Səbuhi Rəhimlidən iyunun 28-nə olan astroloji proqnoz
Bizi izləyin

Qoroskop

Səbuhi Rəhimlidən iyunun 28-nə olan astroloji proqnoz

QOÇ - Ailədə və sevgi münasibətlərində vəziyyət xeyrinizə olduğundan əsas üstünlüyü bu istiqamətə yönəltməlisiniz. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə ümidlə baxın.

BUĞA - İyun ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. Bir tərəfdən maraqlı görüşlər, digər tərəfdənsə perspektivli sövdələşmələr sizi sevindirəcək. Yeni təkliflər də mümkündür.

ƏKİZLƏR – Yaxşı olar ki, bu təqvimin əsas vaxtını istirahətdə keçirəsiniz. Çox da uzaq olmayan ünvanlara səfər etməyiniz də yaxşı olar. Yeni işlərə başlamaqsa hələ tezdir. Nahardan sonra pul gözlənilir.

XƏRÇƏNG - Mənfi yüklü Ay bürcünüzdə qərar tutduğundan tay-tuşlarınızla müəyyən mübahisələriniz gözlənilir. Özünüzü qalmaqallara istiqamətləndirməyin. Yaşca sizdən kiçiklərə qayğı göstərin.

ŞİR - Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətinizi göstərin. Qidanıza fikir verin.

QIZ - Saat 17-yə qədər riskli planlarınızı reallaşdırmağa çalışın. Qalan müddət isə bu baxımdan səmərəli deyil. Qohum-əqraba ilə əlaqə saxlamaq, görüşmək üçün bu təqvimin böyük əhəmiyyəti var.

TƏRƏZİ - Kollektiv gəzintilərə çıxmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra isə maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.

ƏQRƏB - Ümumi məziyyətlərinə görə, uğurlu gün hesab etmək olar. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Yersiz mübahisələrə baş qoşmayın.

OXATAN - Yalnız sövdələşmələr üçün münasib vaxtdır. Amma bu tövsiyələrə günün ikinci yarısında əməl etməlisiniz. Hər hansı fiziki işlərə başlamaq, səfərə çıxmaq isə yolverilməzdir.

OĞLAQ - Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra biləsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.

SUTÖKƏN - Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki yaxın vaxtlarda bu istiqamətdə uğurlarınız artacaq. İndi yalnız görəcəyiniz işləri konkretləşdirməlisiniz.

BALIQLAR - Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhət görülür. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Vaxt tapıb müqəddəs yerləri ziyarət edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm