Qoroskop
Astroloji proqnoz - 16 avqust
Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...
QOÇ - Riskdən və həyatınız üçün önəmli olmayan məsələlərdən uzaq durursanız, günün bəhrəsini lazımınca görəcəksiniz. Tərəddüd etdiyiniz məqamlarda məsləhətləşmələrdən yayınmayın.
BUĞA - Mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün əsəbi situasiyalardan uzaq olun. Əks halda maddi-mənəvi itkilərlə üzləşəcəksiniz. Ailə-sevgi münasibətlərində obyektiv olun.
ƏKİZLƏR - Sağlıq durumunuza diqqət yetirsəniz, gün ərzində hansısa xoşagəlməzliklə rastlaşmayacaqsınız. Günün ikinci yarısında aldığınız hər bir iş təklifinə razılıq verin.
XƏRÇƏNG - İşgüzar görüşlər keçirmək üçün çox səmərəli vaxtdır. Ona görə də bütün enerji və diqqətinizi məhz bu istiqamətə yönəltməlisiniz. Maliyyə sövdələşmələrinə isə girişməyin.
ŞİR - Hər mənada əhəmiyyətli gündür. İstər fəaliyyət göstərdiyiniz sahələrdə, istərsə də qarşılıqlı münasibətlər zəminində uğurlarınız gözlənilir. Yalnız pulla bağlı passivlik mümkündür.
QIZ - Ulduzlar taledən gileylənməyinizə heç bir əsas görmür. Çünki ixtiyarınızda olan bu təqvim sizə olduqca xoş ovqat bəxş edəcək. Məhəbbət amili isə başlıca xilas mənbəyinizə çevriləcək.
TƏRƏZİ - İş metodunuzda yenidənqurma aparmağa səy göstərin. Bununla siz gələcək perspektivlərinizə işıq saça bilərsiniz. Səmərəsiz iş prinsipindən qaçın. Nahardan sonra təzə xəbər eşidəcəksiniz.
ƏQRƏB - Bir qədər gərgin gün yaşamalı olacaqsınız. Amma maraqsız proseslərə müdaxilə etməsəniz, bunun qarşısını az da olsa, ala biləcəksiniz. Əsəblərinizi qoruyun. Axşamsa qonaq gedin.
OXATAN - Göy qübbəsi işdən kənarda hansısa uğura yiyələnəcəyinizə təminat vermir. Əksinə, yersiz mübahisələr, ifrat yorğunluq ovqatınızı korlaya bilər. Diqqəti ailə-sevgi münasibətlərinə yönəldin.
OĞLAQ - Axşam saat 18-ə qədər ümumi vəziyyət xeyrinizədir. Nüfuzlu adamlarla görüşləriniz müsbət nəticə verəcək. Situasiyalardan asılı olaraq gün ərzində hisslərinizi cilovlamalısınız.
SUTÖKƏN - Təxminən saat 13-ə qədər xoşagəlməz işlərə cəlb oluna bilərsiniz. Buna baxmayaraq, belə hallarda öz mənafelərinizi qorumalısınız. Nahardan sonra bəxtinizin gətirəcəyi gözlənilir.
BALIQLAR - Rastlaşacağınız hadisələr daha çox öz rəftar və gedişlərinizdən asılı olacaq. Belə bir ərəfədə hansısa risk uğursuzdur. Əgər planlaşdırmısınızsa, bu gün mütləq səfərə çıxın.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR