Yer Kürəsinə asteroid yaxınlaşır
Bizi izləyin

Qoroskop

Yer Kürəsinə asteroid yaxınlaşır

Sentyabr ayının 7-i Bakı vaxtı ilə 22:18-də Yer kürəsinin yaxınlığından 2014 RC nömrəli asteroid keçəcək. Diametri 20 metr olan obyekt planetin yaxın məsafəsindən keçəcək.

Asteroid Yeni Zelandiya üzərindən uçacaq, lakin Yer kürəsinə heç bir təhlükə törətməyəcək. Asteroid Yer Kürəsinin 40 min kilometr yaxınlığından keçəcək.

Asteroid ilk dəfə olaraq avqust ayının 31-də Arizona rəsədxanasında keçirilən monitorinq zamanı aşkar edilib. Bundan sonra, sentyabr ayının 1-də Havay adalarında yerləşən Pan-STARRS teleskopu vasitəsilə görünüb.

Asteroidi adi gözlə mümkün olacaq. Alimlər Yer Kürəsinə təhlükə törətməyən asteroidi izləməkdə davam edəcək. Belə ki, mütəxəssislərin hesablamalarına görə, 2014 RC asteroidi Yer kürəsinə yenidən qayıdacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm