• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Səbuhi Rəhimlidən iyunun 21-nə olan astroloji proqnoz

  • Qoroskop
  • 21 İyun 2014 00:28
  • 2 902 Baxış
Səbuhi Rəhimlidən iyunun 21-nə olan astroloji proqnoz

QOÇ – Dünəndən bəri bürcünüzdə qərar tutan mənfi enerjili Ay tövsiyə edir ki, təpər tapıb qarşınıza çıxan maneələri dəf edəsiniz. Günün ikinci yarısında yeni işgüzar əlaqələr qurmaq üçün əzmkarlığınızı artırmalısınız.

BUĞA - İqlimin qızmarlığı neçə gündür ki, fiziki yorğunluğunuza səbəb olub. Odur ki, istirahətə daha çox yer ayırın. Günün ikinci yarısında isə uzaq səfərə də çıxmaq olar.

ƏKİZLƏR - Görəcəyiniz işləri əvvəlcədən konkretləşdirin. Qızmar yayın bu ərəfəsi karyeranız üçün həddindən ziyadə uğurlu ərəfə olacaq. Amma bugünkü vaxtınızı konkret olaraq sevgiyə həsr edin.

XƏRÇƏNG – Gileylərinizi qabartmayın. Özünüzü təmkinli, eyni zamanda qürurlu göstərin. Düşünülməmiş qərar çıxarmaq, risk etmək sizə uğur gətirməyə bilər. Sevgi amilinə diqqəti artırın.

ŞİR - Ehtiyatlı olun. Göy qübbəsi ciddi yanlışlığa yol verə biləcəyinizi bəyan edir. Mövcud situasiyaları kontrolda saxlamağa çalışın. Ürəyinizcə olmayan təklifləri düşünmədən təxirə salın.

QIZ - Əşyalarla, xüsusən də elektrik cihazları ilə ehtiyatlı davranın. Əks təqdirdə xəsarət ala bilərsiniz. Axşama yaxın əsəblərinizi sakitləşdirmək üçün gəzintiyə çıxın. Sirlərinizi açmayın.

TƏRƏZİ - Bu təzadlı təqvimdə bacardığınız qədər təmkin nümayiş etdirməyə çalışın. Yaxşı olar ki, yorucu işlərə ara verib istirahət edə, daha çox həzin bir musiqiyə qulaq asasınız.

ƏQRƏB - İqlimin qaynarlığı səhhətinizə mənfi təsir göstərə bilər. Bu səbəbdən də ehtiyatlı davranış, qidalara xüsusi diqqət yetirmək sizin üçün olduqca vacibdir. Yeni işlərə başlamayın.

OXATAN – Bir qədər gərgin situasiyalara cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ayrı-ayrı şəxslərlə davranışlarınızı tənzimləməlisiniz. Ağlınız kəsməyən işlərə girişməyin.

OĞLAQ – Yeni əlaqələr yaratmaq fikriniz varsa, saat 15-ə qədər əzmkarlığınızı artırın. Söhbət və müzakirələr zamanı özünüzü qürurlu aparmağa çalışın. Sonrakı saatlarda istirahət edin.

SUTÖKƏN - Dünya niyə xoşunuza gəlmir? Bəlkə səbəbi təbiətdə deyil, insanlarda arayasınız. İxtiyarınızda olan bu təqvimdə yalnız bu barədə düşünün. Gün ərzində soyuq qidalardan uzaq olun.

BALIQLAR - Maliyyə sövdələşmələrində iştirak etmək üçün ideal gündür. Şəxsi büdcənizi artırmaq üçün bir az siyasətçi olun. Axşama yaxın çoxdan görmədiyiniz adamlarla rastlaşacaqsınız.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR