• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Səbuhi Rəhimlidən fevralın 8-nə olan astroloji proqnoz

  • Qoroskop
  • 8 Fevral 2014 00:12
  • 2 588 Baxış
Səbuhi Rəhimlidən fevralın 8-nə olan astroloji proqnoz

QOÇ - Planetiniz olan Marsın aktivlik nöqtəsində dayanması ümumi ovqatınıza yaxşı təsir göstərəcək. Bu hal bir xeyli sürəcək. Odur ki, tərəddüddən qorxmayın, vacib planları həyata keçirməyə çalışın.

BUĞA - Mənfi enerjili Ayın bürcünüzdə qərar tutması sizin üçün süstlük yaradacaq. Bu səbəbdən də qeyri-ənənəvi addımlar atmaqdan çəkinin. Daha çox gözləmə mövqeyində durun.

ƏKİZLƏR - Səhər saatları müəyyən qədər gərginliklə başlasa da, bu heç də qazanacağınız uğurlara sipər çəkməyəcək. Odur ki, narahat olmayın və bəxtinizə inanın. Gecəni mütləq öz evinizdə keçirin.

XƏRÇƏNG - Bəri başdan əmin olun ki, gün ərzində heç bir qanqaraçılığı və ya uğursuzluqla rastlaşmayacaqsınız. Əksinə, ətrafınızda olanların əksəriyyəti sizə xoş ovqat bəxş edəcək.

ŞİR - Ailə-sevgi münasibətlərində, eləcə də fəaliyyət zəminində bəzi qalmaqallar gözlənilir. Özünüzü ələ alın. Tələsik qərar çıxarmayın. Lazım gəlsə, təcrübəli adamlarla məsləhətləşin.

QIZ - Ulduzlar göstərir ki, ayın uğurlu bir gününü yaşayacaqsınız. Sürprizlər də öz yerində. Göy qübbəsi saat 17-dən sonra təmiz havada gəzinməyi, qonaq getməyi məsləhət görür.

TƏRƏZİ - İxtiyarınızda olan bu təqvimdə aktivliyinizi artırmağa ehtiyac var. Sevindirici bir yeniliklə rastlaşma ehtimalınız böyükdür. Axşamsa yaxın ünvanlara qonaq getmək məsləhətdir.

ƏQRƏB - İxtiyarınızda olan bu təqvimdə səhhətinizlə bağlı problemlər, həmkarlarınızla mübahisələr, həmçinin iştahasızlıq daxili sabitliyinizi poza bilər. Buna baxmayaraq tədbirli olun.

OXATAN - Təxminən saat 15-ə qədər ümumi ovqatınız aşağı səviyyədə olacaq. Həmin ərəfədə neytral və təmkinli olun. Sonrakı müddətdə isə bir neçə sürprizlə rastlaşacaqsınız.

OĞLAQ – Ağlabatmayan, riskli işlərdən uzaq olmaqla qarşıya qoyduğunuz planların əksəriyyətini reallaşdıra bilərsiniz. Saat 13-16 arası perspektivli təkliflər, təzə xəbərlər mümkündür.

SUTÖKƏN - Böyük bir layihəni həyata keçirmək fikrindəsiniz. Amma nədən və necə başlamağı bilmirsiniz. Tərəddüd etməyin. Çünki indi hakim bürc sizsiniz və risk sizi müvəffəqiyyətə qovuşduracaq.

BALIQLAR - İxtiyarınızda olan bu təqvimin ümumi görüntüsü daha çox gərginliyə yaxındır. Odur ki, əsəblərinizi cilovlamağa ehtiyac duyulur. Nahardan sonra isə qazanmaq ehtimalınız var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR