Astroloji proqnoz - 10 sentyabr
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 10 sentyabr

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Yalnız iş yerində müsbət ovqat qazana bilərsiniz. Ailə və digər sahələrdə isə hər şey zövqünüzə zidd ola bilər. Riskli hərəkətlərə yol verməyin. Vaxt tapıb ziyarətgaha gedin.

BUĞA - İşgüzar fəaliyyətə başlamaq üçün gözəl ərəfədir. Ələlxüsus da ikitərəfli əməkdaşlıq böyük səmərə verə bilər. Odur ki, əzmkarlığınızı artırmalı, öz gücünüzə inanmalısınız.

ƏKİZLƏR - Kifayət qədər düşərli gündür. İstər qarşılıqlı münasibətlərdə, istərsə də fəaliyyət zəminində uğurlarınız çox olacaq. Yeganə bürcsünüz ki, ulduzlar sizə böyük qazanc vəd edir.

XƏRÇƏNG - Astroloji göstəricilərə görə, günün birinci yarısını müəyyən qədər yorğun tərzdə başa vuracaqsınız. Saat 14-dən sonra isə maraqlı hadisələrin iştirakçısı olacaqsınız.

ŞİR - Göy qübbəsi səhhətinizdə mənfi çalarların olduğunu göstərir. Hər şeydən əvvəl canınızın qeydinə qalın. Nahardan sonra maraqlı sövdələşmələr və bir qədər də qazanc gözlənilir.

QIZ - Karyeranızda əsaslı dönüş etmək üçün bu təqvimin əhəmiyyəti böyükdür. Ona görə də, bütün mümkün potensialınızdan maksimum yararlanmağa çalışın. Öz daxili gücünüzə inanın.

TƏRƏZİ - Qarşılıqlı münasibətlərdə vəziyyət o qədər də ürəkaçan deyil. Amma etiraf edin ki, bunun səbəbkarı daha çox özünüzsünüz. Çalışın hər bir situasiyaya reallığın gözü ilə baxasınız.

ƏQRƏB - Günün ümumi mənzərəsi gərgin fonla müşayiət olunduğundan özünüzü ələ almağı bacarmalısınız. Özünüzü hamıdan üstün tutmaqla yalnız adınızı hörmətdən sala bilərsiniz.

OXATAN - Yaxşı olar ki, günün əsas vaxtını Tanrı ilə tək qalmağa həsr edəsiniz. Keçdiyiniz həyat yoluna, səhv və yanlışlıqlara nəzər salıb çatışmazlıqları aradan qaldırın.

OĞLAQ - Çox uğurlu gündür. Fəaliyyətlə bağlı qarşınıza qoyduğunuz vəzifələrin əksəriyyətini reallaşdıra biləcəksiniz. Ulduzlar gün ərzində əsəblərinizi qorumağı da tövsiyə edir.

SUTÖKƏN - Ümumən gərgin gündür. Unutmayın ki, ətrafınızda olanların əksəriyyəti xəbis və yalançı adamlardır. Belə mühitdə isə ədalət arzusuna düşmək asan deyil. Axşam gəzintiyə çıxın.

BALIQLAR - Biznes sövdələşmələri üçün çox uğurlu vaxtdır. Bu barədə zaman xeyrinizə işləyəcək. Amma saat 18-dən sonra başlıca vəzifəniz səhhətinizi qorumaqdan ibarət olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm