Astroloji proqnoz - 10 iyul
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 10 iyul

QOÇ - İyulun bu isti günündə emosional çıxışlara ara verməli, yalnız konkret işlərlə məşğul olmalısınız. Günün ikinci yarısını dost-tanışla, doğmalarınızla gəzinti və əyləncəyə həsr edin.

BUĞA - Bir qədər darıxdırıcı gündür. Amma bədbinləşib tək-tənha bir küncdə oturmaq da yaramaz. Heç olmasa, ulduzların "hə" dediyi maliyyə məsələləri ilə məşğul olun. İnsanlardan xoflanmayın.

ƏKİZLƏR - Bu gün rahat keçməsə belə, ciddi xoşagəlməzlik də olmayacaq. Nahardan sonra sizi sürprizlər gözləyir. Gələcək fəaliyyətiniz də məhz bundan asılı olacaq. Uzaq yola çıxmayın.

XƏRÇƏNG - Təkbaşına hansısa məsələyə müdaxilə etməyin. Əks təqdirdə nəzərdə tutduğunuz ideyaları reallaşdıra bilməyəcəksiniz. Tərəfdaşlarınızın sayını artırın ki, qalib olasınız.

ŞİR - Astroloji göstəricilər böyük işlər görəcəyinizi, ağıllı risklər edəcəyinizi bəyan edir. Hətta maddi durumunuz imkan versə, uzaq yola da çıxa bilərsiniz. Qidanıza fikir verin.

QIZ - Hər mənada uğurlu gün yaşayacaqsınız. Şəxsi işlərinizdə, eləcə də qarşılıqlı münasibətlərdə vəziyyət xeyrinizə olacaq. Şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür.

TƏRƏZİ - Daxilən sıxıntılı ərəfə yaşayacaqsınız. Düzdür, ovqatınızı korlayan nəsnələr olmayacaq, lakin səbəbsiz nigarançılıqdan da uzaqlaşa bilməyəcəksiniz. Bu gün varlana da bilərsiniz.

ƏQRƏB - Narahatçılığınızı artıran məsələləri yoluna qoymaq üçün danışıqlara başlamağınız vacibdir. Həftə ərzində gözlənilən uğurlar üçün bunun böyük səmərəsi ola bilər. Təzə xəbər də gözlənilir.

OXATAN - Saat 14-ə qədər qeyri-ənənəvi işlərlə məşğul olmayın, xüsusən də nahar ərəfəsində. Sonrakı müddətdə isə işgüzar aktivliyinizi artırmalısınız. Bəxtinizdə pul da var.

OĞLAQ - Cərəyan edən hadisələr çıxardığınız qərarlardan asılı olacaq. Odur ki, əvvəl götür-qoy edin. Bu arada etibar etdiyiniz adamlardan kimsə sizə yalan sata bilər. Səfər də uğurludur.

SUTÖKƏN - Ciddi götür-qoy etməsəniz, həlledici məqamlarda yanıla bilərsiniz. Yersiz risklərə meylinizi azaldın. Sizə vəd verənləri mələk hesab etməyin. Sadəlövhlük insana zərər yetirir.

BALIQLAR - Daxili narahatçılığınız tədricən aradan qalxacaq. Sevdiyiniz adamlarla bir yerdə olmağınız nikbinliyinizi artıracaq. Bu arada kobud rəftardan və şit zarafatlardan uzaq durmalısınız.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm