Astroloji proqnoz - 03 noyabr
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 03 noyabr

QOÇ - Daxili gərginliklə mübarizədən qalib çıxa bilsəniz, bu təqvimin ümumi çalarları sizi qane edəcək. Ola bilsin ki, yaxşı insanlar tərəfindən perspektivli təkliflər də alasınız.

BUĞA - Kifayət qədər xoş məqamlar yaşayacaqsınız. Bir tərəfdən yeni işgüzar əlaqələr, digər tərəfdənsə ətrafınızdakıların sizə bəraət qazandırması ovqatınızı yüksəldəcək.

ƏKİZLƏR - O qədər də ürəkaçan ərəfə deyil. İlk növbədə səhhətinizə diqqət yetirin. Çünki ulduzlar sağlıq durumunuzun aşağı səviyyəyə düşəcəyini bəyan edir. Riskdən də uzaq olun.

XƏRÇƏNG - Hər mənada düşərli gündür. Rastlaşdığınız hər bir hadisə ürəyinizdən xəbər verəcək. Əlbəttə ki, bunun üçün özünüz də canfəşanlıq göstərməlisiniz. Sövdələşmələrdə aktiv olun.

ŞİR - Səhhətinizin qayğısına qala bilsəniz, gün ərzində başqa narahatçılığınız olmayacaq. Nahardan sonra sevindirici xəbərlər və ya ürəyinizcə olan təkliflər alacağınıza şübhə etməyin.

QIZ - Neçə vaxtdan bəri daxilinizdə mövcud olan gərginlik səngimədiyindən naharaqədərki ovqatınız aşağı səviyyədə ola bilər. Sonrakı saatlarda isə sürprizlər gözlənilir.

TƏRƏZİ - Bu təqvimi təsadüflərlə başa vuracaqsınız. Gözləmədiyiniz adamlarla, ağlınıza gətirmədiyiniz xəbərlərlə rastlaşacaqsınız. Axşama doğru sürprizlər də mümkündür. Pulla bağlı narahat olmayın.

ƏQRƏB - Sizin üçün müəyyən mənada mistik gündür. Daxili sıxıntılarınızı və ruhi zəifliyinizi aradan qaldırmaq üçün müqəddəs ziyarətgahlarımıza üz tutun. Dini qaydaları pozmayın.

OXATAN - Ulduzlar kənar təsirlərdən uzaq olmağı, yalnız öz qərarınızla addım atmağı tövsiyə edir. Bu gün spirtli içki içmək, qarğış və qeybət etmək, o cümlədən yalan vədlər vermək yolverilməzdir.

OĞLAQ - Maliyyə problemləriniz olsa da, bu, işgüzarlığınızı azaltmayacaq. Hətta ola bilsin ki, saat 15-18 arası maraqlı və perspektivli təkliflər də alasınız. Addımlarınızda məsuliyyətli olun.

SUTÖKƏN - Astroloji göstəricilər yalnız səfər və qonaqlıqlar üçün səmərəli vaxt olduğunu bəyan edir. Digər məsələlərdə, xüsusən də fəaliyyət zəminində isə proseslər o qədər də uğurlu olmayacaq.

BALIQLAR - Adətən ilin bu ərəfəsində şəxsi işlərinizdə yeni mərhələ baş qaldırır. Bu günə də məhz belə proqnozlar təyin olunub. Sadəcə müsahiblərinizə diqqətlə qulaq asmalısınız.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm