Astroloji proqnoz - 21 avqust
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 21 avqust

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Kollektiv gəzintilərə çıxmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.

BUĞA - Bu təqvimdə uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağa çalışın. Əgər başqa vaxta saxlasanız, səmərəli olmayacaq. Bağ-bağatda işləmək üçün bu təqvimin böyük əhəmiyyəti var.

ƏKİZLƏR - Astroloji göstəricilər sizin zodiaka məsləhət görür ki, əsas üstünlüyü sevgiyə yönəldəsiniz. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə tam ümidlə baxın.

XƏRÇƏNG - Yaxşı olar ki, əsas vaxtınızı ev şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Səhhətinizə qayğı göstərin.

ŞİR - Bürcünüzün ən uğurlu məqamlarını yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Qərarlarınızda qətiyyətli olun.

QIZ - Qonaq getmək üçün günün ikinci yarısı münasibdir. Amma hər hansı fiziki işlərə başlamaq, yeni müqavilələr bağlamaq yolverilməzdir. Ailə münasibətlərində obyektiv addım atın.

TƏRƏZİ - Ayın ən uğurlu günlərindən birini yaşayacaqsınız. Bir tərəfdən maraqlı görüşlər, digər tərəfdənsə perspektivli sövdələşmələr sizi sevindirəcək. Büdcənizdə artım da mümkündür.

ƏQRƏB - Tay-tuşlarınızla müəyyən mübahisələriniz gözlənilir. Özünüzü qalmaqallara istiqamətləndirməyin. Saat 13-dən 17-yə qədər şəxsi işlərinizdə əsaslı dönüş yarana bilər.

OXATAN - Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.

OĞLAQ - Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhətdir. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Axşama doğru qazanmaq ehtimalınız var.

SUTÖKƏN - Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.

BALIQLAR - Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki həftə boyu bu istiqamətdə uğurlarınız artacaq. İndi yalnız görəcəyiniz işləri konkretləşdirməlisiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm