• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Səbuhi Rəhimlidən fevralın 10-na olan astroloji proqnoz

  • Qoroskop
  • 10 Fevral 2014 00:12
  • 3 104 Baxış
Səbuhi Rəhimlidən fevralın 10-na olan astroloji proqnoz

QOÇ - İlk növbədə səhhətinizə qayğı göstərin. Çünki yalnız sağlam bədəndə sağlam ruh olur. Həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin. Səfərə çıxmayın.

BUĞA – Naharaqədərki vaxtı səbrlə başa vursanız, qalan saatlardan xoşagəlməzlik gözləməyin. Çünki ulduzlar bu gün şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Bunun üçün əzmkarlığınızı artırmalısınız.

ƏKİZLƏR – Ümumi kosmik mənzərə kifayət qədər səmərəlidir. Deməli, bütün vacib planlarınızı yavaş-yavaş həyata keçirməyə başlamalısınız. Amma axşam saatlarında maliyyə məsələləri ilə bağlı ehtiyatlı olun.

XƏRÇƏNG - Saat 11:32-dən mənfi enerjili Ayın bürcünüzdə qərar tutması onsuz da bədbin olan ovqatınıza bir az da mənfi təsir göstərə bilər. Bu səbəbdən müqəddəs ziyarətgahlarımıza baş çəkməyiniz yaxşı olar.

ŞİR - İlahinin verdiyi hər məqama şükür edin, bədgüman olmayın. Çünki bu gün sizi narahat edən əksər sahələrdə - qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində və fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz.

QIZ – Ulduzlar gün boyu maraqlı insanlarla görüşəcəyinizi bəyan edir. Bu, işgüzar əməkdaşlıq da ola bilər, dostluq-yoldaşlıq da. Hətta ürəyiniz sevgisizdirsə, bəxtiniz açıla da bilər. Bu gün səfərə çıxmayın.

TƏRƏZİ – Saat 14-17 arası iştirakçısı olduğunuz situasiyaların əksəriyyəti gərgin fonla müşayiət olunduğundan bütün ciddi işlərinizi təxirə salmağa çalışın. Qalan saatlar normal tərzdə cərəyan edəcək.

ƏQRƏB – İstənilən riskdən uzaq olun, təhlükəlidir. Buna baxmayaraq, ailə-sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək. Hətta sürpriz də gözlənilir.

OXATAN - Bir qədər gərgin ərəfə olsa da, proseslərə neytral yanaşmaqla təhlükələri dəf edə bilərsiniz. Saat 16-18 aralığında istənilən riskli sövdələşmələrdən, köhnə qisasçılıq prinsiplərindən əl çəkin.

OĞLAQ - Kifayət qədər düşərli zaman kəsiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplamalısınız. Günün "ən varlı" Zodiak işarəsi də məhz siz olacaqsınız.

SUTÖKƏN – Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki günün elə ilk saatlarından bu istiqamətdə uğurlarınız bol olacaq. Əsas enerjinizi işgüzar sövdələşmələrə yönəldin ki, perspektivlərinizə yol açılsın.

BALIQLAR - Bəri başdan nəzərinizə çatdıraq ki, ixtiyarınıza olduqca məsuliyyətli bir gün düşüb. Belə ki, saat 16-ya qədər çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız. Sonra isə diqqətli olun.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR