Qoroskop
Astroloji proqnoz - 28 avqust
Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...
QOÇ - Rastlaşacağınız hadisələr daha çox öz rəftar və gedişlərinizdən asılı olacaq. Belə bir ərəfədə hansısa risk uğursuzdur. Əgər planlaşdırmısınızsa, bu gün mütləq səfərə çıxın.
BUĞA - Bir qədər gərgin gün yaşamalı olacaqsınız. Amma maraqsız proseslərə müdaxilə etməsəniz, bunun qarşısını az da olsa, ala biləcəksiniz. Əsəblərinizi qoruyun. Axşamsa qonaq gedin.
ƏKİZLƏR - Göy qübbəsi işdən kənarda hansısa uğura yiyələnəcəyinizə təminat vermir. Əksinə, yersiz mübahisələr, ifrat yorğunluq ovqatınızı korlaya bilər. Diqqəti ailə-sevgi münasibətlərinə yönəldin.
XƏRÇƏNG - Sağlıq durumunuza diqqət yetirsəniz, gün ərzində hansısa xoşagəlməzliklə rastlaşmayacaqsınız. Günün ikinci yarısında aldığınız hər bir işgüzar təklifə razılıq verin.
ŞİR - İş metodunuzda yenidənqurma aparmağa səy göstərin. Bununla siz gələcək perspektivlərinizə işıq saça bilərsiniz. Səmərəsiz iş prinsipindən qaçın. Nahardan sonra təzə xəbər eşidəcəksiniz.
QIZ - Hər mənada əhəmiyyətli gündür. İstər fəaliyyət göstərdiyiniz sahələrdə, istərsə də qarşılıqlı münasibətlər zəminində uğurlarınız gözlənilir. Yalnız pulla bağlı qanqaraçılıq mümkündür.
TƏRƏZİ - İxtiyarınızda olan bu təqvimdə sizə əsəb gətirən adamlardan uzaq olmalısınız. Yoxsa bu hal bütün maddi-mənəvi sərvətlərinizi tari-mar edəcək. Günortadan sonranı sevgiyə həsr edin.
ƏQRƏB - Axşam saat 18-ə qədər ümumi vəziyyət xeyrinizədir. Nüfuzlu adamlarla görüşləriniz müsbət nəticə verəcək. Amma ixtiyarınızda olan bu ərəfədə hisslərinizi də cilovlamalısınız.
OXATAN - İşgüzar görüşlər keçirmək üçün çox səmərəli vaxtdır. Ona görə də bütün enerji və diqqətinizi məhz bu istiqamətə yönəltməlisiniz. Maliyyə sövdələşmələrinə isə girişməyin.
OĞLAQ – Təlatümlü gün olmasa da, mülayimlikdən də əcər-əlamət olmayacaq. Odur ki, riskdən və həyatınız üçün önəmli olmayan məsələlərdən uzaq durmalısınız. Məsləhətləşmələrdən yayınmayın.
SUTÖKƏN - Təxminən saat 13-ə qədər xoşagəlməz işlərə cəlb oluna bilərsiniz. Buna baxmayaraq belə hallarda öz mənafelərinizi qorumalısınız. Nahardan sonra bəxtinizin gətirəcəyi gözlənilir.
BALIQLAR - Ulduzlar taledən gileylənməyinizə heç bir əsas görmür. Çünki ixtiyarınızda olan bu təqvim sizə olduqca xoş ovqat bəxş edəcək. Məhəbbət amili isə başlıca xilas mənbəyinizə çevriləcək.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!