Astroloji proqnoz - 12 oktyabr
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 12 oktyabr

QOÇ – Maliyyə problemlərinizin artdığı bu ərəfədə özünüzü üzməməlisiniz. Çünki Göy qübbəsi bunun qısa zamanı əhatə edəcəyini bildirir. Bu gün konkret olaraq ailə üzvlərinizlə ilgilənin.

BUĞA - Göy qübbəsi ilk növbədə maddi durumunuza müsbət təsir göstərəcək. Saat 12-dən başlayaraq əsas vaxtınızı yalnız bu amilə ayırın. Ağlınız kəsməyən işlərə isə girişməyin. Axşam təmiz havada çox gəzinin.

ƏKİZLƏR - Mənfi enerjili Ay gün boyu sizin bürcdə bərqərar olduğu üçün ilk növbədə səhhətinizlə bağlı problemlər yarana bilər. Odur ki, orqanizminizə uyğun olmayan işlərdən uzaq olun. Əsəblərinizi qoruyun.

XƏRÇƏNG - Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Bir tərəfdən maraqlı insanlarla görüşləriniz, digər tərəfdənsə şəxsi işlərinizdə baş qaldıran müsbət dönüş sizi sevindirəcək.

ŞİR – Saat 11-12 və 19-20 aralığı sizin üçün bir qədər mübahisəli keçə bilər. Həmin zamanlarda maksimum təmkin nümayiş etdirin. Günün qalan hissəsini normal başa vuracaqsınız. Təcrübəniz olmayan işlərə girişməyin.

QIZ - Sağlıq durumunuz imkan versə, bu gün paralel olaraq bir neçə işin öhdəsindən gələ biləcəksiniz. Şəxsi həyatınıza hakim kəsilən problemlərə də işıq düşəcək. Özünüzü daha çox sevgiyə həsr edin.

TƏRƏZİ - Astroloji göstəricilər bu təqvimə böyük ümidlərlə yanaşdığınızı bəyan edir. Bunun üçün ilk öncə enerjinizi münasibətləri yaxşılaşdırmağa yönəldin. Boş məsrəflərə isə ciddi pul xərcləməyin.

ƏQRƏB - Oktyabrın bəxtinizə düşən ən uğurlu günü artıq yetişib. Elə isə boş dayanmağa lüzum yoxdur: bütün cinahlardan hərəkətə keçin. Xüsusən də fəaliyyətlə bağlı uğurlu məqamlarınız artacaq.

OXATAN - Ulduzların düzümü xoş məqamların şahidi olacağınızı bəyan edir. Lakin bu kimi şansları qaçırmamaq üçün özünüz də aktivlik göstərməlisiniz. Azyaşlılara xüsusi diqqət yetirin.

OĞLAQ - Naharaqədərki müddəti neytral şəkildə başa vurmağa çalışın. Çünki göstərilən ərəfədə müəyyən xoşagəlməzliklər baş verə bilər. Xüsusən də pulla bağlı söhbətlərdə ehtiyatlı olun.

SUTÖKƏN - Əgər daxilinizdə paxıllıq və eqoistlik varsa, qısa zamanda ondan təmizlənin. Yoxsa xoş məqamlar sizdən uzaqlaşacaq. Əgər bunu bacarsanız, uğurlu bir gün yaşayacaqsınız.

BALIQLAR – Astronomik mənzərənin gərginliyi fəaliyyət istiqamətində bəzi planlarınızı təxirə salmağı tövsiyə edir. Ümumiyyətlə bu gün risk etməyin. Münasibətlərdə isə qarşı tərəfin emosiyalarına təmkinlə yanaşın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm