Astroloji proqnoz - 26 sentyabr
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 26 sentyabr

QOÇ - Ulduzların düzümü şəxsi büdcənizi artırmaq üçün gözəl şanslar qazanacağınızı bəyan edir. Ələlxüsus da saat 14-17 arası əməlli-başlı varlana bilərsiniz. Odur ki, boş dayanmayın.



BUĞA - Bugünkü təqvim gərginlik səpsə də, əsas enerjinizi fəaliyyətə həsr etməklə hər hansı xoşagəlməzliyi dəf edə bilərsiniz. Nahardan sonra maraqlı görüşlərdə iştirakınız mümkündür.



ƏKİZLƏR - Kənardan dəstək olmasa, riskli addımlar atmayın. Ən azı ona görə ki, bu mülayim gündə təkbaşına hansısa uğura yiyələnməyəcəksiniz. Həmkarlarınızla mübahisəyə meyl etməyin.



XƏRÇƏNG - Ən böyük rahatlığı məhəbbət amilindən duya bilərsiniz. Çünki sevgi ilahəsi bu gün başınız üstündə pərvaz edəcək. Xətrə dəyən sözlərdən, qarğış və söyüşdən uzaq olun.



ŞİR - Nəzərdə tutduğunuz ideyaların reallaşmasına mane olmaq istəyənlər artmaqdadır. Bunun qarşısını almaq üçün görəcəyiniz işləri məxfi saxlamalısınız. Bu gün uzaq yola çıxmaq sizə rahatlıq gətirəcək.



QIZ - Maddi durumunuz ürəyiniz istəyən həddə çatmasa da, aktivliyinizi qətiyyən azaltmamalısınız. Nə qədər əzmkar olsanız, Ulu Yaradan əməyinizin hədər getməsinə yol verməyəcək. Axşam qonaq gedin.



TƏRƏZİ - Göy qübbəsi bu gün sizə elə bir şans verəcək ki, belə bir şans ildə bir dəfə ələ düşür. Qətiyyən başısoyuqluq etməyin, bütün gücünüzlə hərəkətə keçin. Lazım gəlsə, məsləhətləşmələrə də gedin.



ƏQRƏB - Dünən olduğu kimi bugünkü təqvim də sizə kifayət qədər rahatlıq bəxş edəcək. Ürəyinizə yaxın olan, lakin az qala unutduğunuz adamlarla görüşün ki, Allaha da xoş getsin. Spirtli içkidən uzaq olun.



OXATAN – Sizə aidiyyatı olmayan situasiyalara müdaxilə etməyin. Əks təqdirdə çoxlarının rəqibinə çevriləcəksiniz. Yalnız öz işinizlə məşğul olun. Saat 15-dən sonra varlanma ehtimalınız var.



OĞLAQ - Əlinizin aşağı olmasından heyfslənməyin. Çünki bürcünüzdə zaman-zaman belə hallar olur və çox qısa zamanı əhatə edir. Əsas diqqətinizi qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəldin.



SUTÖKƏN - Əgər sağlıq durumunuz imkan vermirsə, fiziki işləri təxirə salın. Yoxsa bunun ağrısını çəkəcəksiniz. Yaxşı olar ki, günün əsas hissəsini məhəbbət amilinə həsr edəsiniz.



BALIQLAR - Bacardığınız qədər günah işlərdən uzaq olun, dünyadan getmişlərinizin qəbirlərini, müqəddəs yerləri ziyarət edin. Bu gün maddi durumunuzda uğurlar da mümkündür.




Oxumağa davam et
Reklam
Reklam

Gündəm