Astroloji proqnoz - 08 noyabr
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 08 noyabr

QOÇ – İxtiyarınızda olan bu təqvimin ümumi görüntüsü daha çox gərginliyə yaxındır. Odur ki, əsəblərinizi cilovlamağa ehtiyac duyulur. Nahardan sonra isə qazanmaq ehtimalınız var.

BUĞA - Ağlabatmayan, riskli işlərdən uzaq olmaqla qarşıya qoyduğunuz planların əksəriyyətini reallaşdıra bilərsiniz. Saat 13-16 arası perspektivli təkliflər, təzə xəbərlər mümkündür.

ƏKİZLƏR - Səhərdən mənfi enerjili Ayın bürcünüzdə qərar tutması ümumi əhvalınızda süstlük yaradacaq. Bu səbəbdən də qeyri-ənənəvi addımlar amaqdan çəkinin. Daha çox gözləmə mövqeyində durun.

XƏRÇƏNG - Ulduzlar göstərir ki, uğurlu və maraqlı bir gün yaşayacaqsınız. Sürprizlər də öz yerində. Göy qübbəsi saat 17-dən sonra təmiz havada gəzinməyi, qonaq getməyi məsləhət görür.

ŞİR – Səhər saatları müəyyən qədər gərginliklə başlasa da, bu heç də qazanacağınız uğurlara sipər çəkməyəcək. Odur ki, narahat olmayın və bəxtinizə inanın. Gecəni mütləq öz evinizdə keçirin.

QIZ – Bəri başdan əmin olun ki, gün ərzində heç bir qanqaraçılığı və ya uğursuzluqla rastlaşmayacaqsınız. Əksinə, ətrafınızda olanların əksəriyyəti sizə xoş ovqat bəxş edəcək.

TƏRƏZİ - İxtiyarınızda olan bu təqvimdə aktivliyinizi artırmağa ehtiyac var. Sevindirici bir yeniliklə rastlaşma ehtimalınız böyükdyr. Axşamsa yaxın ünvanlara qonaq getmək məsləhətdir.

ƏQRƏB - Böyük bir layihəni həyata keçirmək fikrindəsiniz. Amma nədən və necə başlamağı bilmirsiniz. Tərəddüd etməyin. Çünki indi "hakim bürc" sizsiniz və risk sizi müvəffəqiyyətə qovuşduracaq.

OXATAN - Bürcünüzdəki planetar mənzərə bütün gedişatlarda xeyrinizi tənzimləyəcək. Xüsusilə saat 12-dən başlayaraq sizin uğurlu məqamlarınız başlayacaq. Bütün vacib planlarınızı həyata keçirməyə çalışın.

OĞLAQ – Təxminən saat 15-ə qədər ümumi ovqatınız aşağı səviyyədə olacaq. Həmin ərəfədə neytral və təmkinli olun. Sonrakı müddətdə isə bir neçə sürprizlə rastlaşacaqsınız.

SUTÖKƏN - İxtiyarınızda olan bu təqvimdə səhhətinizlə bağlı problemlər, həmkarlarınızla mübahisələr, həmçinin iştahasızlıq daxili sabitliyinizi poza bilər. Buna baxmayaraq, tədbirli olun.

BALIQLAR - Ailə-sevgi münasibətlərində, eləcə də fəaliyyət zəminində bəzi qalmaqallar gözlənilir. Özünüzü ələ alın. Tələsik qərar çıxarmayın. Lazım gəlsə, təcrübəli adamlarla məsləhətləşin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm