Səbuhi Rəhimlidən mayın 31-nə olan astroloji proqnoz
Bizi izləyin

Qoroskop

Səbuhi Rəhimlidən mayın 31-nə olan astroloji proqnoz

QOÇ - Ailə üzvlərinizlə müəyyən anlaşılmazlıqlarınız gözlənilir. Çalışın ki, yaranmış konfliktləri sülhə doğru istiqamətləndirəsiniz. Tanrıya zidd addımlardan uzaq olmağa çalışın.

QOÇ - Ailə üzvlərinizlə müəyyən anlaşılmazlıqlarınız gözlənilir. Çalışın ki, yaranmış konfliktləri sülhə doğru istiqamətləndirəsiniz. Tanrıya zidd addımlardan uzaq olmağa çalışın.

BUĞA - Bu təqvimdə aktivliyinizi birə-beş qat artırmalısınız. Ona görə də şəxsi məqsədləriniz naminə müəyyən ünvanlara baş çəkməyiniz vacibdir. Əmin olun ki, sizə kömək edənlər tapılacaq.

ƏKİZLƏR - O qədər də uğurlu gün deyil. Maneələriniz çox olacaq. İkitərəfli danışıqlarda təşəbbüskarlığı əldə saxlayın. Əsas diqqətinizi maliyyə problemlərinə və səhhətinizə yönəldin.

XƏRÇƏNG - Maliyyə problemlərinə görə darıxmayın. Ulduzlar yaxın vaxtlarda sizi varlandıracaq. Bu günsə evlə bağlı maneələrin həllinə çalışmalısınız. Səhhətinizə ciddi yanaşın.

ŞİR - Astroloji göstəricilər ovqatınızın havadan asılı olduğunu bəyan edir. Deməli, iqlim ürəkaçan olsa, nəzərdə tutduğunuz işlər də qaydasında gedəcək. Özünüzü gərginliyə salmayın.

QIZ - Şəxsi münasibətlərdə meydana çıxan mübahisəli situasiyalar qismən də olsa, qaydasına düşəcək. Sadəcə, təmkin göstərmək lazımdır. Bu gün müqəddəs yerlərdən müsbət enerji yığmaq vacibdir.

TƏRƏZİ - İşgüzar sövdələşmələrdə iştirak etmək və gələcək planları götür-qoy etmək üçün səmərəli gündür. Axşamı bütünlüklə sevdiyiniz insanlara həsr edin. Onlarla birgə olmağa çalışın.

ƏQRƏB - Qarşınızda duran öhdəliklərin çoxluğu sizi üzməməlidir. Əgər bu vəzifəni icra etməkdə tərəddüdünüz varsa, dost-tanışlarınızın məsləhətlərindən bəhrələnin. Bir az qətiyyətli olun.

OXATAN - Kənardan kömək göstərən olmasa, hansısa cəhdinizin baştutma ehtimalı reallaşmayacaq. Ümumiyyətlə, bu tarixdə yalnız başqalarının məsləhətilə hərəkət etməlisiniz. Axşam qonaq getməyə dəyər.

OĞLAQ - Fikir və düşüncələrinizdə qətiyyətli olsanız, hər hansı problemlə rastlaşmayacaqsınız. İqlimin təhərindən asılı olmayaraq günün ikinci yarısında qonaq getmək əlverişlidir.

SUTÖKƏN – Ümumən xoş gündür. Bir şərtlə ki, işgüzar sövdələşmə və müzakirələrinizi bir kənara qoyasınız, heç olmasa, saat 16-ya qədər. Qarşılıqlı münasibətlərdə ürəyinizcə olan hadisələr mümkündür.

BALIQLAR - Riskli gündür. Çıxardığınız qərarlar yaxın gələcək üçün taleyinizi həll edə bilər. Amma Göy qübbəsi haqqınızda nikbindir. Deməli, daxili potensialınızı səfərbər edib nicata çata bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm