Qoroskop
Astroloji proqnoz - 16 dekabr
Qoç - Ünsiyyətdə aktivlik artır, yeni tanışlıqlar mümkündür. Dost və qohumluq əlaqələri daha da möhkəmlənir. Günün ikinci yarısı münasibətlərdəki ahəngdarlıq pozulacaq, fikir ayrılıqları üçün xeyli səbəb yaranacaq. Maliyyə məsələləri, məişət problemləri ciddi narazılıq yarada bilər. Sükan arxasında uzaq səfərlərə çıxmaq məsləhət deyil.
Buğa - Günün əvvəlində sizə elə gələcək ki,
uğur üzünüzə gülür və tezliklə nailiyyət qazanacaqsınız. Ancaq bir
müddət sonra aydın olacaq ki, işlər, düşünüldüyü qədər də yaxşı
deyil. Sizə birbaşa aid olmayan xeyli problemi həll etməli
olacaqsınız. İrimiqyaslı layihələr üzərində işə başlamaq əvəzinə,
cari işlərlə məşğul olun.
Günün ikinci yarısında kefiniz pozulacaq: yaxınlarınızın halına
acımaq gərək. Sizin mənfi emosiyalarınızın qurbanları ən çox
sevdiyiniz insanlardır. Düşünmədən dediyiniz sözlərə görə üzr
istəməli olacaqsınız.
Əkizlər - Ciddi və məsuliyyətli iş görmək üçün
elə də münasib olmayan, çətin gündür. Günün ilk yarısı diqqətinizi
toplaya bilməyəcəksiniz. Heç nə alınmır, böyük səhvlər edir və bu
səbəbdən əsəbləşirsiniz. Üstəlik, Əkizlər vacib qərarları təkbaşına
verə bilmirlər, yaranmış şəraitlə bağlı yaxşı məsləhət verə biləcək
insanlar isə yaxınlıqda gözə dəymir.
Maliyyə çətinlikləri mümkündür: bunların öhdəsindən gəlmək olar,
sadəcə, məsələyə düzgün yanaşmaq lazımdır. Bir çox Əkizlər bu gün
bəzi ailə problemlərini yoluna qoya, qohumları ilə münasibətləri
düzəldə bilərlər.
Xərçəng - Mənfi tendensiyaların güclü təsirinə
baxmayaraq, səhər çağı müəyyən nailiyyətlər əldə edə bilərsiniz.
Enerjiniz və sağlam düşüncəniz bütün işlərdə köməkçinizdir.
Bunların sayəsində çətinlikləri aşa, səhvlərdən qurtula bilərsiniz.
Ən çətin anlarınızda dostlarınız köməyinizə gələcəklər.
Axşam isə bir qədər gərgin keçəcək. Mənəvi tarazlığınızı itirir,
mənfi emosiyalarınızın təsiri altına düşürsünüz. Üstəlik, bu dövrdə
sizi idarə etmək asanlaşır və çox güman ki, düşmənləriniz bundan
istifadə etməyə çalışacaqlar.
Şir - Kütlə qarşısında çıxış məsləhət görülmür.
Sövdələşmələr bağlamağa tələsməyin.
Peşəkar və şəxsi məsələləri bir-birindən fərqləndirmək lazımdır.
Şəxsi simpatiya və antipatiyanın iş yerində, iş yerinin
problemlərinin isə evdə bir işi yoxdur. Sonradan böyük bir problemə
çevrilə biləcək xırda xoşagəlməzliyi görmək həmişə mümkün
olmur.
Qız - Sürprizlərlə dolu gündür. Hətta
arzulamağa belə cəsarət etmədiyiniz işlər baş verir. Öz gücünüzə
inanın - uğur qazanmaq üçün bu çox vacibdir. Darıxmağa imkan
olmayacaq: işləriniz çox və hər biri özlüyündlə maraqlıdır. Qonaq
qəbulu, təntənəli mərasimlərin təşkili üçün uğurlu gündür.
Nəzərə almaq lazımdır ki, bu gün müstəqil hərəkət etməli, kimdənsə
kömək gözləməməlisiniz. Yaşlı qohumlarınızdan birilə aranızda
münaqişə yarana bilər. Əgər bu gün təmkinli olmasanız, kinayəli
iradlar bildirsəniz, sonra peşman olacaqsınız.
Tərəzi - Günün birinci yarısı işləmək üçün
yaxşı vaxtdır və sizə böyük uğurlar vəd edir. Vaxtında qəbul
edilmiş düzgün qərar rəqiblərinizi qabaqlayaraq karyera pillələri
ilə irəliləməyinizə imkan yaradacaq. Uzun müddət sizdən öz
məqsədləri naminə istifadə edən şəxsi ifşa edə biləcəksiniz.
Axşam özüylə həm fiziki, həm emosional yorğunluq gətirəcək.
Bəllidir ki, nə şücaətlərə, nə də bu yaxınlarda qurduğunuz
planların gerçəkləşdirilməsinə gücünüz yoxdur. Özünüzü toplamağa
çalışmayın, sadəcə, istirahət edin.
Əqrəb - İşdə problemlər sizin öz günahınız
ucbatından yaranır, çünki işdən başqa hər şey barədə
fikirləşirsiniz. Hesablarda səhv etməniz mümkündür, danışıqlarda
pərtlik yarana bilər, həmçinin yerinə yetirə bilməyəcəyiniz vədlər
verə bilərsiniz. Kütlə qarşısında çıxışlardan çəkinin.
Gün sizi əsl mənəvi bağların birləşdirdiyi insanlarla ünsiyyət üçün
daha münasibdir. Səmimi etiraflar edə, sizi çoxdan narahat edən
problemlərdən danışa bilərsiniz. Alış-verişə çıxmaq məsləhət deyil,
pul sizə hələ lazım olacaq.
Oxatan - İntellektual potensialınız çox
yüksəkdir. Bu da o deməkdir ki, öhdəsindən gələ bilməyəcəyiniz
problem yoxdur. Eksperimentlərə hazırsınız və onlar dedikcə əla
nəticələr verir. Maraqlı tanışlıqlar mümkündür. Ola bilsin ki,
dostlarınızdan biri sizi doğrudan da gözəl bir insanla tanış
etsinlər.
Təhsil və dünyagörüşünün artırılmasına xidmət edən məşğuliyyətlərə
üstünlük verin. Ən adi vərdişlərdə özünüz üçün yenilik tapa
bilərsiniz. Uzaqdan vacib xəbərlər ala bilərsiniz.
Oğlaq - Gün məhsuldar sayılmasa da, çox yorucudur. Hər şey enerjinin azalması ilə əlaqədardır. Məhz onun ucbatından cari məsələlərə diqqəti cəmləmək, gələcək planları tam ciddiliyi ilə düşünmək mümkün olmur.
Dolça - Danışıqlar pis keçmir, ancaq nəzərə
almaq lazımdır ki, əldə edilən razılaşmanı tam hesab etmək olmaz.
Yeni iş ortağınız və ya rəhbərlik barədə isə dolğun və düzgün
qənaətə gəlmək olar.
Şəxsi həyatda güclü dəyişikliklər gözlənilmir. Burada daha çox
sabitləşməyə, mövcud əlaqələrin möhkəmləndirilməsinə meyl var. Yeni
tanışlıqlar xoşdur, amma çətin ki, ciddi davamı olsun.
Balıqlar - Bu mürəkkəb gün hətta ən enerjili
Balıqları da yoracaq. Nəinki öz problemlərinizi həll etməli,
üstəlik qohumlarınızın arasında yaranan fikir ayrılıqlarını da
aradan qaldırmalı olursunuz - bu isə həddən artıq bezdirici işdir.
Sizin üçün xoş olmayan etiraflar mümkündür. Elə bir məlumat
alacaqsınız ki, onunla nə etməyi bilməyəcəksiniz.
Əvvəlcədən qurduğunuz planları reallaşdırmaq imkanı yaranmır və siz
pərt olursunuz. Münasibətlərdə ehtiyatlı olun, başqasının təsiri
altına düşə bilərsiniz.
milli.az
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!