• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Astroloji proqnoz - 22 sentyabr

  • Qoroskop
  • 22 Sentyabr 2014 00:16
  • 1 500 Baxış
Astroloji proqnoz - 22 sentyabr

QOÇ - Qarşılıqlı münasibətlərdə güzəştli mövqe seçin. Risk tələb edən işlərə isə girişməyin. Yaxşı olar ki, soyuq və spirtli içkilərdən, duzlu qidalardan mümkün qədər uzaq olasınız.

BUĞA - Səhər saatlarını gərgin şəraitdə keçirsəniz də, özünüzü təmkinli aparmaqla gözlənilən xoşagəlməzliyi dəf edə biləcəksiniz. Nahardan sonra isə sevindirici hadisələrin şahidi olacaqsınız.

ƏKİZLƏR - Astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Ulduzlar ziyarətə getməyi məsləhət görsə də, uzaq yola çıxmaq olmaz.

XƏRÇƏNG - Göy qübbəsi pulla bağlı məsələlərdə ehtiyatlı olmağı tövsiyə edir. Bir qədər qənaətcil olmağınız vacibdir. Kiməsə borc vermək və ya maliyyə sövdələşmələrinə girişmək yolverilməzdir.

ŞİR - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Bir tərəfdən ailə-sevgi münasibətlərində, digər tərəfdənsə işgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə cərəyan edəcək. Səfər də mümkündür.

QIZ - Əsas enerjinizi sevgi amilinə yönəldin. Çalışın ki, hər bir kəlmənizdə, hər bir ifadənizdə özünüzə qarşı rəğbət oyadasınız. İndiki sərt cəmiyyətdə kiminsə qəlbinə dəymək savab iş deyil.

TƏRƏZİ - Kifayət qədər uğurlu bir gün yaşayacaqsınız. İştirakçısı olduğunuz hər bir proses yalnız zövqünüzlə uyğunluq təşkil edəcək. Özünüzə inamı artırmaqla uğurları yaxınlaşdırın.

ƏQRƏB - Fəaliyyət dairənizi genişləndirmək üçün durmadan fəaliyyətə başlayın. Nəzərə alın ki, bu addım karyeranız üçün böyük əhəmiyyət daşıya bilər. Bu gün qazanmaq ehtimalınız böyükdür.

OXATAN - Həddindən ziyadə uğurlu təqvimdir. Ələlxüsus da saat 12-16 arası bəxtiniz gətirə bilər. Həmkarlarınızla aranızda yaranmış soyuqluq səngiməyə başlayacaq. Hətta varlanmaq ehtimalınız da var.

OĞLAQ - Ümumi çalarlarına görə gərgin gün olsa da, özünüzü ələ almağı bacarmalısınız. Çünki qarşınızda duran perspektivlərə yetişmək üçün hansısa dedi-qoduya əhəmiyyət verməməlisiniz.

SUTÖKƏN - Səhhətinizlə bağlı nasazlığı nəzərə alıb hansısa qeyri-adi və yeni işlərə başlamayın. Yaxşısı budur ki, əsas vaxtınızı mənzil şəraitində keçirəsiniz. Axşama yaxınsa qonaq getmək olar.

BALIQLAR - Hiss olunur ki, sizi sevməyənlər artmaqdadır. Lakin ruh düşkünlüyünə mübtəla olmaqdansa, deyildiyi kimi olmadığınızı sübut etməlisiniz. Bu gün maraqlı görüşlərdə iştirakınız gözlənilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR