Qoroskop
Astroloji proqnoz - 10 aprel
Qoç - Diqqətli, ayıq və sayıq olun. Yeni iş
ritminə uyğunlaşmağınıza imkan verən təkanları təmin edən bütün
dəyişikliklər və yeniliklərə sürətli reaksiya verin.
Əməkdaşlığı düzgün qurun, işi və yükü bölüşdürün. Dominant mövqe
tutmağa can atmayaraq bərabər məsuliyyət və səlahiyyətlərlə
kifayətlənməkdə fayda var.
Bəzi hadisələri qabaqlaya bilsəniz, hadisələrin axarına daha ciddi
təsir rıçaqlarına yiyələnəcəksiniz. Məqsədə çatmağın yollarını
arayın.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Spontan olaraq yaxşı şanslar
yarana bilər.
Təxribata çəkilə biləcəyiniz situasiyalarda çox diqqətli olun.
Rəqib və ya bədxah sizdən hirsli qərar, düşünülməmiş addım gözləyir
ki, işləri öz xeyrinə çevirsin.
Buğa - Praktiki işlərlə məşğul olun, yaşam
arealını qaydaya salın. Uzun müddət rutin, yeknəsək iş görüləsi
məkanda səbrli olun.
Yaşamınızda yaranan mövzuları müşahidə edin. Əvvəllər də hazır
olmadığınız məsələni sizə yenidən təklif edə bilərlər. Təşəbbüs və
təklif sarıdan korluq yoxdur. Di gəl, başqa şəxslərin də diqqət və
dəstəyinə nail olmaq gərəkdir.
Yaxın günlər üçün böyük iş planlaşdırıbsınızsa, bütün gərəkli
məlumatları dərhal toplayın, xəbər və informasiyaları əldə edin,
yazışın, zəngləşin, sövdələşin.
Axşam saatlarında əylənə bilərsiniz.
Əkizlər - Hesablamalar, dəyərləndirmələr və
emosional reaksiyalarda yanlışlığa yol verməyin. Səmimiliyiniz
gözləntilərinizin əksinə olaraq, fərqli davranışa rəvac
verəcək.
Alış-veriş, maliyyə əməliyyatlarını təxirə salın.
Ailədə maddi məsələ ilə bağlı dartışma yarana bilər.
Bu zaman hər kəs öz mövqeyində qalacaq. Pərişanlıq və təəssüfə yol
verməmək üçün bu gün önəmli məsələnin müzakirəsinə başlamayın.
Yaşanan hadisələri diqqətlə izləyin. Situasiyanın necə dəyişdiyini,
küləyin hansı istiqamətə "əsdiyini" anlamağa çalışın.
Sizi böyük iş gözləyir. Psixoloji və fiziki baxımdan hazır
olun.
Axşam saatlarında yaxşı istirahət edin.
Xərçəng - Çoxdan bəri nigranlıqla gözlədiyiniz
xəbəri alacaqsınız. Ödəniş, təklif və rəğbət təzahürü istisna
deyil. Bu gün ifrat aktivlik nümayiş etdirməyin.
Sabah yeni qüvvə, yeni istəklərlə işə başlamaq üçün bu gün özünüzü
həddən ziyadə yormayın.
Bəzi problemlər aktiv müdaxilə olmadan da çözüləcək.
Günün ikinci yarısı uğurlu dönəmdir.
Yaxın ətrafınızdakı insanlarla ünsiyyət zamanı qəlb
sındırmayın.
Çətin məsələlərin dərhal həll olunması fikrindən vaz keçərək cari
proseslərin yönləndirilməsi ilə məşğul olun.
Ailə üzvü və ya dostla birlikdə alış-verişə yollanmaq olar.
Şir - Yaxşı "dava" və ya müsabiqə, habelə
qarşıdurma gözləntisindən qurtulun.
Pozitiv emosiyalar, həyata real baxış, perspektivlərin və yeni
imkanların dəyərləndirilməsinə ehtiyac var. İntuisiyanız hadisələri
qabaqlamasın.
Maraqlı həmsöhbətlərlə təmaslar yeni ideyalar yarada bilər.
Günün ikinci yarısında danışıqlar aparmaq olar. Nəzərdə tutduğunuz
məbləğdən artıq pul xərcləməyin, vədlərə və reklama aldanmayın,
tələskən davranmayın, hövsələsizlik etməyin.
Qarşınıza dəqiq məqsədlər qoysanız, hədəfə çata bilərsiniz.
Nəyəsə şübhə edirsinizsə, düşünülməmiş qərar qəbul etməyin.
Qız - Qəfil hadisələr və ya şərtlər bir zamanlar
unutmağa çalışdığınız mövzunu sizə xatırladacaq insanla görüşə
rəvac verə bilər.
Yaxın günlərdə sizi intensiv, xüsusi zəhmət tələb edən işlər
gözləyir. İlkin hazırlıq, danışıqlar qaçılmazdır. Sizə yardım etmək
istəyən adamlar az deyil.
Real dəstək almaq istəyirsinizsə, planlarınızdan qismən bəhs edin
və niyyətinizi problemin yeganə doğru həll variantı saymayın.
Fəal olun, səylər göstərin, müxtəlif alternativləri dəyərləndirin.
Belədə, yaxın günlərdəki işlərinizin özülü möhkəm olar.
Dəvət aldığınız tədbirə və ya məkana axşam saatlarında qatılın.
Hobbi və ya marağınız varsa, alış-verişdə arzuladığınız əşyanı ala
bilərsiniz.
Tərəzi - Aldığınız xəbərə vəziyyətin tələb
etdiyindən artıq emosional reaksiya göstərməyin. Adekvat davranın.
Hisslər və həyəcanlar baş verənləri dəqiq dəyərləndirməyə mane
olmamalıdır. İndiki dövrdə fəaliyyətinizi dürüst nizamlamağın
xüsusi əhəmiyyəti var. Qərar və yeniliklərdə tələsməyin.
Münasibətlərdə "ayin"lərə riayət edin.
Tərəfdaşın gözləntisini ciddi şəkildə pozmayın, ümumi maraqları
arayın. Narahatlığınıza səbəb olan məsələləri qabartmayın.
Sizi anlamaya və ya eşitməyə bilərlər.
Praktiki işlər, fiziki səylər, səfər, ailə tədbirləri üçün uğurlu
gündür.
Hadisələrin axınında olun. Kimsəyə təzyiq göstərməyin, kimisə
inandırmağa çalışmayın, öz işinizlə məşğul olun.
Əqrəb - Maraqlı, amma qarışıq gündür. Şərtlərin
sıralanmasını uğursuz hesab etmək əvəzinə situasiyadan maksimum
yararlanmağa çalışın.
Baş verən hadisələr, sadəcə, ötənlərdəki əməllərinizin əks-sədası
və indiyə gəlib çatan mesajlardır. Tənbəl və ətalətli olmayın,
sayıq davranın. İşləri nəzarətdə saxlayın, münasibətlərdə müdrik
olun.
Tərəfdaş və ya şərikə təşəbbüslə çıxış etməyə imkan yaradın. Əlavə
iş və tapşırıq həvalə etməyin, səhvləri xatırlatmayın.
Maliyyə məsələlərində tələskənliyə yol verməyin. Bir neçə gün
gözləyə biləcək hadisələri tələsdirməyin.
Axşam saatlarında ailə üzvləri ilə səmimi və həssas davranın.
Rahatlıq və stabilliyi hər şeydən üstün tutun. Amma problemlərin
təcili, təxirəsalınmaz həllinin tələb olunduğu situasiyalarda
gecikmələrə və ləngimələrə yol verməyin.
Oxatan - Əvvəllər yol verdiyiniz səhvləri
təkrarlamayın. Məram və niyyətlərinizin miqyasını genişləndirin,
sevdiyiniz insanları sevindirin. Vədlərinizi yerinə yetirin və
görülməmiş işlər silsiləsini bitirin.
Alış-veriş üçün uğurlu gündür.
Ailə üzvləriniz və ya ev üçün nə isə almaq olar.
Maliyyə məsələləri və ya kreditin alınması ilə bağlı danışıqlar,
sövdələşmələr aparmaq olar.
Şəxsi münasibətlərdə yaranan emosional problemləri həll etmək olar.
Mövqeyinizi sonadək müdafiə edin, kiçik çətinlikdən sonra geri
çəkilməyin.
Münaqişələr və qarşıdurmalardakı mənfiliklərdən yararlanmaq,
uğursuzluğu uğura döndərmək olar.
Axşam saatlarında sizə maraqlı gələn, nəticəsinə sevinə biləcəyiniz
işi seçin.
Oğlaq - Yarımçıq qalmış işləri başa vurun,
borcları ödəyin, yaşam arealında nizam yaradın. Şəxsi məsələlərin
həllinə vaxt ayırın.
Zahiri görkəminizi unutmayın.
Olayların sürət və intensivliyindən asılı olmayaraq soyuqqanlı
davranın.
Yaxın ətrafınızdakı insanlardan biri və ya bir neçəsi ilə
münasibətlər gərginləşə bilər. Emosiyaların əsarətinə düşməyin.
Yardım istəyən insana kömək edin. Bunun müqabilində təşəkkür və
rəğbət qazana bilərsiniz.
Bilik və bacarığızını artıracaq, habelə fiziki hazırlıq səviyyəsini
yüksəldə biləcək işlər görün.
Dolça - Yüz ölçüb-bir biçin və bu prinsipdən günün
önəmli situasiyalarında yararlanın.
Yeni seçim variantlarının qəflətən yarandığı vəziyyətlərdə yalnız
inanılmış, etibar etdiyiniz tərəfdaşlara güvənin. Ümumi işdə
problemi həll etmək, daha yaxşı çözüm variantı tapmaq imkanları
var.
Şəxsi münasibətlər sahəsində rəvan zaman deyil. Hədəfi
konkretləşdirin və irəliləməyə başlayın. Müxtəlif insanlarla
ünsiyyət imkanları var və suallarınızın bir qisminə cavab tapa
bilərsiniz.
Gərəkli anlarda yaxşı reaksiya tələb olunur.
Fəqət təmkinli olun, seçimdə səhv etməyin.
Səhhətinizin qeydinə qalın, əsəblərinizi qaydaya salın,
sakitləşin.
Balıqlar - Emosiyaları qaydaya salmaq üçün yaxşı
gündür. Sevdiyiniz insanların qayğısına qalın, onlara qarşı həssas
və səmimi olun.
Yaradıcılıq imkanlarınız yüksək səviyyədədir. Həmişəki kimi
davranmaqdan çəkinərək fəaliyyət stilinizi dəyişdiyiniz, daha
optimal və effektiv vasitə seçdiyiniz işlərdə uğur sizin
olacaq.
Can atdığınız məqsədə çatmaqda sizə yararlı olacaq daha bir
xüsusiyyət səxavətdir.
Daimi hərəkət və diqqət tələb edən bacarıq, bilikləri seçin. Axşam
saatlarında sakit və rahat istirahəti seçin.
Yetərincə güc toplayandan sonra yaxın günlərdə daha effektiv
davrana bilərsiniz.
Milli.az
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi