Səbuhi Rəhimlidən iyunun 17-nə olan astroloji proqnoz
Bizi izləyin

Qoroskop

Səbuhi Rəhimlidən iyunun 17-nə olan astroloji proqnoz

QOÇ - Həqiqətə yaxın olan arzularla yaşayın. Paxıl və bədxah adamlara fikir verməyin. Gələcək işlərinizi indidən planlaşdırın. Yeri gəlmişkən, bu gün uzaq yola da çıxmamalısınız.

QOÇ - Həqiqətə yaxın olan arzularla yaşayın. Paxıl və bədxah adamlara fikir verməyin. Gələcək işlərinizi indidən planlaşdırın. Yeri gəlmişkən, bu gün uzaq yola da çıxmamalısınız.

BUĞA - Bu gün istirahətə tamamilə ara verməli, işgüzarlığınızı artırmalısınız. Yeni işlərə başlamaq haqqında sövdələşmələr aparın. Bu addım böyük perspektivlərdən xəbər verir.

ƏKİZLƏR - İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. Qanqaraldan işlərə meyl etməsəniz, hörmətiniz artacaq. Günün ikinci yarısını bütünlüklə maliyyə məsələlərinə həsr edin.

XƏRÇƏNG - Daxili süstlüyünüz təxminən saat 14-ə qədər davam edə bilər. Bu səbəbdən bəzi məsələlərdə ehtiyatlı olmalısınız. Günortadan sonra nüfuzlu və etibarlı adamlarla görüşməyiniz vacibdir.

ŞİR – Müəmmalı bir tarixdir. Özünüzlə bağlı situasiyaları nəzarətdə saxlaya bilməyəcəksiniz. Yaxşı olar ki, etibar etdiyiniz adamların rəyi ilə hesablaşasınız. Sizə kömək göstərəcəklər.

QIZ - Daxili duyğularınızı tənzimləmək üçün fiziki işlərdən uzaq olun. Bu gün ulduzlar məclislərdə iştirakınızdan da xəbər verir. Dəvətləri qəbul etməyə çalışın. Səhhətinizə fikir verin.

TƏRƏZİ - Sürprizlərlə dolu bir təqvim yaşayacaqsınız. Kiçicik gərginlikləri nəzərə almasaq, ətrafınızda cərəyan edən hər bir hadisə ürəyinizcə olacaq. Maraqlı görüşləriniz də gözlənilir.

ƏQRƏB - Taleyüklü məsələlərin həlli üçün perspektivli təqvimdir. Mövcud problemlərinizi aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən adamlarla görüşün. Məsuliyyətsizlik etməyin.

OXATAN - Axşam saat 18-ə qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqda heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı saatlarda isə ehtiyatlı olmalı, əsas vaxtınızı evdə keçirməlisiniz.

OĞLAQ - Qarşınızda dayanan bu təqvim hamıdan çox sizin üçün uğurlu olmalıdır. Odur ki, vaxtınızı boşa verməyin. Müxtəlif ünvanlara baş çəkməklə maddi və mənəvi rahatlıq qazana bilərsiniz.

SUTÖKƏN - Qarşınızda kifayət qədər uğurlu bir tarix durub. Xüsusilə nahara qədər baş verəcək hər bir prosesdən yararlanmalısınız. Çox istəyinizə çatacaqsınız, yalnız pulla bağlı riskli sövdələşmələri təxirə salın.

BALIQLAR - Daxili gərginliyiniz xeyli səngiyəcək. Əvəzində isə başınıza yeni ideya və perspektivli fikirlər gələcək. Həlli mürəkkəb olan işlərə girişməyin. Sizə passivlik yaraşmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm