Astroloji proqnoz - 27 avqust
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 27 avqust

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Ulduzların düzümü maddi çətinliklərinizdən xəbər verir. Çalışın ki, büdcənizdə olan vəsaiti boş məsrəflərə xərcləməyəsiniz. Ailə üzvlərinizin problemlərinə laqeyd yanaşmayın.

BUĞA - Böyük dəyişiklər astanasındasınız. Hətta lazımi məqamda düzgün qərar çıxarsanız, ayın sonuna qədər ovqatınız xoş olacaq. Tərəddüd etdiyiniz məsələləri isə təxirə salmalısınız.

ƏKİZLƏR - Özünüzü nə qədər təmkinli aparsanız, işləriniz də bir o qədər uğurlu gedəcək. Hansısa xırdaçılığa görə hisslərinizi kandara çıxarmayın. Axşama yaxın maraqlı hadisələr gözlənilir.

XƏRÇƏNG - Astroloji göstəricilər potensial imkanlarınızın genişlənəcəyini göstərir. Əgər gücünüzə inanırsınızsa, boş dayanmağa lüzum yoxdur. Axşam rəqiblərinizdən təhlükə gözlənilir.

ŞİR – Adi bir gün yaşayacaqsınız. Hansısa böyük bir iş görəcəyiniz və ya qanqaraçılığı ilə rastlaşacağınız ağlabatan deyil. Bu gün riskdən, eləcə də yeni sövdələşmələrdən uzaq olmalısınız.

QIZ - Dünəndən mənfi yüklü Ay bürcünüzə girdiyi üçün həmkarlarınızla, yaxınlarınızla mübahisələriniz mümkündür. Bu səbəbdən gün ərzində daxili sabitliyinizi qorumalısınız.

TƏRƏZİ - Kosmik gərginlik sizi müşayiət etsə də, çılğınlıq etməsəniz, günü sakit tərzdə başa vuracaqsınız. Nahardan sonra sizi səbəbsiz münaqişələrə cəlb etmək istəyəcəklər.

ƏQRƏB - Yeni əlaqələr qurmaq istəyirsinizsə, bu tarixdən maksimum yararlanmağa çalışın. Nüfuzlu adamların köməyindən istifadə edin. Gəlişixoş sözlər işlətməyin. Onsuz da buna heç kim inanmayacaq.

OXATAN - Olduqca səmərəli bir təqvim yaşayacaqsınız. Cərəyan edən proseslər bütünlüklə zövqünüzə uyğun olacaq. Amma daxili orqanlarınızı da qorumalısınız. Ağır fiziki işlərə ara verin.

OĞLAQ - Göy qübbəsi gün ərzində sizi bir neçə dəfə sınaqdan keçirməyə çalışacaq. Buna hazır olun və hər hansı məişət problemini özünüzə dərd etməyin. Şəxsi işlərinizdə dönüş

yaranmaqdadır.

SUTÖKƏN - Nə qədər güclü olsanız da, təkbaşına hansısa vəzifənin öhdəsindən gələcəyinizi düşünməyin. Çünki sizə dəstək verən olmasa, uğurlu olaylardan uzaq düşəcəksiniz. Bəxtinizdə pul var.

BALIQLAR - Qarşınızda duran bu maraqlı təqvimi bürcünüz üçün ən perspektivli ana çevriləcək. Sizə qarşı hiyləgər mövqedə duranlara əl-qol açmağa macal verməyin. Lazımi məqamlarda sərtlik də göstərin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm