Bürclərin ən uğurlu günləri
Bizi izləyin

Qoroskop

Bürclərin ən uğurlu günləri

Bürcünüzə uyğun enerji daşıyan və bürcünüzün potensialını tam ortaya qoya bilən günləri bilirsinizmi?

Qoç: Bürcünüzün uğurlu günü çərşənbə axşamıdır. Bu gün həyata keçirmək istədiyiniz mövzularda daha cürətli və cəsur ola bilərsiniz, gücünüzü başqalarına qəbul etdirmək şansınız boldur. Bu isə iş prosesinin uğurlu alınmasına gətirib çıxarır.

Buğa: Bürcünüzün uğurlu günü cümədir. Bu gün özünüzü zəmanətə almaq istədiyiniz mövzularda daha rahat hərəkət edə bilər və sərmayələriniz mövzusunda daha şanslı ola bilərsiniz.

Əkizlər: Bu bürcün nümayəndələrinin ən uğurlu günü çərşənbədir. İnsanlarla daha tez və rahat ünsiyyət qura bilərsiniz, öyrənmək istədiyiniz mövzularla əlaqədar daha tez nəticə ala bilərsiniz.

Xərçəng: Bürcünüzün ən uğurlu günü bazar ertəsidir. Həmin gün ev və məişətlə əlaqədar bir çox məsələləri daha asan həll edə bilər və etdiyiniz işlərlə özünüzü və ailənizi zəmanətdə hiss edə bilərsiniz.

Şir: Bazar günü bu bürc üçün olduqca əlverişli gündür. Bazar günü istedadınızı ortaya çıxara biləcək işlər görə bilərsiniz. Aldığınız nəticə təkcə sizi deyil, hər kəsi məmnun edəcək.

Qız: Sizin üçün ən müsbət qəbul edilən çərşənbə günüdür. Mükəmməl nəticə əldə etmək üçün bu gün Qızların ən ideal gün hesab edilir. Diqqət tələb edən ətraflı araşdırmalardan daha rahat nəticələr ala bilər və mükəmməl razılaşmalar edə bilərsiniz.

Tərəzi: Bürcünüz üçün ən uğurlu gün cümə qəbul edilir. Cümə günləri ictimai mühitlərdə son dərəcə müvəffəqiyyətli əlaqələr qura bilər və diplomatiya tələb edən mövzularda bacarıqlarınızla çox təsirli ola bilərsiniz. Cümə günü gördüyünüz bütün işlər qaydasında gedəcək və uğurlu anlaşmalara imza atacaqsınız.

Əqrəb: Çərşənbə axşamı Əqrəblərin ən uğurlu günü kimi qəbul edilir. Çərşənbə axşamları bütün mövzularda müvəffəqiyyətli işlər sizi izləyir. Çərşənbə axşamı bütün gücünüzü göstərmək üçün və təsir etmək qabiliyyəti baxımından olduqca yüksəkdir.

Oxatan: Sizin ən uğurlu gününüz cümə axşamıdır. Özünüzü inkişaf etdirmək, inanclarınızı möhkəmləndirmək, araşdırmalarınızı və mənbələrinizi, böyütmək istədiyiniz hər bir işi bu günə saxlamalısınız.

Oğlaq: Bürcünüzün uğurlu günü şənbə günləridir. Şənbə günü sizi hədəfinizə daşıyacaq işlər görə, güclü iradə sərgiləyərək müvəffəqiyyətli nəticələr ala bilərsiniz.

Dolça: Dolçaların uğurlu və düşərli günü şənbədir. Bu günlərdə iştirak edəcəyiniz bütün təşkilatlarda bacarıqlı olmaq şansınız yüksəkdir. Həmçinin şəxsi həyatda baş verən ən yadda qalan günlər də şənbəyə təsadüf edir. Gələcəyinizlə əlaqədar işlərdə də müvəffəqiyyətli ola bilərsiniz.

Balıq: Balıqların ən şanslı günü cümə axşamıdır. Xəyallarınıza və arzularına qovuşmaq üçün işlərinizi həmin gün həyata keçirin. Şansın sizin tərəfində olduğunu hiss edib daha qüvvətli olacaqsınız.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm