Qoroskop
Astroloji proqnoz - 20 aprel
Qoç - pis zaman deyil. Günün ilk yarısında
işlər pis olmayacaq. Önəmli məsələnin həllinə başlayın və onu
vaxtında tamamlayın. Pullarınızı məntiqlə xərcləyin. Çoxdan
başladığınız, amma yarımçıq qalmış layihəni başa vurmağa
çalışın.
İşdə aktiv olun, işgüzar insan olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda
aktiv olun. Axşam saatları romantik hisslər vəd edir. Sevdiyiniz
insanla incə davranın. Könül qırmayın.
Axşam saatlarını açıq havada keçirin.
Buğa - Tələsməyin. Günün ilk yarısından effektiv
hesab etməyə çalışın. Ən müxtəlif sahələrdə fəaliyyət üçün
əlverişli zamandır. Sizə inanan insanların etimadını doğruldun.
Bilik və bacarıqlarınızı göstərin. Yaxın ətrafınızdakı insanlar
mənəvi dəstək və maddi yardım istəyi ilə sizə müraciət
edəcəklər.
Günün ikinci yarısında qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat
yaratmaq üçün izafi çalışmağa ehtiyac yoxdur. Təbii davranmaq
yetər. Kiməsə bənzəməyə can atmayın.
Əkizlər - rutin işləri yarımçıq qoymayın. Yeni
məlumatlar və ya informasiyalar əldə etməyə çalışın. Danışıqların
aparılması, müqavilələrin və anlaşmaların imzalanması üçün
əlverişli zamandır. Əsas məsələ bütün riskləri hesablamaq,
avantüralara qatılmamaqdır. Yeni layihəni reallaşdırmağa
tələsməyin.
Günün ikinci yarısında ailə üzvlərindən biri sizdən inciyəcək.
Maliyyə məsələsi ilə bağlı anlaşılmazlıq, hətta ittihamlar istisna
deyil. Səbrli olun, təmkinli davranın.
Emosional qərar ağır fəsadlar verə bilər.
Xərçəng - sizin üçün yeni sahədə nabələd insan
kimi davranmayın. Peşəkar fəaliyyət müstəvisində bilik və
bacarıqlarınızı artırmağa çalışın. Əmək prosesini intensivləşdirmək
üçün ideyalara ehtiyac var. Məhsuldarlığı artırın.
Günün ikinci yarısında səhhətinizin qayğısına qalın.
Yaxınlarınızdan birinin yardıma, köməyə ehtiyacı var. Qayğıkeş
olsanız, münasibətlər inkişaf edəcək. İdmanla məşğul olmaq üçün pis
zaman deyil.
Axşam saatlarında maraqlandığınız işlə məşğul ola bilərsiniz.
Şir - ünsiyyət və sosial fəallığın bol olacağı
gündür. Nikbin, şən olun. Ən ağır, rutin, darıxdırıcı işlər belə
sizi ruhdan salmamalıdır. Maliyyə əməliyyatlarında, xüsusilə də
sərmayə yatıranda və ya kiməsə pul verəndə sayıq davranın.
Yaxın gələcəklə bağlı planları günün ikinci yarısında hazırlamaq,
nəzərdən keçirmək olar. Uzaq yola çıxırsınızsa, yaxşı hazırlıq
görün. Rəqibləri və bədxahları üstələmək imkanları var.
Axşam saatlarında romantik görüş istisna deyil.
Qız - qarışıq, laübəli, çox çətin gündür.
Çalışdığınız kollektivdə əks cins mənsubu ilə münasibətləriniz
gəriləcək. Ehtiyatlı olun, rəqiblər fəallaşıblar. Sərvaxt davranın,
ətrafınızda baş verən hadisələri diqqətlə izləyin.
Günün ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar
olacaq. Yaxşı bələd olmadığınız insana etibar etməyin. Yeni
tanışlarla ünsiyyətdə sayıq olun.
Niyyət və istəklərinizi dəqiqləşdirin. Yaxın gələcəklə bağlı
planlarınızı müəyyənləşdirin. Gərəksiz hisslər və mənasız
əlaqələrdən qurtulun. Əlaqələr sizi qayğılandırmamalıdır.
Tərəzi - praktiki məsələlərin həlli üçün münasib
zamandır. Daşınmaz əmlakla bağlı problem yaranıbsa, onun çözümünü
sabaha ertələyin. Aktiv müdaxilə tələb edən situasiya yaranacaq.
Fəqət, narahat olmayın. İntellektual potensialınız yüksəkdir.
Günün ikinci yarısında qarşınıza çıxan səddi dəf etmək üçün
standart olmayan metodu seçin. Ailədə münasibətlərdə harmoniyaya
nail olmaq üçün güzəştlərə meylli davranmaq gərəkdir. Axşam
saatlarında birgə əyləncəyə və ya gəzintiyə yollanmaq olar.
Əqrəb - intellektual və ya yaradıcı fəaliyyətlə
məşğul olanlar üçün pis zaman deyil. Gəlirlərin artırılması, maddi
məsələlərin uğurlu həlli mümkündür. İşlə bağlı çoxlu səfərlər
etməli olacaqsınız. Yolda diqqətli davranın.
Günün ikinci yarısında qohumlarla ünsiyyət zamanı alicənab
davranın. Sizi çoxdan bəri narahat edən problemi müzakirə etmək
olar. Yeni əlaqələrdə qarşı tərəfə bələd olmağa çalışın. Romantik
tanışlıqlar isə gözlənilən nəticələri verməyəcək.
Oxatan - cari problemlərin həlli ilə məşğul olun.
Maliyyə məsələlərini vaxtında həll edin. Ailə büdcəsinin
planlaşdırılmasında səlis qərarlar qəbul edin. Ünsiyyət zamanı
maraqlarınızın təminatına önəm verin. İşdə statusunuzu artırın.
Zərurət yaranarsa, rəhbərliklə də danışıqlar aparın.
Günün ikinci yarısında boş söhbətlərə, dedi-qodulara qatılmayın.
Yerinə yetirəcəyinizə əmin olmadığınız vədlər verməyin.
Yaxınlarınızla münasibətlərdə gərginliyin yaranması istisna deyil.
Sözlərinizə fikir verin, iradlar və tənqidlərə əl atmayın.
Axşam saatlarını sakit ortamda keçirin.
Oğlaq - yaşam potensialınızın səviyyəsi yüksəkdir.
İradəli və qətiyyətli olun. İntuisiyanız güclənəcək. Verbal olaraq
informasiyalar alacaqsınız. Kommersiya fəaliyyəti üçün yaxşı
zamandır. Vədləri və öhdəlikləri unutmayın.
Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik şəxslə
təmasları aktivləşdirin. Saatlar keçdtikcə ailədə problemlər,
yaxınlarınızdan birinin səhhətində problemlər istisna deyil.
Əlavə işlərə və qayğılara hazır olun. Eqoistcəsinə davranmayın.
Dolça - yeni ideyalar və innovasiyaların tətbiqi
üçün əlverişli zamandır. Köhnə problemlərdən birini həll edə
bilərsiniz. Çətinlikləri aradan qaldırmaq üçün orijinal metodlardan
istifadə edin.
Tənhalığa, tərki-dünyalığa, fatalizmə meylli olmayın.
Günün ikinci yarısında intuisiyanıza güvənin. Qanunsuz əməl
törətməyin. Yaxşı bələd olmadığınız insanlardan uzaq durun.
Axşam saatlarını yaxın dostlarla keçirmək olar. Rasionunuza fikir
verin. Qida zəhərlənməsi riski var.
Balıqlar - fəaliyyət sahənizlə bağlı önəmli
qərarlar qəbul etmək üçün əlverişli gündür. Yeni tanışlıqlar, mühüm
danışıqlar ola bilər. Yeni dostluq əlaqələri yaranacaq. Qəfil
hədiyyə və ya gəlir istisna deyil. Yaxın ətrafınızdakı insanlara
təsiriniz artacaq.
Günün ikinci yarısında eqoist olmayın. Dəyər verdiyiniz insanlardan
birindən sui-istifadə etməyin.
Axşam saatlarını tanışlar və həmfikirlərlə keçirə bilərsiniz.
Subaysınızsa, konsertə və ya kluba yollanın. Normal istirahət
edin.
Milli.az
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək
-
İdman11:03
"Neftçi"də nə baş verir? - Qruplaşmalar, daxili çəkişmələr...
-
Sosial10:31
Hətta xasiyyəti belə dəyişən ay - Daim içki içən şəxs Ramazanda oruc tutarsa...
-
Ekologiya09:57
Rayonlara qar yağdı, şaxta düşdü - FAKTİKİ HAVA
-
Region09:24
Almanlar Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədində görün nə edirlər - FOTO