Qoroskop
Astroloji proqnoz - 14 dekabr
Qoç - Narahatlıqlar çox olacaq, birmənalı olmayan gündür. Bir tərəfdən, xeyli maraqlı işlər olacaq, onların həlli qarşınızda yeni perspektivlər açacaq. Digər tərəfdən isə istənilən fəaliyyət çox yorucu görünür və bir çoxları işləmək əvəzinə bədbin düşüncələrə qapılmağa üstünlük verirlər.
Buğa - Yaxınlarınızın köməyinə ümid edə
bilərsiniz. Çətinliyiniz yaranan zaman onlara müraciət etməkdən
çəkinməyin. İstənilən məsələnin ən yaxşı həlli - qüvvələrin
birləşdirilməsidir. Problemlərlə təkbaşına savaş cəhdi isə çətin
ki, uğurla bitə. Sövdələşmələr bağlamaq, iri alış-veriş etmək
məsləhət deyil.
Maliyyə məsələlərində ehtiyat, sənədlərin hazırlanmasında səliqə bu
gün xüsusilə vacibdir. Diqqətsizlik gələcəkdə ciddi problemlərə
səbəb ola bilər. İstənilən, hətta ən xırda, qanun pozuntusu bu gün
xüsusilə yolverilməzdir.
Əkizlər - Təəccüblü deyil ki, yox yerdən
mübahisə yaranır, fikir ayrılıqları dərinləşir, kimsə güzəştə
getmək istəmir.
Müxtəlif nəsillərin nümayəndələri bir-birilə dil tapmaqda çətinlik
çəkirlər. Atalarla övladların münaqişəsi uzanır. Ciddi maliyyə
itkiləri, texnikanın sıradan çıxması, qiymətli əşyaların korlanması
mümkündür. Risk etmək, eksperimentlər aparmaq məsləhət deyil.
Xərçəng - Günün ilk yarısı çox pis keçir. Mənfi
emosiyalarınız aşıb-daşır, yaxşı əhval-ruhiyyədən danışmağa dəyməz,
adəti ruh yüksəkliyiniz də itib. Yaxınlarınızla aranızda ciddi
fikir ayrılıqları yarana bilər, sizə elə gəlir ki, kimsə sizi
anlamır, sevmir.
Axşam emosional gərginlik aradan qalxacaq, cari məsələlərin həlli
asanlaşacaq. Pul və ya qiymətli hədiyyələr ala bilərsiniz.
Sevdiyiniz adamın xoş sürprizlər etməsi mümkündür. Həyati
potensialınız yüksəkdir.
Şir - Mürəkkəb, gərgin, yorucu gündür. Tez-tez
boş şeylərə görə əsəbləşir, başqalarının əhəmiyyət vermədiklərini
ürəyinizə salırsınız. Yaxınlarınız tez-tez sizə xoşagəlməz
hadisələri xatırladır və qəlbinizi incidirlər. Bəzi məişət
problemlərinin həlli üçün qohumlarınıza ağız açmalı
olacaqsınız.
Əgər bu gün hansısa vacib qərarı verməli olsanız, ciddi maneələrlə
qarşılaşacaqsınız. Öz gücünüzü düzgün hesablamağınız vacibdir. Əgər
gücünüz yoxdursa, ümumiyyətlə heç nə etməyin.
Qız - Gərəksiz xərclər, maliyyə itkiləri bu
vaxt daha çoxdur. İşə köklənmək çətindir, fikriniz Bağdadda xurma
dərir. Bir çoxları təklikdə, yaxud təmasları minimuma endirərək
məhsuldar işləməyi bacarırlar.
Günün ikinci yarısı müsbət tendensiyaların təsiri güclənəcək. Axşam
xoş sürprizlər, uğurlu təsadüflər, maraqlı görüşlər gözlənilir.
Uzun müddətdən bəri davam edən bir münaqişəni bitirmək şansı
var.
Tərəzi - Hazırlıq günüdür. Hansısa işi başa
çatdıracağınıza ümid etməyin, amma ilkin hazırlıqları əla
aparırsınız. İşgüzar görüşlər yaxşı keçir, əvvəllər sizin
nöqteyi-nəzərinizlə razılaşan insanların dəstəyini qazana
bilərsiniz. Maliyyə işləri ciddi diqqət tələb etmir.
Axşam görüşlər, böyük məclisdə istirahət, ziyafətlərdə iştirak üçün
münasibdir. Evdə darıxacaqsınız. Klassik musiqi dinləyin: bu gün o,
emosional durumunuza müsbət təsir göstərir.
Əqrəb - Gün heç xoşunuza gəlmir, axı o
istədiyiniz kimi alınmır. Aydındır ki, planları dəyişmək lazımdır,
ancaq yeni ideyalar yoxdur. Hiss edirsiniz ki, çıxılmaz
dalandasınız. Həmfikirlərinizlə aranızda gərginlik yaranır. İş açıq
münaqişə həddinə çatmasa da, narahatlıq hiss edəcəksiniz.
İmkanınız çatdığından daha çox xərcləyirsiniz. Tezliklə tamamilə
pulsuz qala bilərsiniz. Sənədlərin hazırlanması, dövlət idarələrinə
getmək məsləhət deyil. Hansısa bahalı əşyanın itirilməsi
mümkündür.
Oxatan - Planlaşdırdıqlarınızın çoxu alınmır,
amma siz ruhdan düşmürsünüz, düz də edirsiniz! Qətiyyətli olsanız,
situasiyanı yaxşı istiqamətə yönləndirə bilərsiniz. Ancaq tək
işləməyin, sizi dəstəkləməyə hazır olan adamlar axtarın. Bunlar
daha çox gənclər ola bilər: onların həyat eşqi və optimizmi əla
karınıza gələcək.
Sizə yeni məlumat lazımdır. Çox oxuyun, dünyagörüşünü artıran
verilişlərə baxın, aldığınız məlumatları analiz edin. Aydınlaşdıra
bildiklərinizdən istifadə etməyə çalışın. Elmi işlərin yazılması,
tədqiqat işləri üçün münasib gündür.
Oğlaq - Sadə gün deyil. Ehtiyatlı olmaq, səhv
buraxmamağa çalışmaq lazımdır. Unutmayın ki, düşünülməmiş
hərəkətləriniz sizə baha başa gələcək. Səhhətinizdə problem yarana
bilər. Həyati potensialınızın azalması həm səhhətinizə, həm də
əhvalınıza təsir edəcək: qara fikirlərin məngənəsində sıxılır, ruh
düşkünlüyünə qapılırsınız.
Mehriban insanlarla ünsiyyət kefinizi açar, onların dəstəyi isə
sizi gərəksiz narahatlıq və əzablardan qurtarar. Odur ki, ətrafda
belə birini axtarın, ya da özünüzə yeni tanış tapmağa çalışın.
Dolça - Məişət məsələlərinin həlli çox vaxt
aparacaq: ev problemləri düşündüyünüzdən daha ciddidir.
Çətinliklərin öhdəsindən gəlməkdə ənənəvi metodlar bu gün səmərəsiz
ola bilər. Orijinal metodlar daha effektivdir. Çətin situasiyada
qadınların məsləhətlərini dinləyin. Yaşlı qohumlarınızdan kömək (o
cümlədən maddi yardım) ala bilərsiniz.
Həddən artıq emosionalsınız, bu səbəbdən tez-tez problemlər
yaranır. Tələsik qərarlarınız səhvdir, tezliklə bunlara görə
peşmanlıq çəkəcəksiniz. Sevdiyiniz adama etibar edin - sizin hədsiz
şübhələriniz münaqişə yarada bilər.
Balıqlar - Ətrafdakılarla münasibətlər gərilir.
Romantik münasibətlərdə soyuqluq yaranması mümkündür. Çoxları,
ətraflarında mehriban insanlar olmasına rəğmən, özlərini tənha hiss
edirlər. Vərdişləri dəyişməyə çalışmaq, əvvəllər cəsarətin
yetmədiyi işləri görmək lazımdır.
milli.az
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama