• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

2015-ci ildə hansı günlərdə toy etmək uğur gətirəcək?

  • Qoroskop
  • 19 Dekabr 2014 15:40
  • 2 610 Baxış
2015-ci ildə hansı günlərdə toy etmək uğur gətirəcək?

Toy hər bir insanın həyatında baş verən ən önəmli hadisələrdən biridir. Hamı o günün ideal olmasını arzulayır. Xoşbəxt ailə arzulayan hər bir cütlük toy üçün münasib vaxtı da fikirləşir.

Astroloqların sözlərinə görə, düzgün toy gününün müəyyən olunması insan xarakterinin uzlaşması qədər vacibdir. Publika.az 2015-ci ildə toy etməyə hazırlaşan cütlüklər üçün uğurlu günləri təqdim edir.

2015-ci ildə toy etmək üçün uğurlu günlər:

Yanvar – bu ayda toy üçün heç bir uğurlu gün yoxdur.

Fevral – toy etmək üçün ayın 12-dən 19-dək həftənin bütün günləri uğurlu hesab olunur.

Mart – təəssüf ki, bu ayda uğurlu günlərin sayı azdır. 2015-ci ilin martın 20-də (cümə günü) günəş tutulacaq. Belə gündə bağlanan izdivac uğursuzluğa düçar olur. Martın 24-dən 31-dək isə toy etmək olar.

Aprel c aprelin 4-də ay tutululacaq və həmin gün toy etmək üçün münasib deyil. Toy üçün münasib günlər 8-11 aprel tarixlərindədir.

May – toy üçün münasib günlər 8-16 may aralığıdır. May ayının sonu toy üçün münasib deyil.

İyun – astroloji nöqteyi-nəzərdən uğurlu toy günləri iyunun 14-dən sonunadək davam edir. 13 iyun 2015-ci ildə şənbə gününə təsadüf edir və bu tarix cadugərlərin toy günü hesab olunur. Həmin gün toy etmək məsləhət görülmür.

İyul – ayın 1-3-ü aralığında baş tutan hər bir toy çox uğurlu olacaq. Həmin günlərdə rəsmi nikaha daxil olan insanlar bir-birinə sadiq olub uzun ömür yaşayacaqlar. İyulun 18-də ailə həyatı qurmaq uğur gətirmir. Heç bir halda iyulun 25-də ailə həyatı qurmayın!

Avqust – bu ayda toy etmək üçün uğurlu gün yoxdur.

Sentyabr – toy etmək üçün ən uğurlu gün sentyabrın 11-i hesab olunur. Bundan əlavə, 7-10 sentyabr aralığı da pis deyil. 13 sentyabr və 27 sentyabr tarixlərində ay tutulması olacaq. Bu tarixlərdə və bu rəqəmlərə yaxın olan tarixlərdə toy etmək məsləhət deyil!

Oktyabr – toy üçün münasib günlərin sayı azdır. 25-31 oktyabr isə istisna günlərdir və həmin günlər toy etmək olar.

Noyabr – toy üçün münasib günlər 9-15, 28-30 noyabr tarixləri hesab olunur.

Dekabr – bu ayda da toy üçün münasib günlərin sayı azdır. Lakin toy etməyə tələsirsinizsə, o zaman 30-31 dekabr günlərini seçin.

Nura

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>