• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Astroloji proqnoz - 28 noyabr

  • Qoroskop
  • 28 Noyabr 2014 00:03
  • 1 189 Baxış
Astroloji proqnoz - 28 noyabr

QOÇ - Ümumi çalarlarına görə, olduqca uğurlu təqvimdir. Sadəcə olaraq görəcəyiniz işlərin vaxtını düzgün bölməlisiniz. İşgüzar sövdələşmələr üçün də perspektivli ərəfədir.

BUĞA - Qarşılıqlı münasibətlər zəminində, xüsusən də sevgi davranışlarında ifrat ciddilik göstərməyin. Bu, sizə qarşı rəğbəti azalda bilər. Fiziki işlərlə az məşğul olun.

ƏKİZLƏR - Təxminən saat 14-ə qədər ümumi vəziyyətinizdə gərginlik müşahidə olunacaq. Göstərilən müddətdə müqəddəs ziyarətgahlara baş çəkməyə dəyər. Sonrakı saatlarda qazanmaq ehtimalınız var.

XƏRÇƏNG - Səhhətinizlə bağlı bəzi xoşagəlməzliklər mümkündür. Bu səbəbdən də özünüzü soyuqdan, yuxusuzluqdan və siqaretdən qorumalısınız. Aldığınız təkliflərə tələm-tələsik razılıq verməyin.

ŞİR - Yalnız fəaliyyət sahəsində uğurlarınız mümkündür. Yeni və maraqlı təkliflər alacağınız da istisna olunmur. Ailə və qonşuluq münasibətlərində isə mübahisəli situasiyalara cəlb oluna bilərsiniz.

QIZ - Ümumi vəziyyətinizin gərgin olacağını xəbərləyən ulduzlar iş yerində, eləcə də qohumluq-qonşuluq əlaqələrində mülayim olmağı tövsiyə edir. Sağlıq durumunuzu diqqətdə saxlayın.

TƏRƏZİ - Sağlamlıqla bağlı problemləriniz gözlənilir. Qida rejiminə riayət edin. Daxili orqanlarınızın halına yanın. Səhhətinizə zərərli olan fiziki və psixoloji işlərdən uzaq olun.

ƏQRƏB - Hər hansı xoşagəlməzliklə rastlaşacağınızı düşünməyin. Çünki Göy qübbəsi hər mənada yardımçınız olacaq. İstər işdə, istərsə də qarşılıqlı əlaqələrdə təşəbbüskarlığı əldə saxlayın.

OXATAN - Sürprizlər yolunuzu gözləyir. Çox güman ki, bir neçə sevindirici xəbər də eşidəcəksiniz. Üstəlik, nə vaxtdan bəri kasad olan şəxsi büdcəniz də normal hala düşməlidir.

OĞLAQ - Mistik gündür. Daxili səsiniz, o cümlədən ruhi qüvvələr mövcud sıxıntılarınızdan çıxış yolu göstərməyə çalışaq. Saat 16-dan sonra istənilən mübahisədən yayının.

SUTÖKƏN - Ulduzlar daha çox gəzinti və səyahətlər üçün uğurlu məqam olduğunu bildirir. Heç kimə yalan vəd verməyin. Sözünüzün ağası olun. Nahardan sonra uzaq səfərə çıxmaq olar.

BALIQLAR - Şəxsi işlərinizdə müsbət dönüş ərəfəsindəsiniz. Odur ki, hər bir qərarı çıxarmazdan əvvəl yüz yol ölçüb-biçməlisiniz. Saat 15-17 aralığını sevgi amilinə həsr edin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR