Qoroskop
Astroloji proqnoz - 8 dekabr
Qoç - başlanmış işləri yekunlaşdırmaq üçün daha çox münasib olan neytral gündür. Bu gün hətta ən enerjili və yorulmaz adamlar da hərəkətdən daha çox düşünməyə meyllidirlər. Odur ki, bu gün möhtəşəm qələbələr gözləməyə dəyməz.
Buğa - bu gün çox uğurlu olacaq. Günün birinci
yarısı xoş xəbərlərlə, böyük əhəmiyyət verdiyiniz münasibətlərin
bərpası ilə əlamətdar olacaq. Bu vaxt tək köhnə romanın yenidən
canlanması üçün yox, həm də işgüzar əməkdaşlığın bərpası üçün
əlverişlidir. Günün ikinci yarısında yaradıcılıq potensialı
artacaq, yeni başlanğıclar uğurlu olacaq.
İntuisiyanız itidir və bu, özünü yaxınlarınızla münasibətlərdə
göstərəcək. Sevdiklərinizi nəinki ağızlarını açan kimi başa
düşəcək, həm də lazım olduğu anda onların köməyinə çata
biləcəksiniz.
Əkizlər - istənilən faydalı fəaliyyət üçün çox münasib gündür. Odur ki, günü boş keçirmək lazım deyil. Nə qədər çox iş planlaşdırsanız, bir o qədər çox işin öhdəsindən gələcəksiniz və nailiyyətləriniz də daha böyük olacaq.
Dotslarla görüş və romantik görüşlər üçün günün ortası daha münasibdir. Axşamı isə sakitlikdə keçirmək daha yaxşıdır. Gücünüzü bərpa etməyiniz və yeni həftəyə hazırlaşmaq lazımdır.
Xərçəng - həftənin ən əlverişli günləri hələ
irəlidədir. Amma bu gün də pis deyil. Diqqətinizi planlaşdırmalara
yönəldin. Bu gün belə işlər üçün çox münasibdir. Analitik
qabiliyyətiniz açıq şəkildə ortaya çıxacaq.
Bir çox Xərçənglər, nəhayət ki, çoxdandır diqqət tələb edən ailə
işləri ilə məşğul ola biləcəklər. Övladlarınızın problemləri yarana
bilər və onların həlli üçün şəxsən iştirakınız, eləcə də xərc lazım
gələcək.
Şir -sevgililər küsüşəcək, dil tapmaqda
çətinlik çəkəcək, qısqanclıq və şübhələrlə bir-birilərinə əziyyət
verəcəklər. Barışmaq isə olduqca çətin olacaq.
Diqqəti işə cəlb etməklə uğurlar əldə etmək olar. Danışıqlar
aparmaq, əməkdaşlığa başlamaq və işgüzar səfərlər üçün münasib
gündür. İş partnyorlarınızla fikir ayrılıqları mümkündür. Lakin
yekdil mövqeyə gələ biləcəksiniz. Həyat potensialı yüksək səviyyədə
olacaq, ovqatınız pis olmayacaq.
Qız - sizi xoş və çox şey vəd edən görüş gözləyir. Bu gün baş verən hadisələri istənilən rəngdə görmək olar. Əsas məsələ sizin nəzər nöqtənizdən asılıdır. Heç olmasa, qismən obyektivlikdə dostlarınız sizə yardım edəcəklər. Odur ki, kəskinliyə və sözü üzə demələrinə görə onlardan inciməyin.
Həddindən artıq ciddi olmayın. Bu gün vaxtınızı şən keçirmək, əylənmək, sevinmək üçündür. Yaxınlarınızla xırda anlaşılmazlıq və fikir ayrılıqları mümkündür. Lakin bunların hamısı boş şeylərdir və çox əhəmiyyət verməyə dəyməz.
Tərəzi - Həddindən artıq ziddiyyətli gündür. Gücünüzü düzgün hesablamaq çətin olacaq. Gözlənilməz təsadüf, hadisələrin ağlasığmaz şəkildə inkişafı planlarda köklü dəyişikliklərə vadar edəcək. Yersiz inadkarlıq göstərməyin, güzəştə getməyə hazır olun.
Əqrəb - sizin üçün uğursuz və çətin gündür.
Qurduğunuz planlar həyata keçməyəcək, çətin və birmənalı olmayan
vəziyyətə uyğunlaşmalı, ətrafdakıların dolaşıq qarşılıqlı
münasibətlərindən baş çıxarmalı olacaqsınız.
Bu gün işiniz çox olacaq. Özü də onların hamısı çətin işlərdir və
günün yorucu olacağı təəccüblü deyil. Dincəlməyə vaxt tapın.
Gücünüzü bərpa etmək üçün işlərdən ayrılmalısınız.
Oxatan - gün kifayət qədər sakit keçəcək. Heç
nə planlarınızın həyata keçirilməsinə mane olmur və bu,
sevindirməyə bilməz. Çətin vəzifələrə, irimiqyaslı layihələrə
girişmək olar. Siz köməkçi, müttəfiq və həmfikirləri asanlıqla
tapacaqsınız.
Həddindən artıq fiziki yük məsləhət deyil. İdmanla məşğul olmağı ya
təxirə salmaq, ya da təcrübəli məşqçinin nəzarəti altında məşğul
olmaq lazımdır. Yaxınlarınızla ünsiyyət, münaqişələrin həlli, uzun
sürən mübahisilərə son qoyulması üçün əlverişli gündür.
Oğlaq - kifayət qədər çətin gündür. Birbaşa
fəaliyyət göstərmək heç cür mümkün olmur, manevrlər etmək,
fəndgirliyə əl atmaq lazım gəlir. Təəssüf ki, intriqalar meydanında
bədxahlarınız daha yaxşı oynayırlar. İşgüzar danışıqlar üçün
münasib gün deyil.
Sizə təzyiq göstərmək istəyən yaxın adamlarla dil tapmaq xeyli
çətindir. Maraqlarınızı müdafiə etmək üçün kifayət qədər sərt
davranmaq lazım gələcək. Yaşlı nəslin nümayəndələri ilə münaqişələr
mümkündür.
Dolça - çox maraqlı məsələnin həlli ilə məşğul
olacaqsınız. Əgər onun öhdəsindən layiqincə gəlsəniz, maraqlı
təkliflər və karyera yüksəlişi özünü çox gözlətməyəcək. Yeni
partnyorların axtarışı, əməkdaşlığa başlamaq üçün pis gün deyil. Bu
gün insanlarla dil tapmaq, onları öz tərəfinizə çəkmək asan
olacaq.
Maliyyə mənzərəsi əlverişlidir, investisiyalar və alış-veriş üçün
pis gün deyil. Xüsusilə günün ikinci yarısında sevgidə bəxtiniz
gətirəcək. Bu vaxt bəzi Dolçalar romantik görüşə yollanacaq,
bəziləri isə sevdikləri şəxslə münasibətlərdə yeni məqamlar aça
biləcəklər.
Balıqlar - günün ritminə uyğunlaşmaq, enerjinizi
dinc məcraya yönəltmək çətin olacaq. Nəsə faydalı və vacib işlə
məşğul olmaq istəsəniz də, bunun məhz hansı iş olduğunu
müəyyənləşdirə bilməyəcəksiniz. Üstəlik, ideyalarınız dəstək
qazanmayacaq. İdeyalarınızın həyata keçirilməsində nə qədər çox
israr etsəniz, bir o qədər tez bir zamanda tək qalacaqsınız.
milli.az
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO