Səbuhi Rəhimlidən fevralın 3-nə olan astraloji proqnoz
Bizi izləyin

Qoroskop

Səbuhi Rəhimlidən fevralın 3-nə olan astraloji proqnoz

BUĞA - Ümumən gərgin gün olsa da, baş çəkəcəyiniz ünvanlardan asılı olaraq sabitliyinizi təmin edə bilərsiniz. Başqalarının şəxsi işinə müdaxilə etməyin. Dilinizdən dualarınızı əsirgəməyin.

QOÇ - Əgər özünüz özünüzə inanmırsınızsa, bunu başqalarından gözləməyə dəyməz. Bir az nikbin olun. Saat 09:54-dən mənfi yüklü Ay bürcünüzdə olduğu üçün görəcəyiniz işləri dönə-dönə götür-qoy edin.

BUĞA - Ümumən gərgin gün olsa da, baş çəkəcəyiniz ünvanlardan asılı olaraq sabitliyinizi təmin edə bilərsiniz. Başqalarının şəxsi işinə müdaxilə etməyin. Dilinizdən dualarınızı əsirgəməyin.

ƏKİZLƏR - Günün birinci yarısında həmkarlarınızla müəyyən mübahisələriniz gözlənilir. Əgər haqlı olduğunuza əminsinizsə, mübarizədən yayınmayın. Dost məsləhətinə böyük ehtiyacınız var.

XƏRÇƏNG - Hər mənada uğurlu gündür. Qarşınıza qoyduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Odur ki, bəxtinizdən şikayətlənməyi bir kənara atın. Dostlara arxa çevirməyin.

ŞİR - Nə qədər mane olmaq istəsələr də, özünüzü təmkinli aparmaqla rəqiblərinizi zərərsizləşdirməlisiniz. Axşama yaxın sevdiyiniz adamla gəzintiyə çıxmağa çalışın. Bu gün borc almayın.

QIZ - Böyük dönüş astanasındasınız. Belə məqamlarda adətən ətrafa sədaqətli dostlar toplamaq müsbət nəticə verir. Siz də bu təcrübədən yararlanıb qarşıdakı həftə üçün buna hazır olmalısınız.

TƏRƏZİ - Təxminən saat 12-yə qədər əsas vaxtınızı istirahətə həsr edin. Çünki həmin ərəfədə uğurlardan uzaq olacaqsınız. Sonrakı saatlarda isə qarşılıqlı münasibətlərdə irəliləyişlər gözlənilir.

ƏQRƏB - Fəaliyyətlə bağlı müvəffəqiyyətə yetişəcəyinizi təsvir edən Göy qübbəsi əzmkarlığınızı artırmağı tələb edir. Bu gün qarşınıza çıxan şəxslərin əksəriyyəti mövqeyinizi dəstəkləyəcək, aktiv olun.

OXATAN - Risk və mübahisələrdən yayınsanız, ixtiyarınızda olan bu təqvimdən xeyli razı qalacaqsınız. Ulduzların düzümü maraqlı adamlarla görüşəcəyinizi, həmçinin qonaqlıqlarda iştirakınızı proqnozlaşdırır.

OĞLAQ - Səhhətlə bağlı bəzi problemlərlə rastlaşsanız da, bunun ciddi fəsadları olmayacaq. Bununla yanaşı, özünüzü nəqliyyatdan da qorumalısınız. Saat 15-18 arası sevindirici hadisələr olacaq.

SUTÖKƏN - Kifayət qədər düşərli gündür. Hansısa xoşagəlməzliyin baş verəcəyinə inanmayın. Əksinə, hər nə olsa, ondan sizə yalnız xeyir gələcək. Perspektivli sövdələşmələriniz də gözlənilir.

BALIQLAR - Ulduzların düzümü daha çox səyyar fəaliyyətdə uğurlara yaxın olacağınızı bildirir. Oturaq işlərə az aludə olun. Elə addım atın ki, sizi dolaşdıranların əli boşda qalsın. Səhhətinizi də qoruyun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm