Astroloji proqnoz - 22 dekabr
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 22 dekabr

QOÇ - Qarşınızda səmərəli bir gün durur. Xoşxasiyyət adamlarla rastlaşacaqsınız. Bu, gələcək planlarınızın reallaşmasına kömək göstərə bilər. Müqəddəs ziyarətgahlara getməyi də unutmayın.

BUĞA - Astroloji göstəricilər ciddi işlərlə məşğul olmağınızı tövsiyə edir. Maliyyə durumunuzun düzəlməsinə az qaldığı üçün usanmamalısınız. Kənar təsirlərə isə qətiyyən aludə olmayın.

ƏKİZLƏR - Hazırkı enerjinizi mövcud reallıqdan çıxış yolu tapmağa həsr edin. Qəlbiqara adamlarla ünsiyyəti azaltmağa çalışın. Daha çox öz qərarınızla hərəkət edin. Boş yerə pul xərcləməyin.

XƏRÇƏNG - Risk etmək məcburiyyətində qaldığınız güman olunur. Belə məqamlarda tərəddüd etməyiniz yersizdir. Əmin olun ki, cəsarətiniz hesabına çox şeyə nail ola bilərsiniz.

ŞİR - Gözləmədiyiniz halda sizə dəstək verilə bilər. Bunun üçün aktivliyinizi birə-beş artırmalı, daxili süstlüyə qapılmamalısınız. Günün ikinci yarısında mərhumlarınızı yad edin.

QIZ - Yeni əlaqələr yaratmaq, görüşlər təşkil etmək və gələcək planları yenidən götür-qoy etmək üçün şanslarınız artacaq. Nahar ərəfəsində isə xoş təsadüflərlə rastlaşa bilərsiniz.

TƏRƏZİ - Hər hansı fəaliyyət üçün qənaətbəxş vaxt olmadığından bu təqvimi daha çox istirahətə həsr etməyiniz məsləhətdir. Əgər ovqatınız imkan versə, yaxınlarınıza baş çəkməyə çalışın.

ƏQRƏB - Səhhətinizi qoruyun ki, bu təqvimi xoş ovqatda keçirəsiniz. Ələlxüsus da əzələlərinizə diqqət yetirin. Günün ikinci yarısında perspektivli görüşlər və pul gözlənilir.

OXATAN - Dekabr ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. İkitərəfli əməkdaşlıqda, maliyyə məsələlərində hər şey ürəyinizcə olacaq. Amma sevdiyinizə qarşı mülayimlik göstərməlisiniz.

OĞLAQ - Yaxşı olar ki, bu təqvimdə əsas diqqətinizi sevgi amilinə yönəldəsiniz. Bu, rahatlığınızı təmin etməklə bahəm, növbəti günlər üçün də sevindirici məqamlarla üzləşəcəyinizə təminat verəcək.

SUTÖKƏN - Hər mənada uğurlu bir gün yaşayacaqsınız. Bir tərəfdən iştirakçısı olduğunuz proseslərin ahəngdarlığı, digər tərəfdənsə şəxsi işlərinizdə dönüş yaranması ovqatınızı xeyli yüksəldəcək.

BALIQLAR - Aldanma ehtimalınız var. Bu səbəbdən də bələd olmadığınız insanların sözlərilə oturub-durmayın. Yarımçıq işlərinizi yekunlaşdırın. Nahardan sonra səhhətinizin qayğısına qalın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm