• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Astroloji proqnoz - 4 sentyabr

  • Qoroskop
  • 4 Sentyabr 2014 00:01
  • 1 618 Baxış
Astroloji proqnoz - 4 sentyabr

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ – Özünüreklam prinsiplərindən uzaq olun. Çünki indi belə adamlara müsbət nəzərlərlə baxmırlar. Qarşı tərəfin ədalətli fikirləri ilə razılaşın. Hər hansı mübahisəyə isə lüzum yoxdur.

BUĞA - Əsəblərinizi cilovlaya bilsəniz, heç bir qanqaraçılığı olmayacaq. Qərar çıxarmamışdan əvvəl yaxşıca götür-qoy edin. Uzaqda yaşayan qohumlarınızla əlaqə saxlayın.

ƏKİZLƏR - Ümumi çalarlarına görə uğursuz gündür. Ətrafınızda olanlar əsəblərinizi tarıma çəkə bilər. Odur ki, hər bir situasiyada öz mövqeyinizi qabartmamalı, emosiyalara uymamalısınız.

XƏRÇƏNG – Ehtiyatlı olun, aldanma ehtimalınız var. Etibar etdiyiniz adamlar tərəfindən hiyləgərliyə tuş gələ bilərsiniz. Yaxşı olar ki, mühüm planlarınız haqda kiməsə məlumat verməyəsiniz.

ŞİR – Kifayət qədər yorucu gündür. Əgər reallıq imkan versə, bütün vaxtınızı evdə və ya təbiət qoynunda keçirin. Qida və yuxu rejiminizə fikir verin. Ağır fiziki işlərdən uzaq olun.

QIZ - Sağlıq durumunuza xüsusi diqqət yetirin. Əks təqdirdə həkimə müraciət etməli olacaqsınız. Özünüzü stressli vəziyyətdən qoruyun. Tənhalığa qapılmaqdansa, dostlarınızla bir arada olun.

TƏRƏZİ - Göy qübbəsi uğurlardan vəd verir. Sadəcə, siz də özünüzü bu vəziyyətə hazırlamalısınız. Ailə-sevgi münasibətlərində xoş ovqat qazanacaqsınız. Pulsuzluğa görə narahat olmayın.

ƏQRƏB - Hər mənada düşərli gündür. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə bəxtiniz gətirə bilər. Günün ikinci yarısında normal qazanmaq ehtimalınız da var.

OXATAN – Astroloji göstəricilərə görə, maddi durumunuzda müəyyən irəliləyişlər mümkündür. Bununla yanaşı gözləmədiyiniz istiqamətdən sizə qarşı təxribat da ola bilər. Tədbirli olun.

OĞLAQ - Gecə saat 03:14-dən Ay bürcünüzdə qərar tutduğundan müəyyən gərginlik müşahidə oluna bilər. İlk növbədə səhhətinizə fikir verin. İşgüzar sövdələşmələrdə iştirakınız isə olduqca vacibdir.

SUTÖKƏN - Fəaliyyətlə bağlı xoşagəlməzliklər görünür. Bu amili nəzərə alıb ciddi işlərin həllini təxirə salın. Sevgi və digər münasibətlərdə isə vəziyyət xeyrinizədir. Uzaq yola çıxmaq olar.

BALIQLAR - Əyləncə və gəzintilərə çox da aludə olmayın. Bu gün işgüzarlığınızı artırmalısınız. Yeni planlarınızı həyata keçirmək üçün bəzi nüfuzlu şəxslərlə görüşməyiniz vacibdir. Çağırışlara gecikməyin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR