
QOÇ - Təxminən saat 13-ə qədər iştirakçısı olduğunuz
situasiyalar ovqatınıza mənfi təsir göstərə bilər. Buna baxmayaraq
təmkin göstərməlisiniz ki, hər şey sakit ötüşsün. Varlanma
ehtimalınız da var.
BUĞA - Bu gün bütün ixtiyar öz əlinizdə olduğundan ölçülü-biçili
hərəkət etməlisiniz. Əgər müsbət müstəviyə həvəs göstərsəniz, günün
sonuna qədər ovqatınız yüksək olacaq. Çılğın olmayın.
ƏKİZLƏR - Yaxşı olar ki, Tanrı qanunlarını pozmayasınız. Əks
təqdirdə bu günü gərgin şəkildə başa vuracaqsınız. Ulduzlar
ikitərəfli əməkdaşlıqda böyük uğurlardan xəbər verir.
XƏRÇƏNG - Aldanma ehtimalınız böyüdüyündən tədbirli olmağınız
vacibdir. Ola bilsin ki, ətrafınızdakılar pulla bağlı sizə kələk
gəlsinlər. Axşamı ailə-sevgi münasibətlərinə həsr edin.
ŞİR - Şəxsi işlərinizdə müsbət dönüşün yaranacağına təminat verən
ulduzlar vaxtınızı boş yerə itirməməyi tövsiyə edir. Nahardan
sonrakı əsas diqqətinizi bütünlüklə sevgiyə həsr edin.
QIZ - Yeni təkliflər ala bilərsiniz. Lap səhər saatlarından bu
şansa hazır olun ki, nəticədə qalib gələsiniz. Pula görə də narahat
olmayın. Çünki sevincli vaxtınızın yetişməsinə az qalıb.
TƏRƏZİ - Məhsuldarlığınız artdığından bugünkü öhdəlikləri layiqincə
yerinə yetirə bilərsiniz. Qərarlarınızda sərt, eyni zamanda
qərəzsiz olun. Səfərə çıxmaq fikrinizi reallaşdırın.
ƏQRƏB - Əsas uğurunuz maliyyə sahəsində mümkündür. Odur ki,
kisənizi hazır tutun. Həmkarlarınızla münasibətlərinizə xələl
gəlməsin deyə, qalmaqallı situasiyalara həvəs göstərməyin.
OXATAN - Aktiv gün olmadığından nəzərdə tutduğunuz planları təxirə
salın. Gücünüzü daha çox ailə-məişət problemlərinin həllinə
yönəldin. Şəxsi büdcənizin artma ehtimalı da böyükdür.
OĞLAQ - Üzərinizə düşən öhdəliklərə məsuliyyətlə yanaşsanız, bütün
planlarınız reallığa yaxınlaşacaq. Buna baxmayaraq, yersiz risklərə
də yol verməməlisiniz. Ziyarətgahlara gedin.
SUTÖKƏN - Daha çox fəaliyyət göstərdiyiniz idarə və müəssisələrdə
ehtiyatlı olmalısınız. Boş yerə mübahisə yaratsanız, nüfuzunuza
xələl gələcək. Axşama doğru kosmik fon xeyrinizə işləyəcək.
BALIQLAR - Ulduzlar bu gün xeyli yorulacağınızdan xəbər verir. Amma
naharat olmamalı, gördüyünüz işlərdən zövq almalısınız. Nahardan
sonra sizə maddi borcu olanlara müraciət edin.