Qoroskop
Səbuhi Rəhimlidən fevralın 11-nə olan astroloji proqnoz
QOÇ – Köhnə mübahisələrə, yarıtmaz tərəfdaşlarla haqq-hesab çürütməyə qayıtmayın. Əks təqdirdə çoxsaylı uğursuzluqlarla rastlaşacaqsınız. Yalnız böyük ideyalarınız barədə düşünün.
BUĞA – Diqqətli olun, çünki ulduzlar ətrafınızda sizləri aldadanların artdığını bəyan edir. Başqa probleminiz olmayacaq. Bu gün ciddi gəliriniz gözlənilməsə də, büdcəniz boş qalmayacaq.
ƏKİZLƏR – İlk növbədə əsəblərinizi qoruyun ki, qarşınızda duran problemləri həll etməyə gücünüz çatsın. Həlli çətin görünən məsələlərə girişməyin. Göy qübbəsi büdcənizin artacağını mütləq sayır.
XƏRÇƏNG – Qarşınızda xoş bir gün durur. Məqsədlərinizə çatmaqda çətinliyiniz olmayacaq. Amma uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirin, ələlxüsus da əgər onlardan xəstə olanı varsa.
ŞİR – Pozulmuş enerjinizi bərpa etmək üçün dini tövsiyələrə riayət edin, müqəddəs insanları və yerləri ziyarət edin. Fəaliyyətdən daha çox mənəvi amillərə yer ayırın. Uzaq səfərlər də mümkündür.
QIZ – Ulduzlar təvəqqe edir ki, bu gün heç kimə yalan vədlər verməyəsiniz. Çünki xırda yanlışlıq sonrakı günlərdə sizə zərər yetirə bilər. Qarşılıqlı ünsiyyət zamanı eqoistlik etməyin. Hamıya dəyər verin.
TƏRƏZİ – Fevralın sonrakı mərhələsi üçün görəcəyiniz işləri indidən götür-qoy edin. Ən azından gün ərzində zəkanız iti olacaq, başınıza səmərəli ideyalar gələcək. Müqəddəs çağırışlara riayət edin.
ƏQRƏB – Aqressiv düşüncələri heç olmasa bu günlük arxa plana atın. Göy qübbəsi nicatınızın mərhəmətli və mülayimlikdən asılı olduğunu bildirir. Saat 17-dən sonra bütün təkliflərə “hə” deyin.
OXATAN – Gücünüzü lazımsız sahələrə sərf etməyin. Məhz bu səbəbdən vacib işləriniz öz həllinə gecikir. Yaxşı olar ki, saat 11-dən etibarən özünüzdə təpər tapıb hərəkətə keçəsiniz. Vaxt itirməyin.
OĞLAQ – Bu gün heç bir təhlükə yoxdur. Göy qübbəsi aldığınız bütün təkliflərə razılıq verməyinizi təvəqqe edir. Yalnız axşam saatlarında xırda mübahisələriniz mümkündür. Yəqin ki, təmkinli olacaqsınız.
SUTÖKƏN – Hiss olunur ki, bu həftə çox yorulmusunuz. Ona görə də bugünkü fəaliyyətinizi başa çatdıran kimi istirahət haqqında düşünün. Maddi durumunuz imkan versə, səfər də mümkündür.
BALIQLAR – Başqalarının işinə müdaxilə etməyin, xüsusən də hüquqi müstəvidə və sənədlərlə bağlı məsələlərdə. Bunu bacarsanız, günün ləzzətini yaşaya biləcəksiniz. Nahardan sonra maddi irəliləyiş də gözlənilir.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ