• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Astroloji proqnoz - 09 noyabr

  • Qoroskop
  • 9 Noyabr 2014 00:04
  • 1 118 Baxış
Astroloji proqnoz - 09 noyabr

QOÇ - Qarşıdakı günlər üçün nəzərdə tutduğunuz yeni ideyaları reallaşdırın ki, uğurlarınız daha da artsın. Səhhətinizə də diqqət yetirin. Axşam təmiz havada gəzinməyə çalışın.

BUĞA - Əsas diqqətinizi fəaliyyət istiqamətinə yönəldin. Qarşılıqlı münasibətlərdə, alış-veriş məsələlərində isə hansısa müvəffəqiyyət gözlənilmir. Bu gün doğmalarınıza da baş çəkin.

ƏKİZLƏR - Əvvəlki günlərdən fərqli olaraq bu ərəfədə rahatlıq əldə edəcəksiniz. Hər hansı konflikt gözlənilmir. Sağlamlıqla bağlı narahatçılığınız da kifayət qədər səngiyəcək.

XƏRÇƏNG - Maraqlı görüşlər yolunuzu gözləyir. Güman ki, sizi böhranlı vəziyyətdən çıxara bilən insanlarla qarşılaşacaqsınız. Amma belə məqamlarda təmkinli olun ki, sonda gülə biləsiniz.

ŞİR - İstəklərinizi reallaşdırmaq istiqamətində tənbəllik edirsiniz. Çünki sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Heç olmasa, saat 12-dən aktiv olun.

QIZ - Yersiz risk etməyə lüzum yoxdur. Müdriklik göstərin. Əgər haqlısınızsa, bunu gec-tez hamı biləcək. Saat 15-dən sonra şəxsi zəmində gözlənilən hər hansı münaqişədən əl çəkin.

TƏRƏZİ - İşgüzar və riskli sövdələşmələrdə iştirakınızı təxirə salmağa çalışın. Çünki ixtiyarınızda olan bu təqvim deyilən məsələlər üçün o qədər də önəmli deyil. Açıq havada çox gəzinməyin.

ƏQRƏB - Ziyarətgahlara baş çəkmək rahatlığınızı artıracaq. Əks halda qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Nahardan sonra işləriniz qaydasında getməlidir.

OXATAN - Günün ilk yarısında ümumi mənzərə gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. Bir az səbrli olun. Sonrakı müddətdə isə fəaliyyət zəminində böyük dönüşlər gözlənilir.

OĞLAQ - Çoxdan bəri donub qalmış planlarınızı dirçəltmək üçün bəzi şəxslərə müraciət etməyiniz böyük səmərə verə bilər. Qazanmaq şansınız olsa da, səhhətinizi də qoruyun.

SUTÖKƏN - Müntəzəm surətdə təmasda olduğunuz adamların obyektiv rəyləri ilə hesablaşmağa çalışın. Məsləhət almaq ayıb iş deyil. Axşam saatları qazanmaq üçün çox səmərəlidir.

BALIQLAR - İxtiyarınıza elə bir ərəfə verilib ki, yalnız öz gücünüzə güvənməlisiniz. Kənar müdaxilə və məsləhətlər o qədər də önəmli deyil. Ailə-sevgi münasibətlərinə fikir verin. Səfərə çıxmayın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR