Yer kürəsi yaxınlığında yeni planet yaranır
Bizi izləyin

Qoroskop

Yer kürəsi yaxınlığında yeni planet yaranır

Alimlər HD100546 adlı qaz və tozdan ibarət olan diskin ətrafında yeni planetin yaranmasına şahidlik edib. Əgər alimlərin ehtimalı özünü doğrultsa, o zaman bu, Yer kürəsinə ən yaxın yeni planet olacaq.

HD100546 ulduzu Yer kürəsindən 335 işıq ili məsafəsində yerləşir. Qaz-toz diski Milçək bürcündə yerləşir. Bu bürc yalnız cənub yarımkürəsindən görünür.

Formalaşan planet qaz şəkillidir və 3 Yupiter ölçüsündə olacaq. Onun Günəş sistemindən uzaqlığı Saturnun məsafəsi qədər olacaq. Yeni yaranacaq planet bir sıra tədqiqatların aparılmasına yardım edəcək.

Alimlər ilk dəfə belə halla qarşılaşmır. Bir neçə il bundan qabaq Pluton yaxınlığında qaz və toz şarından ibarət planetin yaranması müşahidə edilib. Formalaşan nəhəng qaz planeti Yupiter ölçüsündədir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm