Qoroskop
Astroloji proqnoz - 9 dekabr
Qoç - iş ortaqları ilə əməkdaşlıq
perspektivlərini müzakirə etmək olar: uzun zaman dil tapa
bilmədiyiniz insanlarla ortaq məxrəcə gələ bilərsiniz. Xırdalıqlar
ikinci plana keçir, doğrudan da, vacib olan işlərə diqqət yönəltmək
lazımdır.
Səyahətə hazırlaşmaq olar, yol üçün gərəkli əşyaları almaq
lazımdır. İri alış-veriş etmək olar, bütün ailəyə xidmət edəcək
əşyalara üstünlük verin.
Buğa - eyhamlardan qaçın, fikrinizi açıq-aşkar
deyin, üstüörtülü danışığınızı anlamaya bilərlər. Planlaşdırılmamış
səfərlər yeni tanışlar tapmağa imkan yaradacaq.
Fiziki iş və idmanla məşğul olmaq üçün münasib gündür.
Sağlamlaşdırıcı prosedurlar faydalı və səmərəlidir. Əvvəlcədən
qurulmuş planlara riayət etmək məsləhətdir.
Əkizlər - sözü insanların üzünə çırpırsınız və
bu, çoxlarının xoşuna gəlmir. Ancaq fikirlərinizi açıq-aşkar
söyləməyiniz tərəfdaşlarınızla ümumi dil tapmağa, həmçinin xoşunuza
gələn insanların rəğbətini qazanmağa imkan verir. Biznesdə təşəbbüs
göstərin, intuisiyanız darda qoymayacaq.
İşgüzar və enerjilisiniz. Dostlarınız və yaxınlarınız sizə
çatdırmırlar və bu, paxıllıq əvəzinə zarafat üçün bir bəhanəyə
çevrilir. Köhnə tanışlarınızdan gözlənilməz təklif ala bilərsiniz.
Bəzi Əkizlər öz hobbilərini gəlir mənbəyinə çevirəcəklər.
Xərçəng - tamamilə maraq dairənizdən kənar
işlərə vaxt sərf edirsinizsə, nailiyyət qazanacağınıza ümid
etməyin: nəticələr həddən artıq zəif və sönük olacaq.
Həmfikirlərlə ünsiyyət üçün yaxşı gündür. Dostlar və qohumlarla heç
də həmişə ortaq məxrəcə gəlmək olmur. Bu gün müştərək bir işə
başlayacaqsınızsa, o zaman əvvəlcədən başçının kim olacağını təyin
etmək lazımdır.
Şir - kommersiya baxımından əla gündür.
Bağladığınız sövdələr böyük gəlir vəd edir, gözləmədiyiniz yerdən
də iri məbləğdə pul ala bilərsiniz. Peşəkar nüfuzunuz artır. Sizin
rəyinizi daha yüksək vəzifə tutan insanlar da dinləyirlər.
Səfərlər və səyahətlər üçün münasib gündür - həm iş məsələlərini
həll edə, həm də əylənə bilərsiniz. Sizi intuisiyanız idarə edir və
çox hallarda o haqlıdır. Günün ikinci yarısı həm dostlarla, həm də
sevgilinizlə görüş üçün əladır.
Qız - işgüzar ünsiyyət üçün əla gündür:
görüşlər məhz siz istəyən kimi keçir. Yeni layihələr üzərində işə
başlamaq olar, uğuru çox gözləmək lazım gəlməyəcək. İş yerini
dəyişmək, yeni vəzifə başına keçmək üçün uğurlu gündür. İşdə
məhəbbət macərasının başlanması da mümkündür.
Yaradıcılığa maraq artır. Teatra, konsertə, sərgi salonuna gedin.
Yaradıcı potensialınız yüksək olsa da, bunu haraya yönəltməyi bəzən
bilmirsiniz. Yaşlı qohumların məsləhəti yerinə düşəcək.
Tərəzi - ünsiyyət üçün xoş gündür, xeyli görüş
və söhbət gözlənilir. Təəssüf ki, xoşəgəlməz insanlarla da görüş
qaçılmazdır, amma siz pis təsir altına düşməyəcək, özünüzü idarə
etməyə imkan verməyəcəksiniz. Dediyinizin üstündə durun, amma
kimsənin sizi qəddarlıqda və aqressivlikdə günahlandırmasına şərait
yaratmayın.
Yaxınlarınızla nəzakətli olun, sərt iradlardan, başqalarını
incidəcək zarafatlardan çəkinin. Əzizlərinizlə aranızda fikir
ayrılıqları yaranır, ancaq bir qədər özünüzə əziyyət versəniz,
ailədə sakitliyi qoruyub saxlaya bilərsiniz.
Əqrəb - gün sakit keçir. Tələsmədən,
vurnuxmadan problemləri bir-bir həll edir, başqalarına nümunə
göstərirsiniz. Peşəkar mövqelərinizi möhkəmləndirə, yeni
tərəfdaşlar tapa bilərsiniz. Tanışlıqlar hər cəhətdən faydalıdır.
Maraqlı iş təklifləri almağınız mümkündür.
Pul da ala bilərsiniz: lazımi vaxtda lazımi yerdə ola bilsəniz,
onun qədəri xeyli çox ola bilər. Şəxsi problemlərin həllinə tez
nail olacaqsınız, çünki emosiyalara qapılmayaraq sağlam düşüncəyə
arxalanırsınız.
Oxatan - enerji və gücünüzün artdığını hiss
edirsiniz. Özünüzə inamınız çoxalır. Bir qədər əvvəl mümkünsüz
görünən bəzi planlarınızı gerçəkləşdirməyə nail olursunuz. Əvvəllər
dil tapa bilmədiyiniz insanlar da sizə yardım edirlər. Rəhbərliklə,
nüfuzlu şəxslərlə münasibətləriniz yaxşılaşır.
Sahibkarlıq fəaliyyəti, biznesdə istənilən başlanğıc üçün əla
gündür. Əgər özünüzü itirməyib vaxtında təşəbbüs göstərsəniz,
sevgidə də bəxtiniz gətirəcək. İri alış-veriş, bədxərclik məsləhət
deyil.
Oğlaq - qətiyyətli, enerjilisiniz, sözü üzə
deyirsiniz - bu, böyük uğur vəd etsə də, ətrafınızdakılarla
münasibətlərinizi ciddi surətdə korlaya bilər. Tənqidi iradlardan
çəkinin.
İdman və aktiv istirahət etməyə çalışın. Səfərlər pis keçməyəcək.
Vacib görüşləri günün ikinci yarısına təyin edin: bu dövr sizinçün
ən münasib vaxtdır. Yaxın adamınız xoş sürprizlə sizi
sevindirəcək.
Dolça - səliqə və ciddilik tələb edən xırda
işlərlə məşğul olun. Vaxtınızı düzgün bölüşdürür, gücünüzü lazım
olmayan işlərə sərf etmirsiniz. Alış-veriş uğurlu olacaq. Yarımçıq
qalmış bəzi məsələləri həll etməyiniz tələb oluna bilər.
Dövlət orqanlarının nümayəndələri ilə ünsiyyət, sənədlərin
hazırlanması rahat olacaq. Axşam dostlarla, yaxud sevgilinizlə
görüş təyin edə bilərsiniz. Evə yaxın olmağa çalışın,
planlaşdırılmamış səfərlərdən imtina edin.
Balıqlar - yaradıcı potensialınız çox
yüksəkdir. Onun sayəsində boz bir günü qeyri-adi və unudulmaz edə
biləcəksiniz. Planlarınızı gerçəkləşdirə biləcəksiniz. Bunlardan
azacıq kənara çıxmağınızın da sizə yalnız xeyri dəyəcək. Elm və
ictimai fəaliyyətlə məşğul olanlar üçün gün çox uğurludur.
Pul ala bilərsiniz. Onları düzgün idarə edirsiniz: perspektivli
layihələrə yatırır, uğurlu alış-veriş edirsiniz.
milli.az
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO