Qoroskop
Bürclər arasında ən sədaqətlisi hansıdır?
Qoç bürcü: Qoçlar,
idealist olduqları qədər də eqoistdirlər. Onlar səhvlərini qəbul
etmək yerinə, ölməyi ya da ürəyindəki sevgisini öldürməyi daha
üstün tuturlar. Qoçlardan heç vaxt səhvlərini qəbul etməsini
gözləməyin. Bəzən də sevgisinin məhv olduğunu dərk elədiyi anda onu
xilas etmək üçün əlindən gələni edərlər...
Buğa bürcü: Buğalar sevgiyə və cinsəlliyə
böyük maraq duyurlar. İnsanları özünə cəzb etməyi sevirlər.
Səyahətə və ya uzaq yerlərə gedib qayıtdıqdan sonra ondakı
dəyişikliyə hazır olun. Bu, onlarda ən həssas, ən şübhəli olduqları
dönəmdə baş verir və münasibətləri bitmə təhlükəsi ilə
qarşı-qarşıya gəlir. Münasibətləriniz uzun müddət davam edirsə, ilk
günlərdəki kimi davranmaya bilər.
Əkizlər bürcü: Əkizlər ayaqlarınızı yerdən
kəsib sizi göylərdə gəzdirə bilər. Sizə dünyanı və bütün
problemlərinizi unutdura bilərlər. Fəqət, bu anın nə qədər davam
edəcəyi sual altındadır. Onlarla nə qədər çox ünsiyyətdə olsanız, o
qədər çox "bağlılıq hormonu” sizi bürüyəcək. Sevginin uzun müddətli
olmasını da bu hormonlar təmin edir. Dünyada heç kimin deyə
bilmədiyi yüzlərlə variantlarda sevgisini etiraf edə bilər. Əkizlər
harada məskunlaşsalar, evləri də məhz oradır. Uzun tənhalıq
dönəmində acı göz yaşları da axıda bilərlər.
Xərçəng bürcü: "Sən mənim gözümdə ən
dəyərli insansan”, aşiq olan xərçənglər sevdiyi insanı hamıdan
üstün görür. Xərçənglər maraqlı insanlar olduğu üçün çox zaman
diqqət mərkəzində olurlar. Xarici görüntüsünü heç bəyənməsək də,
əhvalımızı qaldıra bilirlər. Dürüst olun və həmişə həqiqəti
söyləyin. Çünki onları aldatmaq çətindir. Həqiqətləri
münasibətlərinizə təsir etməyən şəkildə çatdırın.
Şir bürcü: Şirlərin sevgisi yandırıcıdır...
Anidən alovlanan ehtirasa sahibdirlər. Sevdiyi qadının qoxusu
onlara təsir edir. Şirlər hər şeydən şübhələnirlər. Şübhə sizi
bir-birinizdən ayıra bilər. Aranızda yaşana biləcək ən böyük əngəl
də məhz onun şübhələridir. Şübhə məsələsi aranızda çətin anlar
yaşadacaq. Bu müddət çox təhlükəlidir. Onlara ürəkdən
vurulmusunuzsa, sizi ağlatması qaçılmazdır.
Qız bürcü: Onların sevgilərinin ən böyük
sirri sevdiyi insanın yanından ondan doymamış ayrılmaq
məcburiyyətində qalmasıdır. Sonrakı görüşə qədər nə qədər
darıxdığınızı ağlından çıxarmır. Onları sevginin nə qədər dərin
olmasından çox, keyfiyyətli olması maraqlandırır. Ümumiyyətlə,
qızlar hər şeydə yüksək səviyyə axtarışında olurlar. Buna görə də
həqiqi sevgini çox az dada bilirlər. Qız bürcündən olanlar
digərləri ilə müqayisədə daha asan subay yaşaya bilərlər. Buz kimi
soyuq görünsə də, yola getdiyi və zövq ala bildiyi insanın
qarşısında əriyə bilər.
Tərəzi bürcü: Tərəzilər son dərəcə
ailəcanlı və sevdiyini qoruyan insanlardır. Dəli kimi
qısqanmalarına baxmayaraq, bunu göstərmirlər. Bu sizin üçün
əhəmiyyətsiz ola bilər, amma vacibdir. Son dərəcə sadiq olurlar.
Ancaq onların sakitliyidən və səbrindən istifadə etməyin. Çünki
bıçaq sümüyə dirənəndə sevgilərindən də vaz keçirlər. Münasibətlər
bitibsə, bitmiş deməkdir. Bir dəfə qərarını verən Tərəzilər,
sonradan yalvarıb yaxarsanız, da geri dönməyəcək. Sözünüzün üstündə
durun. Əks halda tərk edilməniz qaçılmazdır.
Əqrəb bürcü: Bir sözlə, onlar yorulmaq
bilmirlər. Hər şeydən əvvəl özlərinə aşiqdirlər. O, buz kimi
soyuqluğun arxasında gizlənən böyük ürəkləri var. Dərin yaralar onu
qorxunc və dəhşətli əsəb partlayışına səbəb ola bilər. Əgər onu bu
hala salan siz deyilsinizsə, kənardan onu seyr etmək
həyəcanlandırıcı ola bilər. Öz qaydalarını qoyur və başqalarının
onun üçün nə düşündüyünü zərrə qədər də maraqlandırmaz. Hər cür
rahatlıqdan məhrum olsalar da, buna alışa bilirlər. Əqrəblər
əslində, çox həssas və duyğusal xarakterə malikdir. Amma onların
xarici soyuqluğu qarşı tərəfi incidir.
Oxatan bürcü: Oxatanlar həm ürəyi, həm də
ağlı ilə hərəkət edirlər. Sevgidə bəzən ağılsız hərəkətlərə yol
verə bilərlər. Yıxılsa da, yenidən ayağa durmağı bacarır. Dürüst və
həqiqi münasibətlər qururlar. Oxatan kişilər qadınlarda israrla
ağıl axtarır. Qısqanc olmayın. Onun hər etdiyi hərəkəti təhlil və
tərk etməklə təhdid etməyin. Oxatanları olduqları kimi qəbul
etsəniz, onunla birlikdə uçuruma da yuvarlanmaq əyləncəli ola
bilər.
Oğlaq bürcü: Oğlaqlar sirlərlə dolu və həll
edilməyən tapmaca kimidirlər. Onları başdan çıxarmaq kifayət etmir,
fəth etmək lazımdır. Ətrafı özü üçün tikdiyi divardan ibarətdir.
Utancaq, amma güclü və çətin xarakterli insandır. Tək qalmağa daha
çox üstünlük verir. Çoxları tərəfindən bəyənilməyi və sevilməyi
ürəkdən arzu edir. Sevdiyi qadını tez-tez təəccübləndirməyi
bacarmasa da, ömür boyu sevər. Digər bürclərə görə, daha sədaqətli
olur.
Dolça bürcü: Onun ürəyini fəth edin.
Gec-gec görüşürsünüzsə, hafizəsi sizi unutmağa və yad adam kimi
davranmağa məcbur edə bilər. Yersiz qısqanclığınız onu sizdən
soyumasına gətirib çıxara bilər.
Balıq bürcü: Balıqlar bəlli etməsə də,
sərhədsiz güvənə və sədaqətə ehtiyac duyurlar. Lakin bunu dilinə
gətirməyi zəiflik hesab edir. Qısqandığı zamanlarda da susmağa
üstünlük verir. Eyni şeyi sevdiyi qadından da gözləyir. Balıq
bürcünün kişiləri o qədər həssasdır ki, qəlbi qırıldığı zaman
həyatlarını bezdirən qadına dəlilər kimi aşiq olsa da, bu vəziyyətə
çox dayana bilməyəcək və həmişəlik tərk edəcək.
(qadinlar.biz)
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu