Qoroskop
Astroloji proqnoz - 7 noyabr
Qoç - ürəyinizə pis şeylər damacaq. Təəssüf ki, onlar tam əsassız deyillər. Bu gün çoxlu çətinliklər gözlənilir. Hər şeyin öhdəsindən gəlmək olar. Lakin problemləri bir-birinin ardınca fasiləsiz həll etmək çox yorucudur. Üstəlik, bel bağlayası heç kiminizin yoxdur. Yalnız öz gücünüzə arxalanmalısınız.
Bu gün bütün sahələrdə özünüzü təkmilləşdirmək üçün əlverişlidir. İmicinizlə bağlı eksperimentlər edin, xarici dil öyrənin, xarakterinizin tərəflərini üzə çıxarın və s. Ulduzlar həyatına yenilik gətirmək istəyənləri dəstəkləyəcək.
Buğa - lakin planlarınızı yalnız etimadınızı
qazanan insanlarla bölüşün. Çünki başqalarının ideyalarını
özününküləşdirməyə hazır olan adamların sayı olduqca çoxdur.
Günün emosional fonu əsl "qış" stabilliyi ilə fərqlənir. Hətta ən
impulslu adamlar da bu gün həmişəkindən daha çox sakit və
soyuqqanlıdırlar.
Əkizlər - siz bu çətin gündə qarşısına qoyduğu
məqsədlərə çata bilən azsaylılara aidsiniz. Hər şey sizin
inadkarlığınızdan asılıdır. Hamının və hər şeyin əleyhinizə olduğu
bir vaxtda da təslim olmursunuz. Bu, effektli taktikadır. Lakin
bununla özünüzə düşmən qazanmaq riskinə gedirsiniz.
Yaxınlarınızla istənilən söhbəti ciddi tonda aparmaq lazımdır. Bu
gün zarafatların düzgün başa düşülməyəcəyi ehtimalı var. Pul
üstündə mübahisələr istina olunmur. Bu məsələdə bir qədər güzəştə
getmək pis olmaz.
Xərçəng - pis gün deyil. Yalnız hadisələrin yavaş inkişafı müəyyən əsəbilik yaradır. Lakin günün ortasında sakit ritmə uyğunlaşacaqsınız. Bundan başqa, bu gün olduqca səbrli və təmkinli olacaqsınız. Bu isə o deməkdir ki, istənilən çətin məsələləri müzakirə etmək olar. Günün ikinci yarısı alqı-satqı üçün münasibdir.
Xarakterindən asılı olmayaraq, bütün görüşləri günün ortasına təyin etməyə çalışın. Məhz həmin vaxt həmsöhbətinizlə dil apmaq asan olacaq.
Şir - ulduzlar hələ də sizin tərəfinizdədirlər. Dünən çatdıra bilmədiyiniz işləri bu gün müvəffəqiyyətlə başa vura bilərsiniz. Bundan başqa, gün işgüzar təmaslar, əməkdaşlığın müzakirəsi üçün münasibdir. Siz hər şeydə haqlı olduğunuza istənilən həmsöhbətinizi inandırmağa qadirsiniz. Hətta ən inadcıl opponent də bu gün fikrinizi dinləyəcək.
Gün ərzində böyük uğurlar qazanacaqsınız. Ona görə də əla əhval-ruhiyyə və sərhədsiz nikbinliyinizə təəccüblənməyə dəyməz. Yeni tanışlıqlar mümkündür. Təşəbbüsləri ehtiyatla irəli sürün. O, qərarsız və fəallığı az olan insanları qorxuda bilər.
Qız - Çətin vəziyyətdən qalib kimi, yalnız
çətinliklərdən qorxmayan və açılmayan qapını dəfələrlə döyməyə
hazır olan adamlar çıxa biləcəklər. İstənilən məqsədə çatmaq üçün
böyük enerji sərfi tələb olunur. Yalnız həyat potensialının yüksək
olması sayəsində səhhətlə bağlı problemlərdən yayınmaq
mümkündür.
Gün istirahət, yaxınlarla ünsiyyət, qeyri-formal dost məclisləri
üçün münasibdir.
Tərəzi - əla gündür. O, nüfuzlu şəxslərlə görüşlər üçün münasibdir. Siz özünüzü yaxşı tərəfdən göstərə, qabiliyyətinizi nümayiş etdirə və rəqiblərinizi kölgədə qoya bilərsiniz. Maraqlı təkliflər alacaqsınız. Onları heç bir qorxu və şübhə olmadan qəbul edə bilərsiniz. Potensial işverən, tərəf müqabili və müştəri ilə görüşlər üçün əlverişli gündür.
İdeyalarınız dəstək və təqdirlə qarşılanacaq, yardım üçün təkrar xahiş etməyə ehtiyac qalmayacaq. Xoş sürprizlər, hədiyyələr mümkündür. Həyat potensialınız yüksək səviyyədə olacaq.
Əqrəb - Hətta kimsə özündə bir balaca əmək
entuziazmı tapsa belə, təkbaşına hünər göstərməli olacaq. Bu isə
uğur şanslarını əhəmiyyətli dərəcədə azaldır. Enerjili həmfikir
tapmaq ehtimalı isə yox dərəcəsindədir.
Bekarlığa meyllilik şəxsi həyata da təsir edəcək. Bu günə təyin
olunmuş görüşlər boş səbəblər üzündən təxirə salınacaq, təşəbbüslər
isə soyuq qarşılanacaq. Əvəzində axınla getmək və bekarlıqdan həzz
almaq olar.
Oxatan - əvvəllər başladığınız bütün layihələri
başa çatdırmağa çalışın. Qarşıdakı günlər çətin olacaq və
əlverişsiz mərhələyə yarımçıq işlər və həll olunmamış məsələlərlə
daxil olmaq məsələhət deyil. Bu gün nüfuzlu şəxslərlə istənilən
təmaslar üçün münasibdir. Hüquqi məsələlərin həlli, sənədləşmə
işləri ilə məşğul olmaq mümkündür. Dövlət təşkilatlarının
nümayəndələri ilə görüşlər məhsuldar olacaq.
Əhval-ruhiyyəniz o qədər yaxşı olmayacaq. İntuisiyanız tezliklə
problemlərin yaranacağından xəbər verir və bu, təlaş yaradır. Lakin
ətrafınızda sizi şənləndirməyə, ruhlandırmağa çalışan insanlar
tapılacaq.
Oğlaq - fürsət gözləmək və hərəkətsiz dayanmaq
lazım gələcək. Bu, sizə əzab versə də, bununla barışmalı
olacaqsınız. İşgüzar aktivliyin aşağı olması bu gün sizin üçün
vacib işləri həll edilməmiş qoyacaq. Bu, ciddi əsəbilik yaradacaq,
əhvalınız korlanacaq.
Yaxınlarınızdan pis sürpriz gələcək. Sən demə, sizin uzun müddətdir
fikrinizdə tutduğunuz və böyük ümidlər bəslədiyiniz planlar onların
ürəyincə deyil. Bəzi Oğlaqlar bu günə nəzərdə tutulan səfərlərdən
və digər əyləncələrdən imtina etməli olacaqlar. Maddi itkilər də
istisna deyil.
Dolça - bu gün illüziyalar, nəticəsiz ümidlərlə yadda qalacaq. Yalan vədlər veriləcək, kimsə sizi aldatmağa çalışacaq. Hər şeyə inanmayın, eşitdiyiniz sözlərə tənqidi yanaşın. Əgər taleyin zərbələrinə hazır olsanız, onları vaxtında dəf etmək şanslarınız artacaq. Yalnız öz gücünüzə arxalanın.
Şəxsi münasibətlərdəki gərginlik narahatlığa səbəb olur, elə
hiss yaranır ki, sizi aldadırlar. Açıq münaqişələr gözlənilmir.
Hamı susqun narazılıqla, gizli eyhamlarla kifayətlənəcək.
Balıqlar - səbrinizi toplayın. Əlverişli mərhələ
yaxındır. Lakin təəssüf ki, o, bu gün başlamayacaq. Hələlik isə
maneələri aşmalı, bədxahlarınızla mübarizə aparmalı olacaqsınız.
İşdə həmkarlarınızla fikir ayrılıqları döyüş ruhunuzu bir qədər
azaldacaq. Belə bir "dəstək qrupu" ilə nəyəsə nail olmağın
mümkünlüyündən şübhələnməyə başlayacaqsınız.
Ailə problemləri mümkündür. Onlar mülk və maliyyə ilə bağlı olacaq. Çalışın bu məsələlərdən heç birini diqqətdən kənarda qoymayasınız.
milli.az
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK