Astroloji proqnoz - 10 oktyabr
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 10 oktyabr

QOÇ – Kifayət qədər maraqlı bir gün yaşayacaqsınız. Yeni insanlarla ünsiyyət, tanışlıq və perspektivli sövdələşmələr gələcəyə nikbin baxmağınıza səbəb olacaq. Doğmalarınızla mümkün qədər əlaqə saxlayın.

BUĞA - Axşam saatlarına qədər mənfi enerjili Ayın sizin bürcdə qərar tutması ümumi işlərinizdə lənglik yaradacaq. Bu səbəbdən bütün vacib işlərinizi mümkün qədər təxirə salın. Qidanıza diqqət yetirin.

ƏKİZLƏR - Proqnozunuzu hazırlayarkən istifadə etdiyimiz bütün mənbələr daha çox səhhətinizə fikir verməyinizin vacibliyini önə çəkir. Bunu bacarsanız, heç bir narahatçılıqla rastlaşmayacaqsınız. Səfərə çıxmayın.

XƏRÇƏNG - Maraqlı tanışlıqlar yolunuzu gözləyir. Bu, perspektivlərinizə xidmət etdiyi təqdirdə, fəaliyyətə də müəyyən qədər fasilə vermək olar. Başqalarının sizə verdiyi istənilən sirrə sadiq qalın.

ŞİR – Qarşınızda sakit bir gün durur. Neytrallığınızı qorumaqla yalnız uğur qazanacaqsınız. Fəaliyyət müstəvisində başqalarının dediyindən daha çox öz təcrübənizə bel bağlayın ki, uduzmayasınız.

QIZ – Ulduzlar ünsiyyətdə olduğunuz insanların bədxahlığına neytral yanaşmağınızın əleyhinədir. Çünki uğursuzluqlarınızın əksəriyyəti cəsarətsizliyinizdən irəli gəlir. Aktiv olun ki, ədalət qalib gəlsin.

TƏRƏZİ – Bürcünüzün Göy qübbəsində aktiv nöqtəyə çatması digər Zodiak işarələri ilə müqayisədə sizin daha enerjili və işlərinizin daha perspektivli olacağınıza təminat verəcək. İşgüzar sövdələşmələrdən çəkinməyin.

ƏQRƏB - Astroloji göstəricilər sevgi ümmanına baş vurmağınızı tövsiyə edir. Nəzərə alın ki, hazırda təkanverici qüvvəniz məhəbbətdir. Maliyyə və iş barədə gözləmə mövqeyi tutmağınız daha səmərəlidir.

OXATAN - Saat 12-dən etibarən iş müstəvisində bəzi kəm-kəsirləriniz qaydasına düşməlidir. Sənədləşdirmə işlərində diqqətli olun. Həlledici anlarda təcrübəli adamlarla məsləhətləşməkdən çəkinməyin.

OĞLAQ – Təəssüflər olsun ki, ötən gün mövcud olan gərginliyiniz davam edə bilər. Bunun üçün gərək Tanrı nizamına əl uzatmayasınız. Çətinliyinizi dəf etmək üçün etibarlı dostlarınızla bir araya gəlin.

SUTÖKƏN - Hər mənada düşərli gün demək olar. Çünki nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirə biləcəksiniz. Üstəlik, maliyyə çətinlikləriniz də aradan qalxacaq.

BALIQLAR – Qarşınızda xoş təəssüratlar yarada bilən hadisələr durur. Odur ki, öhdəliyinizdə duran vacib işlərin çoxusuna yetişə bilərsiniz, xüsusən də yeni iş qurmaq istiqamətində. Maddi durumunuz da qənaətbəxşdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm