Səbuhi Rəhimlidən fevralın 5-nə olan astraloji proqnoz
Bizi izləyin

Qoroskop

Səbuhi Rəhimlidən fevralın 5-nə olan astraloji proqnoz

QOÇ – Qarşınızda normal bir gün durur. İştirakçısı olduğunuz proseslər daha çox çıxardığınız qərarlardan asılı olacaq. Hansısa məsələdə tərəddüdünüz olarsa, etibarlı və təcrübəli insanlarla məsləhətləşin.

QOÇ – Qarşınızda normal bir gün durur. İştirakçısı olduğunuz proseslər daha çox çıxardığınız qərarlardan asılı olacaq. Hansısa məsələdə tərəddüdünüz olarsa, etibarlı və təcrübəli insanlarla məsləhətləşin.

BUĞA – Əsas vaxtınızı istirahətə yönəltsəniz, daha yaxşı olar. Çünki bu təqvimdə aktivlik enerjiniz aşağı olduğundan hər hansı cəhdinizin anındaca həll olunması ağlabatan görünmür. Qohum-əqrabaya baş çəkin.

ƏKİZLƏR – Yeni işlərə başlamaqda çətinlik çəksəniz, məsləhətləşməkdən çəkinməyin. Onu da bilin ki, bu gün saat 11-14 arası istənilən riskiniz müvəfəqqiyyətlə nəticələnəcək. Şəxsi büdcənizdə artım da gözlənilir.

XƏRÇƏNG – Əgər uzaq səfərə çıxmaq fikriniz varsa, bu tarixdən yaxşı gün tapa bilməyəcəksiniz. Nəsil karmasını inkişaf etdirmək, keçmişinizdə rol oynayan insanlarla təmas gərginliyinizi xeyli səngidə bilər.

ŞİR – Cari işlərinizlə məşğul olmağınız yetər ki, günün ümumi mənzərəsindən razı qalasınız. Deməli, hər hansı yeni işlərə başlamaq və ya riskli sövdələşmələr aparmaq üçün münasib vaxt deyil.

QIZ – Qayda-qanuna riayət edin. Gizli alış-veriş, həmkar və şəriklərə yalan satmaq ağır nəticələrə səbəb ola bilər. Bu gün ağlınız kəsməyən işlərə pul qoymaq, xüsusən də kiməsə borc vermək də olmaz.

TƏRƏZİ – Bu gözəl gündə ulduzlar perspektivli təkliflər alacağınızı bildirir. Amma belə bir gündə doğmalarınızla münasibətlərinizin soyuqlaşmasına da imkan verməyin. Pul da gözlənilir.

ƏQRƏB – Üzərinizə düşən başlıca vəzifə mövqelərinizi qorumaqdan ibarət olmalıdır. Perspektivlərinizə daha tez yetişməyiniz üçün bunun böyük əhəmiyyəti ola bilər. Qidanıza fikir verin.

OXATAN – Bu təqvimdə lazımsız yerlərə xərc çəkməyi dayandırın. Hər bir məsələdə reallığa və məntiqə əsaslanın. Saat 17-dən sonra maraqlı sürprizlərin şahidi olacaqsınız. Sirlərinizi heç kimə deməyin.

OĞLAQ – Hər təsadüfi adama etibar etməyin. Əks təqdirdə planlarınızın inkişafını ləngidəcəklər. Daşınmaz əmlak alqı-satqısında gözüaçıq olun. Təzə əyin-baş almaq üçün çox uğurlu vaxtdır.

SUTÖKƏN – Bu gün imkan daxilində uzaq səfərləri təxirə salın. Çünki yaşadığınız məkanda perspektivləriniz daha böyükdür. Bütün hallarda doğru danışın, səhv və günahlarınızı etiraf etməyi bacarın.

BALIQLAR – İştirakçısı olduğunuz bütün situasiyalar xeyrinizə işləyəcək, səmərəli səfərlər, maliyyə uğurları da yolunuzu gözləyir. Yuxu və qida rejiminizi də diqqətdə saxlayın. Bədbin düşünməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm