf edəcəyi isə sizdən asılıdır. Gün iri
bazarlıqlar üçün əlverişlidir.
Əqrəb - çox maraqlı məsələnin həlli ilə məşğul
olacaqsınız. Əgər onun öhdəsindən layiqincə gəlsəniz, maraqlı
təkliflər və karyera yüksəlişi özünü çox gözlətməyəcək. Yeni
partnyorların axtarışı, əməkdaşlığa başlamaq üçün pis gün deyil. Bu
gün insanlarla dil tapmaq, onları öz tərəfinizə çəkmək asan
olacaq.
Maliyyə mənzərəsi əlverişlidir, investisiyalar və alış-veriş üçün
pis gün deyil. Xüsusilə günün ikinci yarısında sevgidə bəxtiniz
gətirəcək. Bu vaxt bəzi Əqrəblər romantik görüşə yollanacaq,
bəziləri isə sevdikləri şəxslə münasibətlərdə yeni məqamlar aça
biləcəklər.
Oxatan - gün kifayət qədər sakit keçəcək. Heç
nə planlarınızı həyata keçirilməsinə mane olmur və bu, sevindirməyə
bilməz. Çətin vəzifələrə, irimiqyaslı layihələrə girişmək olar. Siz
köməkçi, müttəfiq və həmfikirləri asanlışla tapacaqsınız.
Həddindən artıq fiziki yük məsləhət deyil. İdmanla məşğul olmağı ya
təxirə salmaq ya da təcrübəli məşqçinin nəzarəti altında məşğul
olmaq lazımdır. Yaxınlarınızla ünsiyyət, münaqişələrin həlli, uzun
sürən mübahisələrə son qoyulması üçün əlverişli gündür.
Oğlaq - çox uğurlu və istənilən başlanğıc üçün
münasib gündür. Bu gün istənilən işin öhdəsindən gəlməyə,
rəqiblərinizi üstələməyə və yeni səviyyəyə yüksəlməyə qadirsiniz.
Həm özünüzün, həm də başqalarının ideyalarının həyata keçirilməsi
üçün əlverişli gündür. Bu gün həm yaxşı rəhbər, həm də nöqsansız
icraçı ola bilərsiniz. Bunu yalnız istəmək lazımdır.
Həyat potensialınız yüksək olacaq. Bu günə istənilən əyləncə
planlaşdıra bilərsiniz. Əhval-ruhiyyəniz o qədər yüksəkdir ki, hər
şey zövqünüzcə olacaq.
Dolça - bu gün ümidlərinizi doğrultmayacaq. Çox
darıxdırıcı və sönük gündür. Yeni işlər, yeni təəssüratlar
arzulasanız da, təəssüf ki, ulduzlar bunu təklif etməyə hazır
deyillər. Bunun əvəzində xeyli yeknəsək iş, qaranlıq, bədxah
adamlarla görüşlər, işdəki atmosferi yaxşılaşdırmaq üçün əbəs
səylər olacaq.
Şəxsi həyatda isə işlər bir qədər yaxşıdır. Ən azı bu sahədə
səyləriniz hədər olmayacaq. Yaxınlarınız sizə anlayışla yanaşacaq,
sevdiyiniz şəxs diqqətdə xəsislik etməyəcək. Günün ikinci yarısına
təyin olunan romantik görüşlər pis keçməyəcək.
Balıqlar - günün ritminə uyğunlaşmaq, enerjinizi
dinc məcraya yönəltmək çətin olacaq. Nəsə faydalı və vacib işlə
məşğul olmaq istəsəniz də, bunun məhz hansı iş olduğunu
müəyyənləşdirə bilməyəcəksiniz. Üstəlik, ideyalarınız dəstək
qazanmayacaq. İdeyalarınızın həyata keçirilməsində nə qədər çox
israr etsəniz, bir o qədər tez bir zamanda tək qalacaqsınız.
Gün idmanla məşğul olmaq və aktiv istirahət üçün əlverişlidir.
Səfərlər planlaşdırmaq olar. Hətta, sükan arxasında olsanız da, yol
sizi yormayacaq.
milli.az
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq