Qoroskop
Astroloji proqnoz - 18 aprel
Qoç - Bu gün əvvəlkilər qədər yaxşı keçməyəcək.
Amma bunun özündə tərifləmək üçün nəsə var. Məsələn, ona görə ki,
o, problem gətirməyəcək və ya qəribə görüşlərlə sizi sevindirəcək.
Nə vaxtsa, sizə kömək etmiş adamdan dəstək almaq şansı var.
Bazarlıq etmək olar. Gün xüsusilə yeni paltar alınması üçün
münasibdir. İmicinizlə eksperimentlər uğurlu olacaq. Günün ikinci
yarısı xoş romantik həyəcan vəd edir.
Buğa - Bu gün istənilən səfərlər, ekskursiyalar
üçün münasibdir. Yeni təəssüratlar istəyirsiniz və onları
alacaqsınız. Sadəcə olaraq, təşəbbüs göstərmək lazımdır. Gün
intuisiyasını dinləyən Buğalara xoş sürprizlər və kəşflər vəd
edir.
Ailə tədbirləri, yaşlı qohumlarla ünsiyyət, əlaqələrin
möhkəmləndirilməsi üçün münasib gündür. İstənilən görüşləri bu günə
təyin etmək olar - onlar istədiyiniz kimi keçəcək. Maliyyə
işlərində qayda yaratmaq üçün əlverişli məqamdan istifadə edin.
Əkizlər - Olduqca maraqlı, xoş və asan gündür.
İntuisiyanıza etibar edin - bu gün o, sizi olmaq istədiyiniz yerə
aparacaq. Gözlənilməz görüşlər mümkündür. Onlardan biri taleyüklü
ola bilər. Sərfəli sövdələşmə şansı var. Lakin diribaşlıq, hətta,
sərtlik nümayiş etdirmək lazımdır.
Yaxınlarınızla ünsiyyətdə bəzən özünüzü aqressiv aparırsınız. Bu,
xoş təəssürat yaratmır və incikliklərə səbəb ola bilər. Daha çox
zirəklik lazımdır. Bu, yaşlı qohumlarınızla münasibətlərdə daha
vacibdir.
Xərçəng - Sərfəli bazarlıqlar və gəlirli
investisiyalar vəd edən uğurlu gündür. O, maliyyə məsələlərinin
həlli üçün münasibdir. Köhnə tanışlarınızın sizə təzyiq göstərməyə
cəhd edəcəyi, nəyəsə məcbur etməyə çalışacağı istisna deyil.
Müqavimət göstərin!
Gün maraqlı görüşlər və romantik əyləncələr vəd edir. Yaranan
hisslərin ani olduğunu bilə-bilə, onlardan zövq alırsınız. Yeni
tanışlarınızdan kiminsə sizi həqiqətən sevdiyi istisna deyil.
Şir - Bu gün əvvəlki iki gündən daha əlverişlidir.
Vaxtınızı yaxşı keçirəcək, asanlıqla həmfikir və köməkçilər
tapacaqsınız. Səfərlərə yola düşmək olar. Onlar asan keçəcək və
sizi yormayacaq. Gözlənilməz pul gəlirləri, hədiyyələr
mümkündür.
Ev işləri sizə zövq verəcək. Bunun üçün nə seçməyinizin əhəmiyyəti
yoxdur - dadlı nahar hazırlamaq, təmizlik aparmaq, köhnə əşyaları
sahmana salmaq və s. Bütün hallarda bu işlərin öhdəsindən
gözlədiyinizdən də tez gələcəksiniz.
Qız - Gün hiss olunmadan keçəcək, nə böyük
sevinclər, nə də ciddi məyusluqlar gətirəcək. Maraqlı işləri seçin,
onlarda uğur qazanacaqsınız. Həyəcan verməyən işləri isə təxirə
salın. Ulduzlar belə yanaşmanın tərəfdarıdır.
Yersiz xərclərdən qaçın, vacib olmayan bazarlıqlardan imtina edin.
Ağıllı qənaət sizə yarayacaq, bu gün bədxərclk etmədyinizə görə
sonralar dəfələrlə sevinəcəksiniz. Günün ikinci yrasında ehtiyatlı
olun: xəsarət təhlükəsi var.
Tərəzi - Tələskənlikdən uzaq durun. Bu gün hər bir
addım sakit götür-qoy tələb edir. Səthi qərarlar əksər hallarda
yanlış olacaq, dolama yollar isə sizi hədəfə birbaşa yollardan daha
tez çatdıracaq. Yeni şübhəli layihələr naminə çoxdan qurduğunuz
planlardan imtina etməyin.
Gün tamah və şirnikləndirmələrlə yadda qalacaq. Siz etimada layiq
olmayan adamların nəsihətlərinə asanlıqla tabe olacaqsınız. Nəyə
ehtiyacınızın olduğunu və nəyə can atdığınızı daha yaxşı sizin
bildiyinizi özünüzə tez-tez xatırladın.
Əqrəb - Bu gün dayanmadan, özü də bəzən əlverişsiz
şəraitdə işləməli olacaqsınız. Amma buna dəyər. Ona görə də,
diqqətinizi cəmləyin və məşğul olduğunuz işlərə ciddi yanaşın.
Səfərlər lazımi nəticəni versə də, çox vaxtınızı alacaq: doğru yolu
dərhal tapa bilməyəcəksiniz, planlaşdırılmamış ləngimələr
olacaq.
Deyəsən, sevdiniz şəxs sizdən uzaqlaşır, işlərinizlə maraqlanmır,
hisslərinizi bölüşmür. Amma bunu faciə kimi qəbul etməyin. Təbii
ki, xoşagəlməz tendensiyadır. Lakin o müvəqqəti xarakter
daşıyır.
Oxatan - Gün dəyişikliklərlə əlamətdar olacaq:
yeni maraqlar yaranacaq, köhnələri sıxışdıracaq, dəyərlərin yenidən
qiymətləndirilməsi baş verəcək. Bu çətin proses Oxatanların
emosional vəziyyətinə o qədər də yaxşı təsir etməyəcək - onlar
əsəbi və səbrsiz olacaqlar, qaranlıq fikirlərə düşəcəklər.
Lakin ətrafdakılar böyük səbr nümayiş etdirəcək, Oxatanlara çətin
günə davam gətirməkdə kömək etməyə var gücləri ilə çalışacaqlar.
Sizi narahat edən məsələlərlə bağlı açıq danışmaqdan çəkinməyin:
dəstək sözləri eşidəcəksiniz.
Oğlaq - Həyatınızda baş verənlərin hamısına
nəzarət edə bilmirsiniz - bunu etiraf edin və hədər mübarizəyə güc
sərf etməyin. Köhnə planları reallaşdırmağa növbəti dəfə cəhd
etməkdənsə, yeni planlar qurmaq daha yaxşıdır.
Ətrafdakılarla münasibətlər dəyişəcək. Məlum olacaq ki,
yaxınlarınız sizin təkcə güclü yox, həm də zəif tərəflərinizi
bilirlər. Bununla belə, sizi sevirlər. Romantik etiraf mümkündür.
Gözlənilməz evlilik təklifi də istisna deyil.
Dolça - Yaxşı məsləhətlər günüdür. Taleyin bu gün
sizi qarşılaşdırdığı hər kəsə qulaq asmaq lazımdır: yolunuza çox
maraqlı insanlar çıxacaq. Onlardan hans iləsə sizi ciddi
münasibətlər bağlayacaq. Hələlik hadisələri tələsdirməyin, qoy, hər
şey öz ardıcıllığı ilə getsin. Həmkarlarınız və müttəfiqlərinizlə
qeyri-formal şəraitdə ünsiyyətə girmək, birgə layihələri müzakirə
etmək olar. Belə söhbətlərin faydası olacaq.
Yaxınlarınıza hədiyyə almaq üçün yaxşı gündür. Bu gün seçiminizdə
səhv etməyəcəksiniz. Amma çətin ki, özünüz üçün nəsə seçə
biləsiniz. Buna görə məyus olmayın.
Balıqlar - Tanışlıqlarda ehtiyatlılıq tələb
olunur: bu gün sizə qarşı o adamlar maraq göstərirlər ki, onlardan
uzaq durmaq lazmdır. Şirnikdirici şeylərə müqavimət göstərmək
çətindir. Bir çox Balıqlar dərhal müsbət emosiya almaq üçün
düşünlməmiş hərəkətlər edəcəklər. Bürcün bir sıra nümayəndələri
üçün belə hərəkətlər dərhal pis hadisələrə çevrilə bilər.
Yaxınlarınızla ünsiyyət sevinc bəxş edəcək. Hansısa çoxdankı ailə
problemlərini həll etmək şansı var.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA