Qoroskop
Astroloji proqnoz - 11 oktyabr
QOÇ – Qarşınızda ilahi bir gün var. Bu səbəbdən mübahisələrdən yayınmalı, qeyri-ciddi adamlarla oturub-durmamalısınız. Yalan vədlər verməyin. Uzaq səfərləri isə mümkün qədər təxirə salın.
BUĞA – Pulla bağlı problemləri nəzərə almasaq, bu gün hansısa çətinliyiniz olmayacaq. Bir qədər qənaətcil olun. Günorta saatlarından başlayaraq şəxsi işlərinizdə əsaslı dönüş baş qaldırmalıdır.
ƏKİZLƏR – İnsanlara etibarsızlıq etməyin, planlarınızın reallaşmasında isə mənasız yerə risk ə getməyin. Yalnız bu halda günün ümumi uğurlarını özünüzə cəlb edə bilərsiniz. Gecə qalmamaq şərtilə səfər etmək olar.
XƏRÇƏNG – Bu gün əsas vaxtınızı səhhətinizə yönəltməlisiniz. Çox güman ki, neçə vaxtdan bəri gərilən əsəbləriniz özünü bir az da qabardacaq. Müalicə səmərəli olar. Axşama doğru yaxşı xəbərlərə hazır olun.
ŞİR – Fəaliyyət dairənizi genişləndirmək üçün qarşınıza çıxan bütün şanslardan istifadə edin. Saat 16-dan sonra varlanma ehtimalınız olduğu üçün bütün mümkün variantlardan yararlanın. Sözübütöv olun.
QIZ – İstər qarşılıqlı münasibətlərdə, istər ailə-sevgi məsələlərində, istərsə də maliyyə sahəsində uğurlarınız artmalıdır. Amma istənilən sövdələşmə və müzakirələrdə ölçülü-biçili addımlar atmalısınız.
TƏRƏZİ – Fəaliyyət zəminində müəyyən mənada gərginliklər ola bilər. Ona görə də riskli və qeyri-ənənəvi heç bir işə həvəs göstərməyin. Bu gün uzaq səfərləri mümkün qədər təxirə salın. Bəxtinizdə pul var.
ƏQRƏB – İş və maddi durum yol versə, evinizə təzə əşya və ya özünüzə geyim alın. Bunun sizə böyük əhəmiyyəti dəyəcək. Əks cinslə münasibətlərdə mülayim mövqe nümayiş etdirin. Yağlı qidalardan çəkinin.
OXATAN – Üzərinizə düşən başlıca vəzifə mövqelərinizi qətiləşdirmək, tərəfdaşlarınızı sınamaq və yeni layihələri reallaşdırmaq üçün sövdələşmələr aparmaqdır. Fəaliyyətinizə mane olan məşğuliyyətdən uzaqlaşın.
OĞLAQ – Yaxın adamlarla, qohum-qonşularla münasibətləri tənzimləyin. İndi sizin enerji məhz bu müstəvidən qidalanacaq. Amma yeni işlərə pul qoymaq, kimlərəsə ciddi məbləğdə borc vermək sizlik deyil.
SUTÖKƏN – Döyüş taktikasına görə, ilk hücum edən qələbə çalır. Siz də haqq işinizin uğurlu nəticəsi üçün ilk addımı özünüz atmalısınız. Proqnozlara gəlincə, nahardan sonra maraqlı təkliflər olmalıdır.
BALIQLAR – Ağır fiziki işlərdən, riskli sövdələşmələrdən və uzaq səfərlərdən imtina edin. Ailə-sevgi münasibətlərində isə yol verdiyiniz səhvləri düzəltməyə çalışın. Maliyyə problemlərinizi təcili çözün.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO